Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”


Fəsil 2. Strateji marketinq baxımından müəssisənin iqtisadi



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
Zeynalova-lk-r-lham-q-z-

Fəsil 2. Strateji marketinq baxımından müəssisənin iqtisadi 
təhlükəsizliyinin qiymətləndirilməsi 
2.1. Müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji
marketinqin yeri və rolu 
Marketinq eyni zamanda həm biznesin fəlsəfəsi, həm də aktiv prosesidir. Marke-
tinqə verilən bu tərifə əsaslanaraq fransız alimi J. J. Lamben onun üç aspektinin a) 
fəaliyyət aspektinin; b) analitik aspektinin; c) mədəniyyət aspektinin olduğunu qeyd 
edir [4]. Buna əsaslanaraq marketinq prosesinin aktiv və analitik istiqamətlərə malik 
olduğunu söyləmək mümkündür. Bu iki istiqamətliliyi göstərmək üçün, adətən, 
strateji və əməliyyat xüsusiyyətlərindən istifadə edilir. Buna uyğun olaraq 
müəssisənin marketinq fəaliyyəti əməliyyat və strateji marketinqə bölünür. Strateji 
marketinq marketinqin analitik tərəfini – hədəf istehlakçılarının tələbatlarının və 
istəklərinin sistematik tədqiqini, məhsulun hazırlanmasını və istehsalını əhatə edir. 
Əməliyyat marketinqi isə özündə onun fəaliyyət tərəfini - bölüşdürmə, satış və 
kommunikasiya siyasətinin hazırlanmasını, həmçinin məhsulların bazara daha effektli 
yollarla irəlilədilməsini əhatə edir.
Marketinqin komponenti olan strateji və əməliyyat marketinqi planlaşdırmanın 
səviyyəsinə və vəzifələrinə görə fərqlənsələr də bir-birini qarşılıqlı tamamlayırlar. 
Lakin müəssisənin bazar uğuru onların sıx əlaqəsini təmin edən marketinq planına 
əsaslanır. Strateji marketinq isə müəssisənin rəqabət üstünlüyü olduğu bazarların 
seçilməsinə və həmin bazarlarda tələbin proqnozuna yönəldilir. Bazarın tələbinin 
proqnozu müəssisəyə əməliyyat marketinqi vasitəsi ilə bazar payının artırılmasına və 
bu məqsədə nail olunması üçün zəruri olan marketinq büdcəsini tərtib etməyə imkan 
verir. 
Strateji marketinq planı özünü strateji məqsədi (və ya məqsədləri) dəqiqləşdirən 
fəaliyyət proqramı, həmçinin seçilmiş strategiyanın realizasiyası üçün zəruri olan 
vəsaitlərin müəyyən edilməsi kimi təqdim edir. Qısamüddətli inkişaf perspektivi 
müəssisənin cari maliyyə stabilliyi, uzunmüddətli inkişaf perspektivi isə gələcəkdə 
bazarda baş verəcək dəyişiklərin proqnozlaşdırılması vasitəsi ilə müəyyən olunur. 


34 
Strateji marketinq planının ümumi strukturu aşağıdakı komponentlərdən 
ibarətdir [16, 20]: 
1. Strateji təhlil: 
- müəssisənin missiyasının müəyyən edilməsi; 
- xarici mühit amillərinin cəlbediciliyinin təhlili; 
- rəqabət qabiliyyətliliyinin təhlili. 
2. Məqsədin və strateji yönümlülüyün seçilməsi: 
- məqsədin formalaşdırılması; 
- strateji yolun seçilməsi; 
- marketinq büdcəsinin tərtibi. 
3. Riskin təhlili və gözlənilməz hadisələrin proqnozlaşdırılması: 
- strateji planın dayanıqlılığının yoxlanılması; 
- zəif yerlərin təhlili; 
-fövqəladə halların proqnozlaşdırılması. 
Strateji marketinq planının əhəmiyyətini qiymətləndirilmək və onun iqtisadi 
təhlükəsizliyə təsirini müəyyən etmək üçün, ilk növbədə, onun hər bir komponenti 
təsvir edilməli və bu komponentlərin iqtisadi təhlükəsizlik göstəriciləri ilə qarşılıqlı 
əlaqəsi aşkar edilməlidir (cədvəl 2.1). 
Strateji missiya müəssisənin fəaliyyət sahəsini, hədəf bazarını, iqtisadi və qeyri-
iqtisadi xarakterli rəhbərlik prinsiplərini, tətbiq edilən dəyərlər sistemini əks etdirir.
Strateji missiya müəssisə çərçivəsində daxili iqlimin yaradılmasına və fəaliyyətin 
ümumi məqsədinin dərk edilməsinə imkan verir. Müəssisədən kənarda isə o, müəssi-
sənin prioritetini formalaşdırır, ictimai əlaqələrdə onun yerini və bazarda davranışının 
xarakterini müəyyən edir. Missiyanın seçilməsi birbaşa müəssisənin resurslarının 
mövcudluğundan asılıdır. Buna görə də iqtisadi təhlükəsizliyin təmin edilməsinə 
birbaşa təsir edir. 
Xarici mühit amillərinin təhlili prosesində müəssisə tərəfindən nəzarət 
edilməyən amillərin: bazarın inkişaf meylinin, istehlakçıların davranışının, rəqabətin, 
mühitin dəyişməsinin və s. yaratdığı imkan və təhlükələr öyrənilir və qiymətləndirilir. 


35 
Müəssisə vaxtında bu amillərin mənfi təsirini aradan qaldırmağa və ya onların mənfi 
təsirini azaltmağa imkan verən tədbirlər hazırlamadığı hallarda onların müəssisənin 
iqtisadi təhlükəsizliyinin səviyyəsinə neqativ təsiri çox böyük olacaqdır.
Cədvəl 2.1 
Strateji marketinqin və iqtisadi təhlükəsizliyin qarşılıqlı əlaqəsi 
İqtisadi təhlükəsizlik/ 
Strateji marketinq 
İstehsal 
aktivliyi 
Maliyyə 
vəziyyəti 
Sosial inkişaf 
Bazar 
göstəriciləri 
1. 
Strateji təhlil 
1.1 
Müəssisənin missiyasının 
müəyyən edilməsi 
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə 
Birbaşa əlaqə 
1.2 
Xarici mühit amillərinin 
cəlbediciliyinin təhlili 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
1.3 
Rəqabət 
qabiliyyətlili-
yinin təhlili 
Birbaşa əlaqə Dolayı əlaqə 
Dolayı əlaqə 
Birbaşa əlaqə 
2. 
Məqsədin 
və 
strateji 
yönümlülüyün seçilməsi: 
2.1 
Məqsədin formalaşdırıl-
ması 
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə 
Birbaşa əlaqə 
2.2 
Strateji yolun seçilməsi 
Birbaşa əlaqə Birbaşa əlaqə Birbaşa əlaqə 
Birbaşa əlaqə 
1.3 
Marketinq 
büdcəsinin 
tərtibi 
Dolayı əlaqə Birbaşa əlaqə Dolayı əlaqə 
Birbaşa əlaqə 

Riskin təhlili və gözlənil-
məz hadisələrin proqnoz-
laşdırılması: 
3.1 
Strateji planın dayanıq-
lılığının yoxlanılması 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
3.2 
Zəif yerlərin təhlili 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
3.3 
Fövqəladə 
halların 
proqnozlaşdırılması 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 
Dolayı əlaqə 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin