1.2. Müəssisənin iqtisadi təhlükəsizliyinin komponentləri
Belə qəbul edilmişdir ki, müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi
sahəsi kifayət qədər genişdir və özündə bazar münasibətləri şəraitində müəssisənin
fəaliyyətinin stabilliyini təmin edən iqtisadi, istehsal, ictimai və hüquqi münasi-
bətləri, həmçinin material, informasiya, intellektual və insan resurslarını birləşdirir.
Elmi və konstruktor tədqiqatlarının nəticələri, əsas formullar, texnoloji yeniliklər,
məhsulun nümunələri, kapitalın strukturu, patentin saxlanması, investisiya planları,
məhsulun, işin və xidmətlərin maya dəyəri, mühafizənin saxlanması xərcləri,
mühafizənin təşkili sxemi və s. geniş insanlar dairəsi üçün asan əlçatan olduğu halda
bu şərtlərə uğurla əməl etmək mümükün deyildir. Müəssisənin iqtisadi təhlükəsizliyi
bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri ilə xarakterizə olunur. Bunlardan ən
vacibi iqtisadi təhlükəsizliyin səviyyəsidir. İqtisadi təhlükəsizlik səviyyəsi dedikdə
bütün növ resurslardan müəssisənin iqtisadi təhlükəsizlik səviyyəsi meyarlarına
uyğun istifadə edilməsinin vəziyyətinin qiymətləndirilməsi başa düşülür.
İqtisadi təhlükəsizliyin komponentlərini daha ətraflı nəzərdən keçirmək üçün
onu şərti sxem şəklində nəzərdən keçirək. Bu, qarşıya qoyulan vəzifəni, yəni
idarəetmə qərarlarının qəbulu məqsədi ilə iqtisadi təhlükəsizliyin vəziyyətinin formal
təsviri vəzifəsini əyani surətdə təsvir etməyə imkan verəcəkdir. Yuxarıda izah
edilənləri ilkin olaraq şəkil 1.1-də verilmiş sxsem formasında təsvir etmək olar.
Bunun üstünlüyü müəssisənin fəaliyyətinin müfəssəl təsvirinə ehtiyacın olmamasıdır.
İndi müəssisənin iqtisadi təhlükəsizliyinin hər bir komponentini nəzərdən
keçirək.
Müəssisənin istehsal-maliyyə təhlükəsizliyi. Müəssisənin istehsal-maliyyə
təhlükəsizliyi dedikdə, müvafiq maliyyə təminatı ilə möhkəmləndirilmiş istehsal
tsiklinin stabil işlək vəziyyətdə olması və ya fəaliyyət göstərməsi başa düşülür.
İqtisadi təhlükəsizliyin istehsal və maliyyə təhlükəsizliyinə bölünməsi və onların
ayrı-ayrılıqda nəzərdən keçirilməsi iqtisadi təhlükəsizliyin lüzumsuz parçalanmasına
və onun qiymətləndirilməsinin çətinləşməsinə səbəb ola biləcəyindən ümumi
komponentlərin nəzərdən keçirilməsi daha məqsədəuyğundur. Onu da qeyd etmək
19
lazımdır ki, iqtisadi təhlükəsizliyə aid ədəbiyyatda [26, 34] bu istiqamətlər kifayət
qədər ətraflı öyrənilmişdir və müstəqil tədqiqat sahəsidir. Burada əsas vəzifə iqtisadi
təhlükəsizliyin vəziyyətinin kompleks qiymətləndirilməsidir. Buna isə iriləşdirilmiş,
lakin çox tutumlu (həcmli) detallaşdırma ilə nail olmaq mümkündür. Buna görə də
istehsal və maliyyə göstəricilərinin qiymətləndirilməsi üçün maliyyə və istehsal
təhlükəsizliyinin nəyi ifadə etdiyini dəqiqləşdirmək lazımdır.
İstehsal təhlükəsizliyi dedikdə elmi tədqiqatlar və təcrübə-konstruktor işlə-
mələri, marketinq fəaliyyəti, istehsal tsikli, maliyyə fəaliyyəti, təchizat fəaliyyəti və
idarəetmə fəaliyyəti də daxil olmaqla müəssisənin fasiləsiz və effektli fəaliyyəti başa
düşülür.
Onların vəzifəsini keyfiyyətin idarə edilməsi vasitəsi ilə məhsulun rəqabət
qabiliyyətliliyinin yüksəldilməsi və müəssisənin infrastrukturu daxilində müəssisənin
fəaliyyətinə təsir edən amillər formasında təsvir etmək olar. Elmi-tədqiqat və təcrübə-
Müəssisənin iqtisadi təhlükəsizliyi
Mal
iy
yə
Funksional
elementlər
Kapital
T
ex
n
ik
i
İn
tel
le
kt
ua
l
Texnika,
texnolo-
giya, ava-
danlıq
K
ad
r
H
üq
uq
i
İn
fo
rma
si
y
a
Kadrlar
Hüquq
İnfor-
masiya
Korporativ
resurslar
İstehsal-maliyyə
təhlükəsizliyi
Sosial
təhlükəsiz-
lik
İnformasiya-bazar
təhlükəsizliyi
Şəkil 1.1. Müəssisənin iqtisadi təhlükəsizliyinin komponentləri
20
konstruktor işlərinin vəziyyəti istehsal prosesinin təkmilləşdirilməsi imkanını əks
etdirir və və müəssisənin elmi-texniki potensialının səviyyəsini göstərir.
Marketinq xidmətinin imkanları hədəf seqmentinin əsaslandırılmış surətdə
seçilməsini və bu seqmenti formalaşdıran istehlakçıların tələbatlarının ödənilməsi
üçün zəruri olan məhsulların istehsalını təmin edir. Bu həm kəmiyyət, həm də
keyfiyyət ölçülərində ifadə oluna bilər.
İstehsal tsikli sonradan bölüşdürmə və satış sisteminə daxil olacaq əmtəə-
material qiymətlilərinin istehsalı prosesidir. Istehsalın imkanları müəssisənin iqtisadi
sisteminin işlək vəziyyətdə olmasının nüvəsi olduğundan, onun vasitəsi ilə müəs-
sisənin bütün fəaliyyətinin effektli inkişaf perspektivi müəyyən olunur.
Müəssisənin maliyyə imkanları qarşıya qoyulmuş məqsəd və ya məqsədlərə nail
olunma vasitəsidir. Müəssisənin maliyyə imkanı vasitəsilə həm də müəssisənin
inkişaf perspektivləri qiymətləndirilir və əsaslandırılır.
Təchizat fəaliyyəti istehsal prosesinin fasiləsiz və ahəngdar davam etməsi üçün
müəssisənin zəruri xammal və materiallarla, enerji və dəstləşdirici məhsullarla təmin
edilməsidir. Daim dəyişən bazar situasiyasına uyğunlaşmaq lazım gəldiyindən
təchizatın imkanları istehsal prosesinin fasiləsiz və ahəngdar həyata keçirilməsi ilə
yanaşı müəssisənin inkişaf perspektivinə ciddi təsir edir.
İdarəetmə fəaliyyəti istehsal prosesinin bütün mərhələlərini - müəssisənin
strategiyasının hazırlanmasından, gəlirlərin bölüşdürülməsinə kimi olan mərhələləri
əhatə edir. Bu, xətti və funksional rəhbərlik metodlarında, insani münasibətlər
sistemində, kadrların ixtisas səviyyəsinin artırılmasında, işçilərin sağlamlığının
mühafizəsində və əməyin motivasiya modellərində istifadə olunan korporativ
mədəniyyətin mühüm elementidir. Şübhəsizdir ki, idarəetmə fəaliyyəti özündə
müəssisənin fəaliyyətinin bütün istiqamətlərini birləşdirir və sistemi həyat
qabiliyyətli vəziyyətə gətirir.
Maliyyə təhlükəsizliyi iqtisadi sistemin sağlamlaşdırılması və onun artımı üzrə
məqsədli praktiki işdir. Başqa sözlə, maliyyə təhlükəsizliyi yalnız bütünlükdə
müəssisənin iqtisadi sisteminin effektli fəaliyyətini deyil, həm də onu təşkil edən
21
bütün bölmələrin təhlükəsiz fəaliyyət göstərməsini nəzərdə tutur. Maliyyə
təhlükəsizliyi konsepsiyasının əsas prinsipi maliyyə vəsaitlərinin qorunub saxlanması
vasitəsilə qoyulmuş maliyyə vəsaitlərindən məqsədli istifadə edilməsi və bu
vəsaitlərin tez və effektli şəklidə özünü ödəməsi üçün şəraitin yaradılmasıdır.
Deməli, maliyyə təhlükəsizliyi konsepsiyasının bu əsas prinsiplərinin realizasiyası
maliyyə vəsaitlərindən vaxtlı-vaxtında istifadə edilməsi sisteminin yaradılması ilə
yanaşı onların özünü ödəməsinə nəzarət edilməsini də nəzərdə tutur. Maliyyə-iqtisadi
mexanizminin fəaliyyətinin təhlili göstərir ki, maliyyə təhlükəsizliyinin effektli
sisteminin formalaşdırılması yalnız iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacib
amili deyil, həm də onun hərəkətverici qüvvəsidir. Böyük ehtimalla demək olar ki,
maliyyə üçün təhlükə və təhdidlər nə qədər az olarsa ondan əldə edilən vəsaitlərin
həcmi bir o qədər yüksək olacaqdır. Lakin maliyyə təhlükəsizliyinin tam və bütöv
sistem kimi formalaşdırılması üçün maliyyə-pul alətlərinin fəaliyyətinin təhlil
edilməsi zəruridir. Bu təhlilin əsas istiqaməti və son nəticəsi iqtisadi artımı təmin
edən sistemin konseptual əsaslarının işlənib hazırlanması olmalıdır. Burada cari
maliyyə-iqtisadi problemlərinin həllinə yönəlik maliyyə siyasətinin məqsədyönlü
təhlilinə xüsusi diqqət yetirilməlidir.
Beynəlxalq praktikada müəssisənin maliyyə stabilliyinin qiymətləndirilməsində
çoxsaylı göstəricilərdən: rentabellik əmsalı, likvidlik əmsalı, kapital qoyuluşunun
effektliliyi əmsalı, özünüödəmə müddəti, xüsusi və cəlb edilmiş dövriyyə
vəsaitlərinin nisbəti, dövriyyə vəsaitləri üzrə qısamüddətli öhdəliklərin ödənilməsi
əmsalı və s. göstəricilərdən istifadə edilir. Qeyd etmək lazımdır ki, amerikalı
mütəxəssislər daha çox gətirilmiş xalis mənfəət, maksimal pul axınları və ya
zərərsizlik nöqtəsi və bu kimi digər göstəricilərdən istifadə edirlər [22]. Dünya
praktikasında müəssisənin bu göstəriciləri üzrə iqtisadi təhlükəsizliyin optimal
normativləri də müıəyyən edilmişdir. Məsələn, xüsusi və cəlb edilmiş dövriyyə
vəsaitlərinin nisbəti 1:1, likvidlik əmsalı 1 və ondan yüksək səviyyədə, dövriyyə
vəsaitləri üzrə qısamüddətli öhdəliklərin ödənilməsi əmsalı 2, kapitalın xalis
rentabelliyi kredit stavkasından yüksək olmalıdır və s.
22
İqtisadi təhlükəsizliyin maliyyə göstəriciləri aşağıdakı 3 qrupa bölnür [10, 22].
Birinci qrup göstəricilərə
1
K və
2
K
likvidlik əmsalı göstəriciləri daxildir. Bu
əmsallar aşağıdakı düsturun köməyilə hesablanılır:
p
a
1
D
:
D
K
(1.1)
burada:
a
D
- dövriyyə aktivlərinin həcmi;
p
D - dövriyyə passivlərinin həcmidir.
p
m
a
2
D
:
E
D
K
(1.2)
burada
E
m
- əmtəəlik ehtiyatın həcmidir.
1
K əmsalı dövriyə vəsaitlərinin likvidliliyini,
2
K
əmsalı dövriyyə vəsaitlərinin
likvidliliyinin sürətini xarakterizə edir. Dünya praktikasında uğurlu fəaliyyət göstərən
sənaye müəssisələri üçün
1
K >1,8 və
2
K
>1,0 olması tövsiyə olunur. Bu əmsallar
müəssisədə normativdən artıq hazır məhsul ehtiyatının yaranmasını məhdudlaşdırır.
İkinci qrup əmsallar əmtəəlik ehtiyatlarının dövriyyəsini
3
K və dövriyyə
vəsaitlərindən istifadənin effektliliyini
4
K
xarakterizə edir. Bu əmsalların
kəmiyyəti aşağıdakı düsturla müəyyən edilir:
d
u
3
E
:
X
K
(1.3)
burada:
u
X
- məhsulun istehsal və satışına sərf edilən xərclərin ümumi məbləği;
d
E
- məhsul ehtiyatının dəyəridir.
a
s
4
M
:
G
K
(1.4)
burada:
s
G
məhsul satışından əldə edilən gəlirlərin məbləği;
a
M
- mütləq aktivlərin məbləğidir.
Dünya praktikasında uğurlu fəaliyyət göstərən sənaye müəssisələri üçün
3
K
>2,8 və
4
K
> 1,6 olması tövsiyə olunur.
Üçüncü qrup göstəricilərə
5
K
və
6
K
mənfəətlilik əmsalları aiddir:
%
100
G
:
M
K
s
x
5
(1.5)
burada:
x
M
- vergilər ödənildikdən sonra müəssisənin sərancamında qalan xalis
mənfəətin məbləğidir.
23
%
100
M
:
M
K
a
x
6
(1.6)
Dünya praktikasında uğurlu fəaliyyət göstərən sənaye müəssisələri üçün
5
K
>8,2% və
6
K
> 14,7% olması tövsiyə olunur.
Müəssisənin maliyyə fəaliyyətini təhlil edilərkən bu əmsalların köməyilə
aşağıdakı nəticələrə gəlmək olar:
1. Əgər bütün əmsalların kəmiyyəti yuxarıda qeyd olunan rəqəmlərdən yüksək
olarsa, onda müəssisənin effektli işlədiyini söyləmək olar.
2. Əgər bu əmsallardan hər hansı birinin kəmiyyəti təklif edilən kəmiyyətdən,
yəni normativdən müəyyən qədər aşağı olarsa, onda həmin göstərici daima
müəssisənin rəhbərliyinin nəzarətində olmalıdır.
3.
3
K
və
4
K
əmsallarının kəmiyyəti təklif edilən səviyyədən aşağı olduğu
halda müəssisənin rəhbərliyi müəssisənin bütün aktivlərinin məhsuldarlığını və
marketinq tədbirlərinin effektliliyini təhlil etməlidir.
Əksər əmsalların kəmiyyəti müəyyən edilmiş səviyyədən ciddi surətdə aşağı
olduqda müəssisənin bütün fəaliyyəti hərtərəfli və dərindən təhlil edilməlidir.
Müəssisənin maliyyə vəziyyəti təhlil edilərkən müəssisənin maliyyə dayanıqlılığını
əks etdirən müflisləşmə ehtimalı göstəricisi mütləq nəzərdən keçirilməlidir. Bu
göstərici aşağıdakı formula ilə müəyyən olunur:
a
s
a
f
a
d
a
m
a
a
e
M
:
G
0
,
1
M
:
G
(
3
,
3
M
:
S
6
,
0
M
:
B
4
,
1
M
:
D
2
,
1
B
(1.7)
burada:
m
B
- bölüşdürülməyən gəlirlərin məbləği;
d
S
- adi və güzəştli səhmlərin bazar dəyəri;
f
G
- əsas fəaliyyətdən əldə edilən gəlirlərin məbləğidir.
Bu göstəricinin kəmiyyətindən asılı olaraq müəssisənin müflisləşmə ehtimalı
belədir: 1,8-ə kimi olduqda müəssisənin müflisləşmə ehtimalı çox yüksəkdir, 1,81-
2,7 olduqda müəssisənin müflisləşmə ehtimalı yüksəkdir, 2,71-3,0 olduqda
müəssisənin müflisləşməsi mümkündür, 3-dən böyük olduqda müəssisənin
müflisləşməsi ehtimalı çox aşağıdır. Bu göstəricinin kəmiyyətinin aşağı olması
müəssisənin maliyyə fəaliyyətinin daha ətraflı və dərindən təhlili üçün bir siqnaldır.
İqtisadi
təhlükəsizliyin
vəziyyətinin
qiymətləndirilməsinin
mümkün
24
variantlarının təhlili sayəsində aşağıdakı nəticələrə gəlmək olar:
a) həddən artıq formal olduğundan və müəssisənin fəaliyyətinin bu və ya digər
tərəflərinin vəziyyətini əks etdirmədiyindən və bunlar idarəetmə qərarlarının qəbulu
prosesinin
ləngiməsinə
səbəb
olduğundan
nisbi
maliyyə
əmsallarının
6
2
1
K
,.......
K
,
K
istifadə edilməsi kifayət qədər çətindir;
b) yanaşmanın sadəliyi və fəaliyyətin vəziyyətinin detallaşdırılmış və ətraflı
təhlilinə ehtiyac olması səbəbindən müflisləşmə ehtimalı göstəricisinin tətbiqi də
məqsədəuyğun deyildir;
c) müəssisənin fəaliyyət göstəricilərindən istifadə etməklə onun istehsal-
maliyyə vəziyyətinin qiymətləndirilməsinin inteqrasiya olunmuş sistemindən istifadə
etmək lazımdır. İstifadə olunan bu göstəricilər əyani, çevik, həmçinin onun tətbiqi
sadə və tutumlu olmalıdır.
Müəssisənin sosial təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün onun real
və sosial təhdidlərini daha tam əks etdirən kifayət qədər konkret və imkan daxilində
idarə olunan göstəricilərin seçilməsi zəruridir. Bu göstəricilərə kadr axınını, işçilərin
ixtisas səviyyəsinin aşağı düşməsini, heyətin qocalmasını, həvəsləndirmə sisteminin
olmamasını, sosial müdafiə səviyyəsinin azalmasını və bu qəbildən olan digər
amilləri aid etmək olar (şəkil 1.2).
Müəssisənin sosial təhlükəsizliyinin ən vacib amillərindən biri sosial stabillikdir.
Sosial stabillik müəssisənin təşkilatdaxili xarakterli neqativ, ziddiyyətli situasiyaların
qarşısını almaq qabiliyyətini əks etdirir və onun iqtisadi təhlükəsizliyinin
vəziyyətinin qiymətləndirilməsinin ən vacib meyarlarından biridir. Sosial sferanın
fəaliyyətinin qeyri-stabilliyi isə, əksinə, müəssisənin fəaliyyət mexanizmini tamamilə
dağıdır. Çünki heyətin öz vəzifələrinə neqativ münasibəti, düzəldilməsi mümkün
olmayan neqativ nəticələrə səbəb olur.
Spesifik xüsusiyyətlərini nəzərə almaqla sosial stabillik sisteminin yaradılması
və təkmilləşdirilməsi müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin zəruri
komponentidir. Belə bir sistem yalnız iqtisadi təhlükəsizliyinin ümumi vəziyətini
düzgün qiymətləndirməyə deyil, həm də müəssisənin potensialını qiymətləndirməyə
25
imkan verir. Bu isə, öz növbəsində, müəssisənin daxili imkanlarını nəzərə almaqla
idarəetmə qərarlarının qəbulunda mühüm əhəmiyyət kəsb edir. Strateji məqsədlər
müəssisənin imkanlarının proqnoz qiymətlərinə əsaslanmaqla müəyyən edilir. Sosial
təhlükəsizliyin daimi monitorinq sistemi mövcud olduğu halda gələcək dövr üçün
müəssisənin potensialının real qiymətləndirilməsi ehtimalı artır. Sosial təhlükəsiz-
liyin qiymətləndirilməsi göstəricilərinin işlənib hazırlanması müvafiq sosial
stabilliyin artırılması və mümkün neqativ nəticələrin aradan qaldırılması üzrə
tədbirlər sistemi ilə müşayiət olunmalıdır. Bu sistemdə təhdidlərin baş vermə
ehtimalını və ya mümkün neqativ nəticələrin ölçüsünü azaltmağa imkan verən
profilaktik tədbirlərin mövcud olması çox faydalıdır.
.
Yuxarıda izah edilənləri nəzərə almaqla sosial təhlükəsizliyi iki istiqamətdə:
intellektual və kadr resursları istiqamətində qiymətləndirmək olar. Bu, mahiyyət eti-
barilə kadr potensialının vəziyyətinin bütün istehsal tsiklinə təsir edən səviyyəsidir.
Belə ki, bir tərəfdən, daha yaxşı nəticələrə nail olmaq üçün əməyin stimullaş-
So
sial təhlükəsizlik
Sosial inkişaf
Əmək haqqının səviyyəsi
Əmək haqqının yaşayış minimumuna nisbəti
İşçilərin sayı (gənclər, mütəxəssislər)
Kadr işinin təşkili səviyyəsi (təlim,
həvəsləndirmə, tərbiyə etmə, kadr axını və
s.)
İşçilərin sosial müdafiə sistemi
Şəkil
1.2.
Müəssisənin
sosial
təhlükəsizliyinin
vəziyyətinin
qiymətləndirilməsi göstəriciləri
26
dırılması, digər tərəfdən, inkişaf perspektivi imkanına malik olmaq və strateji məq-
sədlərə nail olunması üçün intellektual potensialın artırılması zəruridir.
Sosial təhlükəsizlik son dərəcə şərti məfhum olduğundan sosial inkişafın
səviyyəsi hər bir müəssisə tərəfindən müstəqil surətdə müəyyən edilir. Buna görə də
sosial inkişafın qiymətləndirilməsi göstəriciləri tövsiyyə xarakterlidir və digər
göstəricilər vəziyyəti imkan daxilində obyektiv əks etdirə bildiyi halda həmin
göstəricilərlə əvəz oluna bilər. Hal-hazırda idarəetmə aparatının bazar dəyişiklik-
lərində, yeni texnologiyaya çevik reaksiya verməsini əks etdirən idarəedicilər
komandasında gənc mütəxəssislərin və ya gənc menecerlərin payı göstəricisindən
istifadə edilir.
Iqtisadi təhlükəsizliyin birinci iki komponentinin – istehsal-maliyyə və sosial
komponentlərinin məzmununun təhlili əsasında belə bir nəticəyə gəlmək olar: onların
vəziyyəti müəssisədaxili fəaliyyətin effektliliyini əks etdirir və müvafiq olaraq
müəssisənin rəhbərliyi tərəfindən idarə edilir. Lakin bazarda uğurlu fəaliyyət
göstərmək üçün müəssisə bu komponentlərin tələb edilən səviyyəsinə nail olmaqla
yanaşı o, xarici ətraf mühitlə sazlanmış və nizamlanmış əlaqə qura bilməlidir. Bu
əlaqə əvvəlcə informasiya xarakteri daşıyır. Müasir dəyişkən və müasir burulğanlı
şəraitdə müəssisənin obyektiv və etibarlı informasiyaya malik olması çox mühüm
əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, artıq yuxarıda qeyd edildiyi kimi,
iqtisadi təhlükəsizliyin üçüncü elementini informasiya bazar komponenti təşkil edir.
İndi iqtisadi təhlükəsizliyinin bu iki tərkib hissəsini – informasiya və bazarı
nəzərdən keçirək. Əsaslandırılmış inkişafa nail olmaq üçün müəssisəyə, bir tərəfdən,
fəaliyyətini obyektiv və hərtəfli xarakterizə edən informasiya lazımdır, yaxud
rəqiblərin təşəbbüsü ələ keçirməməsi üçün müəssisə informasiyanı müdafiə edə
bilməlidir. Digər tərəfdən, inkişaf strategiyasını bazar diktə etdiyindən və ya kifayət
qədər imkanların mövcud olduğu halda bazara qəbul etdirildiyindən (bu da başlan-
ğıcdan informasiya kanalları vasitəsi ilə həyata keçirilir) informasiyaya tələbat bir-
başa bazarda aktivliklə əlaqədardır. Gələcəkdə inteqrasiya imkanını əldə etmək
məqsədi ilə a) informasiya təhlükəsizliyi və sənaye casusluğu və b) bazar riski
27
situasiyalarında iqtisadi təhlükəsizlik məsələlərini nəzərdən keçirək.
Dostları ilə paylaş: |