55. Hicab tərki-dünyalıq deyil!
Hicab məsələsi qadını tərki-dünya və ictimai həyatdan təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab məsələsi cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadına daha çox zərərlidir.60
56. Qadının iffətini, paklığını və təqvasını qoruyan amil hicabdır!
Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi göstərişlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı. Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.61
Qərb mədəniyyətinə görə, qadının dəyərlərindən biri digərlərinin ləzzət almasına şərait yaratmaqdır. Ona görə də biz İslam mədəniyyətinə əsasən, İslamın kişi və qadın əlaqələrində məhdudiyyət yaratdığını və onların qeyd-şərtsiz münasibətlərinə icazə vermədiyini dedikdə, bizi, qadına qarşı hörmətsizlikdə suçlayırlar. Halbuki hörmətsizlik və təhqir Qərb mədəniyyətinin qadın şəxsiyyətinə baxışında görünür.62
Dostları ilə paylaş: |