Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   2   3   4   5   6   7   8   9   ...   21
Zeynalova-lk-r-lham-q-z-

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti kimi xalq təsərrüfatının 
müxtəlif sahələrinin müəssisələri, konkret halda istehsal-təmir müəssisəsi çıxış edir. 
Tədqiqatın predmeti müəssisənin iqtisadi təhlükəsizliyinin strateji marketinq 
alətlərinin, elementlərinin tətbiqi yolu ilə onun təmin edilməsi sistemidir. 
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi strateji marketinq 
alətlərindən istifadə etməklə müəssisənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi 
metodlarının və tədbirlərinin hazırlanmasıdır.
Dissertasiya işinin məqsədinə uyğun olaraq onun vəzifələri aşağıdakı kimi 
müəyyən edilmişdir: 
- müəssisənin dayanıqlı inkişafı üçün təhlükə törədən parametrlərin 
qiymətləndirilməsi baxımından “müəssisənin iqtisadi təhlükəsizliyi” anlayışının 
dəqiqləşdirilməsi; 



- müəssisənin iqtisadi təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi və təmin 
edilməsinin tədqiqi, onun təhlili və ona yanaşmaların sistemləşdirilməsi vasitəsi ilə 
iqtisadi təhlükəsizliyin təmin edilməsi sxeminin hazırlanması və onun 
qiymətləndirilməsi göstəricilərinin strukturunun müəyyən edilməsi; 
- iqtisadi təhlükəsizliyin sistemyaradıcı elementlərinin müəyyən edilməsi 
əsasında iqtisadi təhlükəsizliyin vəziyyətinin optimal səviyyəsini təmin edən 
təsvirinin və qiymətləndirilməsinin struktur-məntiqi modelinin hazırlanması; 
- strateji marketinqin realizasiyası prosesində müəssisənin iqtisadi 
təhlükə-
sizliyinin
ekspress qiymətləndirmə metodunun və monitorinq sisteminin işlənib 
hazırlanması.
Tədqiqatın informasiya bazası və işlənməsi metodları. Tədqiqat işində 
normativ-hüquqi aktlardan, təlimatlardan, ixtisaslaşmış ədəbiyyatdan, istehsal-təmir 
müəssisəsinin statistik və mühasibat hesabatlarından istifadə edilmişdir. 
Tədqiqat işinin elmi-nəzəri əsasını bazar iqtisadiyyatının ideologiyası, struktur-
funksional təhlil, detallaşdırılan sistemli yanaşma, iqtisadi nəzəriyyə, sosiologiya, 
strateji və maliyyə menecmenti, strateji marketinq, idarəetmə qərarlarının qəbulu 
nəzəriyyəsi və s. təşkil edir. 
Bir sıra məsələlərin həll edilməsində SWOT-analiz, sistemin morfoloji təhlili və 
sintezi, ekspert qiymətləndirməsi, qərarların qəbulunun çoxkriteriyalı metodlarından 
istifadə edilmişdir. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin