3.2. İqtisadi təhlükəsizliyin vəziyyətinin monitorinqi sistemi
Strateji marketinq planının tərtib edilməsi müəssisəyə fəaliyyətin istiqamətlərini
müəyyən etməyə və qarşıya qoyulmuş məqsədə və ya məqsədlərə nail olunmasının
üsullarını aşkar etməyə imkan verir. Tədqiqat işinin predmeti çərçivəsində müəssi-
sənin məqsədi - stabil və dayanıqlı inkişafa nail olunmasıdır. Hətta strategiya İT-nin
müasir vəziyyətini nəzərə almaqla tərtib edildiyi halda belə ətraf mühit amilləri
dəyişkən olduğundan və onun necə dəyişəcəyini qabaqcadan görmək kifayət qədər
çətin, bəzi hallarda isə ümumiyyətlə mümkün olmadığından marketinq planlarının
yerinə yetirilməsinin müntəzəm izlənməsi və onda zəruri düzəlişlərin edilməsi
zərurəti meydana çıxır. İT-nin vəziyyətinin monitorinqi özünün səciyyəvi
xüsusiyyətinə uyğun olaraq iki vəzifəni yerinə yetirməyə: birincisi müəssisənin İT-
nin səviyyəsini qiymətləndirməyə və ikincisi, hazırlanmış strategiyanın qarşıya
qoyulmuş məqsədə nail olunmağa imkan verib-verməyəcəyini müəyyən etməyə şərait
yaradır.
Monitorinq sisteminin effektli fəaliyyət göstərməsi üçün müəyyən
informasiyanın toplanması lazımdır. Bu informasiya aşağıdakı tələblərə cavab
verməlidir:
- zəruri düzəlişlərin edilməsi üzrə zəruri idaretmə qərarlarının qəbulu üçün
həmin informasiya vaxtında toplanmalıdır;
- toplanmış informasiya nəzarət edilən proseslərin vəziyyətini adekvat əks
etdirməli, obyektiv və etibarlı olmalıdır;
- informasiyanın toplanması vaxtı və onun aid olduğu dövr dəqiq göstərilməlidir.
Bir qayda olaraq ilk baxışdan çox sadə görünən bu tələblər praktikada çox nadir
hallarda yerinə yetirilir və bu səbəbdən idarəetmə qərarlarının qəbulunda səhvlərə yol
verilməsi ehtimalı artır. İT-nin vəziyyətinin monitorinq sisteminin hazırlanması üçün
ilk növbədə monitorinqin ümumi alqoritmi və ya ümumi sxemi hazırlanmalıdır (şəkil
3.3).
65
Monitorinqin sisteminin yaradılması özündə iki elementi: 1) strateji marketinq
proqramının realizasiyası prosesində İT-nin monitorinqinin məqsəd və vəzifələrinin
müəyyən edilməsini və 2) monitorinq sisteminin realizasiyasının struktur yaradıcı
elementi kimi onun konsepsiyasının müəyyən edilməsini birləşdirir.
I. Monitorinqin məqsədi və vəzifələri.
- strateji marketinq planı çərçivəsində İT-nin stabil və dayanıqlı vəziyyətinin
təmin olunması;
- strateji marketinq planının realizasiyası və onun daima aktuallığının qorunub
saxlanması;
- strateji marketinq planının və ayrı-ayrı tədbirlərin realizasiyasının bütün
vasitələrlə stimullaşdırılması;
- müəssisənin missiyasına və strateji marketinq planının məqsədinə nail olun-
ması səviyyəsinin qiymətləndirilməsi, qarşıya qoyulmuş məqsədə nail olunması üçün
bütün növ resursların bölüşdürülməsi üzrə idarəetmə qərarların qəbul edilməsi;
- tədbirlərin realizasiyası səviyyəsinin qiymətləndirilməsi və bu tədbirlərin
dəqiqləşdirilməsi və korrektə edilməsi üçün zəruri informasiyanın toplanması;
- strateji marketinq planının strukturunun işlək vəziyyətdə saxlanması.
II. Monitorinq konsepsiyası 3 hissədən ibarətdir:
1) Müəssisənin inkişafının xarici mühitinin monitorinqi. Bu, müəssisə üçün
strateji əhəmiyyət kəsb edən bazarlarda, regionlarda və fəaliyyət sahələrində forma-
laşmış situasiyanın tədqiqinə əsaslanır.
2) Strateji marketinq planının realizasiyasının ümumi nəticələrinin, seçilmiş
strateji istiqamətlər üzrə başlıca məqsədə nail olunma səviyyəsinin monitorinqi. İT-
nin vəziyyətini xarakterizə edən statistik məlumatların və əvvəlcədən seçilmiş
Planlaşdırma
Relizasiya
Kənarlaşmaların aşkarlanması və planda zəruri düzəlişlərin edilməsi
Şək
il 3.3. İT-nin vəziyyətinin monitorinqinin ümumi alqoritmi
66
məhdud sayda göstəricilərin təhlilinə əsaslanır. Bu hissə də, öz növbəsində, aşağıdakı
3 bloka ayrılır:
- başlıca məqsədə nail olunmanın monitorinqi;
- strateji istiqamətlər üzrə irəliləmənin monitorinqi;
- məqsədə nail olunmanın monitorinqi.
Monitorinq bu işə məsul olan bölmələrin işçilərinin təqdim etdiyi informasiya
əsasında müəssisənin marketinq və iqtisadi təhlükəsizliyə cavabdeh olan strukturları
tərəfindən həyata keçirilməlidir. Monitorinqin nəticəsi müntəzəm olaraq məqsədə
nail olunma dərəcəsi və strateji planın korrektə edilməsi göstərilmək şərti ilə fiksə
edilmiş analitik hesabatlarda əks etdirilir.
III. Tədbirlərin realizasiyası prosesinin (güclərin və aralıq nəticələrin) moni-
torinqi. Bu monitorinq strateji planın 3 tərkib elementi üzrə tədbirlərin realiza-
siyasına aid aşağıdakı informasiyaya əsaslanır:
- tədbirlərin həyata keçirilməsinə;
- tədbirlərin həyata keçirilməsindən əldə edilən effektə;
- işçi qrupu üzvlərinin fəallığına.
Monitorinqin nəticələri strateji marketinq planında nəzərdə tutulan tədbirlərin
yekun qiyməti, bu tədbirlərin aktullığının qiymətləndirilməsi, prioritet tədbirlərin
qiymətləndirilməsi, maliyyə vəsaitlərinə tələbatın həcmi və strateji planının realiza-
siyası ilə əlaqədar olan strateji plana və sənədlərə düzəlişlərin edilməsi üzrə tək-
liflərin qeyd edildiyi məlumatlar bazasında və hesabatlarda əks etdirilir.
Monitorinqin məqsədi, vəzifələri və ümumi konsepsiyası müəyyən edildikdən
sonra onun realizasiyası prosesini nəzərdən keçirmək məqsədəuyğundur. Bizim
fikrimizə görə İT-nin vəziyyətinin monitorinqinin ümumi sistemi aşağıdakı 4 əsas
elementi əhatə etməlidir:
1. Göstəricilərin müəyyən edilməsini;
2. Parametlərin ölçülməsi və müşahidə edilməsi sistemini;
3. Nəticələrin müqayisə edilməsini və qiymətləndirilməsini;
4. Zəruri düzəlişlərin edilməsini.
67
Monitorinqin birinci elementi müəssisənin İT-nin vəziyyətinin qiymətlən-
dirilməsi göstəricilərinin: istehsalın aktivliyini, maliyyə vəziyyətini, sosial inkişafı
xarakterizə edən göstəricilərin, həmçinin bazar göstəricilərinin və onların parametr-
lərinin müəyyən edilməsidir. Buna görə də, İT-nin səviyyəsinin qiymətləndirilməsi
üçün tədqiqat işinin 2-ci fəslində izah edilən struktur-məntiq modelindən istifadə
edilir. Sosial inkişafın səviyyəsinin daha ətraflı təhlili üçün əlavə olaraq onun
xarakteristikası verilən cədvəldən də istifadə edilir.
Hər bir müəssisənin özünə xas spesifik xüsusiyyətləri olduğundan və risk səviy-
yəsini müstəqil müəyyən etdiyindən istehsal aktivliyinin, maliyyə vəziyyətinin, sosial
inkişafın bazar göstəricilərinin parametrləri, hətta göstəricilərin özü ayrı-ayrı müəs-
sisələr üzrə fərqli ola bilər. Bu göstəricilər bir başa müəssisənin realizə etdiyi mar-
ketinq strategiyası ilə əlaqəlidir. İT-nin səviyyəsinin alınmış qiymətlərində ciddi fərq-
lər olduğundan sonrakı nəticələrin birmənalılığının təmin edilməsi üçün göstəricilərin
prioritetlərinin ardıcıllığını müəyyən etmək lazımdır. Bundan başqa keçici (müvəqqəti)
üstünlüklərin, yəni göstəricilərin parametrlərinə nail olunmasına uzunmüddətli və
qısamüddətli baxışların nisbətinin müəyyənləşdirilməsi məqsədəuyğundur.
Monitorinqin ikinci elementi onun göstəricilərinin vəziyyətinin ölçülməsi və
müşahidə edilməsi sisteminin yaradılmasıdır. O.S.Vixanski bu sistemin yaradılma-
sına 4 yanaşma: 1) müəssisənin fəaliyyətinin bazar göstəriciləri əsasında; 2) müəs-
sisənin müxtəlif bölmələrinin çıxışının vəziyyəti əsasında; 3) standartlaşmaya əsasla-
nan bürokratik yanaşma əsasında; 4) müəssisədə qəbul edilmiş norma və dəyərlər
əsasında yaradılmasını təklif edir [11]. Tədqiqatın predmeti baxımından birinci
yanaşma müəssisənin fəaliyyət göstəricilərini bazarda baş verən dəyişikliklərlə
qarşılıqlı əlaqədə qiymətləndirməyə imkan verdiyindən həmin yanaşmadan istifadə
edilməsi daha məqsədəuyğundur. İT-nin göstəricilərinin ölçülməsi və müşahidə
edilməsi sistemi onun səviyyəsinin qiymətləndirilməsinin struktur-məntiqi modeli
vasitəsi ilə həyata keçirilir (cədvəl 3.6). Bu zaman metodoloji alət kimi SWOT–
analizdən, sistemin analizinin və sintezinin morfoloji metodundan, ekspert
qiymətləndirmə metodundan və idarəetmə qərarlarının qəbulunun çox faktorlu
68
metodundan istifadə etmək mümkündür.
Monitorinqin üçüncü elementi əvvəlki bəndin cədvəlindən istifadə etməklə
monitorinqin göstəricilərinin real (mövcud) vəziyyəti ilə onların gözlənilən (arzu
edilən) vəziyyətinin müqayisə edilməsidir. Bu müqayisəni apararkən aşağıdakı 3
situasiya mümkündür: 1) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətdən
yüksəkdir (yaxşıdır); 2) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətə uyğundur;
3) göstəricilərin real vəziyyəti gözlənilən vəziyyətdən aşağıdır (pisdir).
Cədvəl 3.6
İT-nin vəziyyətinin qiymətləndirilməsinin struktur-məntiq modeli
İT
-n
in
s
/y
elem
en
ti
k
r
Elementin göstəriciləri
kj
w
Elementin əlamətlərinin
öliyinin ölçüsü
Tərəflərin
xarakte-
ritikası
Balla
qiymət
kij
möv
göz
Möv
göz
1
2
3
4
5
6
7
İste
hsa
lı
n a
kti
vli
yini
n
xa
ra
kte
risti
ka
sı
1. Əmək məhsuldar-
lığının dinamikası
artan
güclü
*
10
10
stabil
mülayim
4
azalan
zəif
1
2.Çeşidin yenilənmə
əmsalının dinamikası
artan
güclü
*
10
10
stabil
mülayim
6
azalan
zəif
1
3. İnnovasiya xərcləri
artan
güclü
*
10
10
stabil
mülayim
5
azalan
zəif
1
4. Satışın həcminin
dinamikası
artan
güclü
*
10
10
stabil
mülayim
4
azalan
zəif
1
MV
xa
r-
sı
5. Xüsusi
və
cəlbedilmiş
vəsaitlərin
nisbəti (1:1)
Yüksək dayanıqlı və
müstəqil
güclü
*
10
10
Kifayət səviyyədə
mülayim
6
Kifayət deyil
zəif
1
Ma
li
yyə
və
ziyyətini
n xa
ra
kter
ist
ikası
6. Likvidlik
1
Kredit
qabiliyyətlidir
(>1,5)
güclü
*
10
10
Məhdudur (1-1,5)
mülayim
5
Kredit qabiliyyətli deyil
(<1)
zəif
1
7.Dövriyyə vəsaitləri
üzrə
qısamüdətli
öhdəliklərin ödənilmə
əmsalı
Ödəmə qabiliyyətlidir (2-
2,5)
güclü
10
10
Ödəmə qabiliyyəti zəifdir
(<1)
zəif
3
8. Daşınmaz əmlakla
təmin olunma (=1)
Yüksək
1
güclü
*
10
10
Zəif (<1)
Zəif
3
9.
Kapitalın xalis
rentabelliyi (> kredit
faizi)
Çox yüksəkdir (>50%)
güclü
*
10
8
Yüksəkdir (25-50%)
güclü
8
Ortadır (10-25%)
mülayim
4
zəifdir (<10%)
zəif
1
69
cədvəlin davamı
S
osial i
nkişaf
ın
xa
ra
kte
risti
ka
sı
10. Əmək haqqının
səviyyəsi
yüksəkdir
güclü
*
10
2
Ortadır
mülayim
7
zəifdir
zəif
1
11. Əmək haqqının
yaşayış minimumu
yüksəkdir
güclü
*
10
8
uyğundur
mülayim
8
aşağıdır
zəif
1
12. İşçilərin sayı
artır
*
10
7
stabildir
7
azalır
1
13.
Kadrlarla işin
səviyyəsi
həmişə yüksəkdir
güclü
*
10
10
müntəzəm deyil
mülayim
5
zəifdir
zəif
1
B
az
ar göstə
ric
akte
risti
ka
sı
14.
Strateji
inkişaf
planının mövcudluğu
tətbiq mərhələsindədir
güclü
*
10
10
tərtib edilmə mərhələsində-
dir
mülayim
3
realizə edilmir
zəif
1
15. Bazar payı
liderdir (>50%)
güclü
*
10
10
böyükdür (30-50%)
güclü
8
orta səviyyədədir (10-30%)
mülayim
6
zəifdir (<10)
zəif
1
16. Dövriyyənin həcmi
çox böyükdür
güclü
*
10
10
böyükdür
güclü
8
orta həcmdədir
mülayim
6
kiçikdir
zəif
1
17.
Dövriyyədə pul
vəsaitlərin payı (%)
yüksəkdir (<70%)
güclü
*
10
10
orta səviyyədədir (50-70%)
mülayim
8
azdır (<50%)
zəif
1
Monitorinqin əvvəlki mərhələsində nəzərdə tutulan tapşırıq və parametrlərdə
ciddi kənarlaşmalar aşkar edildiyi halda onun növbəti mərhələsində bu kənarlaş-
maların səbəbləri aydınlaşdırılır və marketinq proqramında zəruri düzəlişlər edilir.
Bu təhlilin aşağıdakı mərhələlərə uyğun ardıcıllıqla həyata keçirilməsi məqsədəuy-
ğundur.
I mərhələ. İqtisadi təhlükəsizliyin monitorinqi göstəricilərinin planda nəzərdə
tutulan kəmiyyətlərindən kənarlaşmaları müəyyən edilir və onların hər biri qeyd
edilir.
II mərhələ. Əlverişli (arzu edilən) və əlverişli olmayan (arzu edilməyən) hallar
müəyyən edilir. Bu halların daha ətraflı və hərtərəfli təhlili məqsədi ilə hər bir istiqa-
mət üzrə qrafik qurulur. Bu qrafikin Y oxunda göstəricinin faktiki kəmiyyəti ilə
planda nəzərdə tutulan kəmiyyəti arasındakı kənarlaşma (%-lə), X oxunda isə
müvafiq istiqaməti xarakterizə edən göstəricinin adı qeyd edilir.
III mərhələ. Bu mərhələdə hər bir kənarlaşmanın ciddilik, əhəmiyyətlilik dərə-
70
cəsi müəyyən edilir. Parametrin faktiki kəmiyyəti planda nəzərdə tutulan kəmiyyət-
dən
5
,
0
bal həcmində kənarlaşırsa, onda bu əhəmiyyətli, ciddi kənarlaşma hesab
edilir.
IV mərhələ. Bu mərhələdə isə baş vermiş bu kənarlaşmaların səbəblərini
(müəssisədaxili və müəssisədən kənar amillər hesabınamı baş vermişdir, yenimi
meydana çıxmış və ya əvvəllər mövcud olmuş, lakin qabaqcadan nəzərə
alınmamışdırmı və s.) öyrənmək məqsədi ilə onların hər birinin təhlili həyata
keçirilir.
Növbəti – V mərhələdə təhlilin nəticələrinin əks olunduğu ətraflı hesabat
hazırlanır.
Nəhayət sonuncu – VI mərhələdə baş vermiş kənarlaşmaların aradan
qaldırılması və qarşıya qoyulmuş məqsədə nail olunması üçün tədbirlər planı
hazırlanır.
Yuxarıda izah edilənlərə uyğun olaraq marketinq üzrə menecerlərin vəzifəsi
müəssisənin fəaliyyəti üçün real və ciddi təhlükə yaradan zonaların sərhədlərinin
müəyyən edilməsidir. Yuxarda kənarlaşmanın ciddiliyini ifadə edən 0,5 bal
iqtisadçılar tərəfindən praktikaya əsaslanmaqla müəyyən edilmiş kəmiyyət, orta
qiymətdir (müxtəlif istehsal sahələrinə aid olan 50 müəssisənin rəhbərləri arasında
aparılmış sorğu əsasında müəyyən edilmişdir). Lakin hər bir müəssisə üçün riskin
hüdudu ona rəhbərlik edən şəxs tərəfindən müəyyən edilir.
Marketinq proqramlarına düzəlişlər aşağıda izah edilən prosedura uyğun həyata
keçirilməlidir:
1. Monitorinqin göstəricilərinin parametrlərinə yenidən baxılması. Burada İT-
nin vəziyyətini xarakterizə edən göstəricilərin parametrlərinin müəssisənin məqsə-
dinə və hazırlanmış strategiyaya uyğunluq səviyyəsi müəyyən edilir. Bunlar arasında
ziddiyyət, uyğunsuzluq aşkar edildiyi halda göstəricilərin parametrləri dəyişdirilir.
2. Göstəricilərin parametrləri müəssisənin məqsədinə və hazırlanmış marketinq
strategiyasına uyğun olduğu, yəni onlar arasında ziddiyyət olmadığı halda müəssi-
sənin məqsədinə və marketinq strategiyasına yenidən baxılmalıdır. Bunun üçün
71
müəyyən edilmiş məqsəd və strategiya müəssisənin ətraf mühit amillərinin cari
vəziyyəti ilə müqayisə edilir. Çünki ola bilər ki, ətraf mühitdə baş vermiş dəyişik-
liklər qarşıya qoyulmuş məqsədə nail olmağa imkan verməsin, yəni qarşıya
qoyulmuş məqsəd və seçilmiş strategiya real vəziyyətə uyğun olmasın. Bu isə qarşıya
qoyulmuş məqsədin və seçilmiş strategiyanın real vəziyyətə uyğunlaşdırılmasını
tələb edir. Əgər ətraf mühitin cari vəziyyəti müəssisənin qarşıya qoyulmuş məqsədə
doğru irəliləməsinə imkan verirsə, bu halda dəyişikliklər müəssisənin marketinq
strategiyası səviyyəsində həyata keçirilməlidir. Marketinq strategiyasına yenidən
baxılması onun formalaşmış yeni mühitdə qarşıya qoyulmuş məqsədə nail
olunmasını təmin edib-etməyəcəyinin müəyyən edilməsini nəzərdə tutur. Başqa
sözlə, ya yaranmış yeni mühitdə seçilmiş strategiyanı həyata keçirmək çətindir, ya da
həmin strategiya qarşıya qoyulmuş məqsədə nail olunmasına imkan vermir. Belə
olduğu halda strategiyaya yenidən baxılır. Belə olmadığı halda növbəti mərhələdə
nəzərdə tutulan işlərin icrasına başlanılır.
3. Müəssisənin fəaliyyətinin uğursuzluğu ayrı-ayrı proseslər və əməliyyatlar
səviyyəsində ola bilər. Belə hallarda əməyin motivasiyasına yenidən baxılmalı,
işçilərin ixtisas səviyyəsinin yüksəldilməsi tədbirləri həyata keçirilməli, əməyin
təşkili təkmilləşdirilməli, müəssisədaxili münasibətlərə yenidən baxılmalı və bu kimi
digər tədbirlər həyata keçirilməlidir.
İqtisadi təhlükəsizliyin monitorinqi strateji marketinq planının realizasiya
prosesi çərçivəsində konsultantların (məsləhətçilərin) yardımı ilə müəssisənin hər
bir bölməsi tərəfindən həyata keçirilir. Məsləhətçilər isə müəssisənin marketinq və
iqtisadi təhlükəsizlik xidmətinin yardımı ilə ilkin informasiyanın toplanmasına dair
metodik tövsiyələr hazırlayırlar.
Tədqim edilmiş informasiya əsasında müntəzəm olaraq marketinq planında
nəzərdə tutulan tədbirlərin realizasiyasının əks olunduğu məlumatlar bazası
yenilənir və marketinq planının yerinə yetirilməsinin rüblük xülasəsi hazırlanır.
Marketinq planının yerinə yetirilməsinin əsasında analitik hesabat hazırlanır. Bu
hesabat məlumatlar bazasında yerləşdirilir və müəssisənin rəhbərinə göndərilir.
72
Yuxarıda izah edilənlər əsasında İT-nin vəziyyətinin monitorinqinin
alqoritmini aşağıdakı kimi təsvir etmək olar (şəkil 3.4).
İqtisadi təhlükəsizliyin vəziyyətinin qiymətləndirilməsi son nəticədə idarə-
etmə qərarlarının qəbulu üçün zəruri olduğundan onun alqoritmini müəssisənin
rəhbəri təsvir etməlidir.
Müəssisənin İT-nin vəziyyəti
İT-nin göstəricilərinin və onun
parametrlərinin müəyyən edilməsi
Marketinqin məqsədi və
strategiyası
İT-nin göstəricilərinin parametrlərinin
ölçülməsi və müşahidə edilməsi
Nəticələrin müqayisəsi və
qiymətləndirilməsi
Real vəziyyətin gözlənilənlə uyğunluğu
Hə
Düzəliş edilmir
Yox
Parametrlərin təhlili
Hə
Parametrlərin
artırılması
Yox
Marketinqin məqsədinə yenidən
baxılması
Hə
Marketinqin strategiyasına yenidən
baxılması
Hə
Təşkilati strukturun, informasiya
təminatı sisteminin, fəaliyyətin təmin
edilməsinin funksional sistemin təhlili
Hə
Proses və əməliyyatlar səviyyəsində
təhlil
Hə
Təşkilati strukturun, informasiya təminatı sisteminin, fəaliyyətin təmin edilməsinin
funksional sisteminin, proses və əməliyyatların işinin effektliliyinin yüksəldilməsi üzrə
tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi
Parametrlərə
düzəlişlərin
edilməsi
Yox
Marketinqin strategiyasına
düzəlişlərin edilməsi
Yox
Marketinqin strategiyasına
düzəlişlərin edilməsi
Yox
Təşkilati struktura, informasiya
təminatı sisteminə, fəaliyyətin təmin
edilməsinin funksional sisteminə
düzəlişlərin edilməsi
İste
hsa
lı
n a
kti
vli
yi
Ma
li
yyə
və
ziyyəti
S
osial i
nkişaf
B
az
ar göstə
ric
il
əri
Şəkil 3.4. İT-nin vəziyyətinin monitorinq sisteminin realizasiyasının alqoritmi
73
Yuxarıda izah edilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, müəssisənin
iqtisadi təhlükəsizliyinin vəziyyətinin monitorinqi onun iqtisadi təhlükəzsizliyinin
təmin edilməsində mühüm rol oynayır. Lakin yaddan çıxarmaq lazım deyildir ki,
onun düzgün təşkil edilməməsi və həyata keçirilməməsi müəssisənin iqtisadi
təhlükəsizliyinin zəruri səviyyəsini təmin etməməklə yanaşı onun səviyyəsinin
aşağı düşməsinə səbəb ola bilər.
Aşkar görünən səhvlər özünü strateji məqsədlərin iqtisadi təhlükəsizliyin göstə-
ricilərlə dəyişik salınması, struktur bölmələrinin və heyətin fəaliyyətinə hədsiz dərə-
cədə nəzarət edilməsi, rəhbər işçilərin monitorinq sistemindən ötürülən informasiya
ilə həddən artıq yüklənməsi və s. formasında biruzə verir. Buna görə də rəhbərliyin
qarşısında duran əsas məsələ strateji marketinq planı çərçivəsində iqtisadi təhlükəsiz-
liyin təmin edilməsinə uyğun gələn idarəetmə qərarlarının effektliliyinin təmin
edilməsində monitorinq sisteminin yerinin və rolunun dəqiq müəyyən edilməsidir.
|