3.Qadın ailənin bir üzvü kimi.
Məncə, bu, çox əhəmiyyətlidir. Mənim əzizlərim! İslamda kişiyə icazə verilməyib ki, qadına güc göstərsin, onu nəyəsə məcbur etsin. Ailədə kişiyə ağıl və məsləhət əsasında məhdud hüquqlar verilib. Bu hüquqlar kimə deyilsə və açıqlansa, onu təsdiqləyər. Həmçinin ailədə qadına da bəzi hüquqlar verilib. Bunlar da məsləhət üzündəndir. Qadın və kişinin hər birinin özünəməxsus təbiətləri, xarakterləri, hiss və duyğuları vardır. Onların hər biri ailədə özünəxas xarakterlərdən düzgün istifadə etsələr, ideal bir cütlük yaranar. Əgər kişi və ya qadın ifratçılıq etsə, bu uyğunluq pozular. İslam dini ailə daxilində qadın və kişini qapının iki layı, insan üzündəki iki göz, cəbhədəki iki səngər yoldaşı və mağazadaki iki şərik tacir kimi görür. Onların hər birinin özünəməxsus təbiəti, xüsusiyyəti, fiziki, psixoloji və düşüncə özəllikləri vardır. Bu iki cins İslamın təyin etdiyi hüdud və meyarlarla bir-birinin yanında yaşasalar, mehriban, faydalı və davamlı bir ailələri olar.
Bu gün Qərb dünyasında ailənin təməlləri çox zəifdir. Ailələr, xüsusən də qadınlar ayrılıqdan əziyyət çəkirlər. Əgər Allah göstərməmiş, bir ailə dağılsa, həm qadın və həm kişi əziyyət çəkir, yalqız qalır, lakin qadın daha çox əziyyət çəkir. Bu gün Qərb dünyasında qadın belə bir əzab içindədir. Orada ailələr asanlıqla dağılıb məhv olur. Bəzən qadının özü ailənin dağılması üçün addım atır, amma yenə də daha çox əziyyəti özü çəkir. Əsas məsələ budur ki, ailə mühitində bu iki amil bütün özəl xüsusiyyətlərinə rəğmən, bir-biri ilə harmoniyadadırlar, müştərək yaşayırlar. Qadın fiziki cəhətdən daha zərif, kişi isə güclüdür. Əgər qanun qadını müdafiə etməsə, kişi ona zülm edə bilər.48
Dostları ilə paylaş: |