Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


Qərbli qadın ona miras qalmış mala belə sahib deyildi!



Yüklə 120,05 Kb.
səhifə40/90
tarix02.01.2022
ölçüsü120,05 Kb.
#1961
1   ...   36   37   38   39   40   41   42   43   ...   90
42. Qərbli qadın ona miras qalmış mala belə sahib deyildi!

Siz baxın, Qərb dünyasında və qadın hüquqlarının müdafiəsindən bu qədər dəm vuran və təqribən hamısı yalan olan Avropa ölkələrində ötən əsrin ilk onilliklərinə qədər qadınların təkcə səsvermə yox, heç mülkiyyət hüququ da yox idi. Yəni qadın ona miras qalmış mülkün sahibi deyildi, bütün malları ərinə məxsus idi.47


43. İslamın qadına baxışı

Qadın məsələsini üç aspektdən araşdırsaq, İslam dininin bu haqdaki görüşünü ortaya qoymuş olarıq:



1. Qadının bir insan olaraq mənəvi təkamüldə rolu;

Bu baxımdan qadınla kişi arasında heç bir fərq yoxdur. Tarix boyu kişilərlə yanaşı böyük və görkəmli qadınlar da mövcud olmuşdur. Allah-Taala Qurani-kərimdə möminlərə misal vurmaq istədikdə qadını göstərir. Qadın, ozamankı insanlar arasında bənzəri olmayan, yaxud az olan parlaq bir mömin kimi önə çəkilir. Bu, birinci aspektdir.



2. Qadın ictimai, siyasi, elmi və iqtisadi fəaliyyətlərdə;

İslam baxımından, elmi, iqtisadi və siyasi fəaliyyət sahəsi qadının üzünə tamamilə açıqdır. Əgər kimsə İslami görüşlə qadını elmi işlərdən, iqtisadi, ictimai və ya siyasi fəaliyyətlərdən kənarlaşdırmaq istəsə, Allah hökmünün əksinə getmişdir. Qadınlar fiziki imkan və ehtiyaclarının icazə verdiyi həddə bütün fəaliyyətlərdə iştirak edə bilərlər. Onlar iqtisadi, siyasi və ictimai sahədə istədikəri qədər çalışa bilərlər. Müqəddəs şəriət buna mane olmur. Əlbəttə, qadın fiziki cəhətdən kişidən zərif olduğuna görə, bəzi qaçılmaz hallar qarşıya çıxa bilər. Qadını ağır işlərə sövq etmək ona zülmdür. İslam bunu tövsiyə etmir. Amma eyni zamanda buna qadağa da qoymur. İmam Əli ibn Əbu Talibdən (ə) belə bir hədis nəql olunur: “Qadın güldür, fəhləbaşı deyil”. Bəli, qadın güldür. Hədisdə işlənmiş qəhrəmanə sözü fəhlə və layiqli xidmətçi deməkdir. Kişilərə deyir ki, qadın sizin evinizdə lətafətli bir gül kimdir. Onunla rəftar etdikdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Qadın sizin fəhləniz deyil ki, ağır işləri ona yükləyəsiniz. Bu, əhəmiyyətli bir məsələdir. Ailə qurarkən qadının işləməsini, peşə və qazanca sahib olmasını şərt qoymaq düzgün deyil. Baxmayaraq ki, bu iş şəriətin ziddinə deyil, amma İslam bunu tövsiyə etmir. İslama əsaslanaraq iqtisadi və ictimai işləri qadına qadağan etmək yanlışdır. İslam belə bir söz deməyib.

Digər tərəfdən, İslam qadını ağır işlər görməyə və çətin iqtisadi, ictimai və siyasi sahələrdə çalışmağa məcbur etməyi də tövsiyə etmir. İslamın baxışı mötədil və orta baxışdır. Yəni hər hansı bir qadının vaxtı və imkanı olsa, uşaq tərbiyəsi ona maneçilik törətməsə, fiziki işlərə marağı və gücü olsa, ictimai, iqtisadi və siyasi məsələlərə qoşulmaq istəsə, heş bir problemi yoxdur. Amma onu məcbur etmək, mütləq hər hansi bir işlə məşğul olmağı, gündə filan qədər işləyib ailənin xərcinin müəyyən qismini təmin etməyi tələb etmək olmaz. İslam qadından belə bir şey istəmir və bunu icbari əmək sayır. Xülasə desək, bu aspektdən İslamın görüşü budur ki, qadını elmi, iqtisadi, ictimai və siyasi fəaliyyətlərə məcbur etmək olmaz; necə ki, buna maneə olmaq da düzgün deyil. Əgər qadınlar ictimai və siyasi fəaliyyətlərlə məşğul olmaq istəsələr, eybi yoxdur.

Bu arada elmi fəaliyyət çox yaxşıdır və digər fəaliyyətlərdən üstündür. Mən ailələrə tövsiyə edirəm ki, qızlarının dərs oxumasına icazə versinlər. Məbada ata və ana dini təəssübkeşlik üzündən qızlarının qarşısını alıb ali təhsil icazəsi verməyələr. Xeyr, din belə bir söz deməyib. Din elm öyrənməkdə qız və oğlan arasında heç bir fərq qoymur. Əgər sizin oğlunuz ali təhsil alırsa, qoyun qızınız da alsın. Qoyun bizim cavan qızlarımız dərs oxusunlar, elm öyrənsinlər, məlumatlarını artırsınlar, öz məqamlarına vaqif olsunlar, öz qədir-qiymətlərini bilsinlər. Qoy bilsinlər ki, hegemon dünyanın qadın haqda təbliğatları nə qədər boş və əsassızdır. Bunları savadlanmaqla başa düşmək olar. Bu gün bizim ən dindar, ən inqilabçı, ən pak və ən imanlı qız və qadınlarımız təhsil almışlar arasındadır. Bərbəzək, eyş-işrət adamı olanlar, dünyanın zinətlərindən yapışanlar, geyimdə və yaşayış tərzində kor-koranə və gözübağlı Qərb modellərini yamsılayanlar, adətən, yetərli məlumatı və savadı olmayanlardır. Məlumatlı insan öz rəftarına nəzarət edə və onu həqiqətlə, yaxşıyla müqayisə edə bilir. Buna əsasən, bütün elmi fəaliyyət yolları qadınların üzünə acıq olmalıdır. Qızlar hətta kəndlərdə də dərs oxusunlar. Mənim valideynlərə tövsiyəm budur ki, qız uşaqlarını məktəbə qoysunlar, savadlandırsınlar. Əgər onların istedadı olsa və ibtidai mərhələləri keçdikdən sonra ali universitet təhsili almaq istəsələr, mane olmayın, qoyun onlar bizim müsəlman cəmiyyətimizdə savadlı insanlardan və məlumatlı adamlardan olsunlar. Bu da ikinci aspektdir.




Yüklə 120,05 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin