Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   2   3   4   5   6   7   8   9   ...   21
Zeynalova-lk-r-lham-q-z-

rinqini, b) sosial-iqtisadi götəricilərin mümkün yol verilə bilən hüdud qiymətlərinin 
müəyyən edilməsini (hüdud qiymətlərinə əməl edilməməsi qeyri stabilliyə gətirib 
çıxar və c) daxili və xarici təhlükələrin aşkar edilməsi və qarşısının alınması üzrə 
fəaliyyəti birləşdirir. Aşağıda bu elementlərin hər biri yığcam olaraq xarakterizə 
edilir.
Monitorinq iqtisadi təhlükəsizlik göstəricilərinin dinamikasının müşahidə 
olunmasının informasiya-analitik sistemidir. Hüdud qiymətlərinin yol verilən 
səviyyəsinin keçilməsi kompensasiya resurslarının yaradılmasını nəzərdə tutur. Bu 
resurslardan gözlənilən ekstremal situasiyalarda istifadə edilə bilər. Burada 
resursların, toxunulmaz ehtiyatların, istehsal və qeyri-istehsal təyinatlı ehtiyatların və 
s. səviyyəsi ilə sosial-iqtisadi göstəricilər arasında əlaqə nəzərdə tutulur. 
İqtisadi təhlükəsizliyə daxili və xarici təhdidlərin aşkar edilməsi və qarşısının 
alınması üzrə əsas fəaliyyətə a) iqtisadi inkişafın faktiki və ya proqnozlaşdırılan 
qiymətlərinin iqtisadi təhlükəsizlik üçün müəyyən edilmiş hüdud qiymətlərindən 
kənarlaşmaların aşkar edilməsi və təhlükəli zonadan çıxma üzrə kompleks tədbirlərin 
hazırlanması; b) iqtisadi təhlükəsizliyi təmin edən tədbirlər və mexanizmləri (bu 


13 
tədbirlər və mexanizmlər sosial-iqtisadi inkişafın proqnozları ilə eyni zamanda 
hazırlanır və sosial-iqtisadi inkişaf proqramlar çərçivəsində reallaşdırılır); c) iqtisadi 
təhlükəsizlik üçün təhlükənin yaranmasına yol verməmək və ya bu təhlükənin aradan 
qaldırılması məqsədi ilə hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkili 
(hazırlanmış tədbirlərin realizasiyası üzrə işlərin təşkilinin gedişində Təhlükəsizlik 
Xidməti iqtisadi təhlükəsizliyin təmin edilməsi üzrə büdcəni nəzərdən keçirir və 
zəruri tədbirlərin həyata keçirilməsi bölməsinin fəaliyyətini əlaqələndirir); d) iqtisadi 
təhlükəsizlik baxımından maliyyə və təsərrüfat məsələləri üzrə qəbul edilmiş 
qərarların ekspertizası aiddir. İqtisadi təhlükəsizliyə təhdidlərin aradan qaldırılması 
tədbirlərinin realizasiyası onların icra olunmasına nəzarət sisteminin yaradılmasını 
tələb edir. 
Qeyd etmək lazımdır ki, təsərrüfat subyektlərinin fəaliyyətinə direktiv, inzibati 
metodlarla müdaxilə edilməsi məhdudlaşdırıldığı çoxukladlı bazar iqtisadiyyatı 
şəraitində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, o cümlədən struktur 
dəyişikliklərinin və pul-maliyyə axınlarının məqsədyönlü tənzimlənməsinə zərurət 
yaranır. Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi mexanizminin 
nəzəri və praktiki məsələlərinin hazırlanması həmin ölkənin milli konsepsiyasına 
əsaslanır. 
İqtisadi təhlükəsizliyin və onun iqtisadi asılılıq və müstəqillik, stabillik və 
qeyri-stabillik, zəif və güclü tərəfləri və s. kateqoriyalarla əlaqəsinin sonrakı tədqiqi 
üçün hər şeydən əvvəl iqtisadi təhlükəsizlik subyektlərinin və bu subyektlər üçün 
təhlükə yaradan təhdidlərin təsnifləşdirilməsi lazımdır. 
Iqtisadi təhlükəsizlik subyektlərinin və onun fəaliyyətinə təhdidlər yaradan 
problemlərin tədqiqi göstərir ki, iqtisadi təhlükəsizliyə təhdidlərin təsnifləşdiril-
məsinə “təhlükə” anlayışının məzmunun müəyyən edilməsindən başlanılmalıdır. 
Təhlükə dedikdə sosial obyekt və subyektə neqativ təsir edən və bu təsir nəticəsində 
həmin obyekt və subyektə ziyan vura bilən, onların vəziyyətini pisləşdirən və ya 
məhv edilməsinə səbəb olan obyektiv imkanlar başa düşülür [19]. Neqativ təsir etmə 
imkanları təhdid mənbəyinin, yəni destruktiv amillərlərin mövcudluğu ilə müəyyən 


14 
olunur. Təhlükələr, təhdidlər təbii mənşəli ola bilər. 
Təhlükə, təhdid baş vermə ehtimalına görə a) yalançı, b) potensial və c) real 
təhlükə və təhdidlər bölünürlər.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin