46. İslam və qadının hörmət və izzəti
İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab surəsi, 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.51
47. Müsəlman qadın öz dəyərini bilməli və Qərb mədəniyyətinin oyuncaqlarından uzaqlaşmalıdır!
Bizim cəmiyyətimizin mömin qadınları müsəlman qadının dəyər-qiymətini bilməlidirlər. İslam qadınının və müsəlman qadının qədrini bilin. Bu qadın öz həyatında və rəftarında kişilərə qarışmır, özünü kişini cəlb etmək üçün alətə çevirmir, bundan üstün bilir. Öz məqamını soyunmaqdan, bədəni və saçı ilə yoldan ötənlərin gözünü özünə sarı çəkməkdən və onların həvəsini doyurmaqdan daha üstün bilir. Bu qadın özünü, bəşər tarixinin ən böyük xanımı olan Fatimeyi-Zəhranın (ə) ən uca nöqtədə durduğu zirvələrdə görür. Bu qadın nəhayət, Qərb sivilizasiyisının ortaya qoyduğu oyuncaqlardan və onların hiyləgər üslublarından çəkinməli, onlara etinasız yanaşmalıdır!52
Dostları ilə paylaş: |