Zeynalov r. M


Dizayn edilən 7 mm kanallı vintin xüsusiyyətləri



Yüklə 244,22 Kb.
səhifə2/3
tarix26.12.2016
ölçüsü244,22 Kb.
#3597
1   2   3
Dizayn edilən 7 mm kanallı vintin xüsusiyyətləri

  1. Kanallı vint ISIO 5832/1 standartlarına uyğun paslanmaz poladdan emal edilmişdir.

  2. Kanallı vintin yivli qismi proksimalda 7 mm diametrində başlayır və distala tərəf getdikcə 5.5 mm-ə qədər kiçilir.

  3. Cisminin diametri 4.5 mm, başının diametri isə 8 mm-dir.

  4. Vint 3.5 mm altı bucaq kanallı çevirici və kanallı drel ilə tətbiq edilə bilir.

  5. Vint boydan boya kanallıdır.

  6. Vintin yivli qismi 16 mm uzunluğundadır.

  7. Vintin yivli qismində fərqli istiqamətlərdə ölçüsü 2 mm olan 6 dəlik var.

Kontrol qrupunda 7 mm AO kanallı vintlər, təcrübə qrupunda isə yivli qismində dəlikləri olan 7 mm kanallı vintlər istifadə edildi. Vintlər mərkəzdən bud sümüyü başının 5 mm subxondral bölgəyə çatana qədər göndərildi. Təcrübə qrupundakılar əlavə olaraq kanal içindən bud sümüyü başına göndərilən PMMA(Cemfix 3) ilə gücləndirildi. Sementin kifayət qədər sərtliyə çatması üçün nümunələr 12 saat otaq hərarətində izotonik məhlulla isladılmış tamponlara sarılmış halda saxlandıqdan sonra biomexaniki təcrübələrə başlandı.(3,13). Təcrübədə SM 21(Şəkil 1) cihazından istifadə edərək vintlərin sümüyü tutma gücü (Maksimum ekstraksiya torq-burma) müqayisə edildi. Torqmetr cihazı ilə 4º/san tərs istiqamətdə torq-burma (Nm) qüvvəti tətbiq edildi. Ekstraksiya vaxtı ən yüksək torq rəqəmləri müəyyən edildi.(5).

Hesablamalar M.U. Tibb Fakultəsi Biostatistika Kafedrasında həyata keçirildi. SMS-ları və qüvvət nəticələri qarşılaşdırılmasında Unpaired t-testi istifadə edildi. Əhəmiyyət dərəcəsi üçün p<0.05 şərti qoyuldu.






Yüklə 244,22 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin