1. Analoq rabitə sistemlərindən rəqəmsal rabitə sistemlərinə keçid üsulları. Üstünlükləri və çatışmayan cəhətləri



Yüklə 13,73 Kb.
tarix02.05.2022
ölçüsü13,73 Kb.
#56802
1. Analoq rabitə sistemlərindən rəqəmsal rabitə sistemlərinə keçid üsulları. Üstünlükləri və çatışmayan cəhətləri


1. Analoq rabitə sistemlərindən rəqəmsal rabitə sistemlərinə keçid üsulları. Üstünlükləri və çatışmayan cəhətləri

Qeyd etdiyimiz kimi müxtəlif ölkələr rəqəm rabitəsinə özünə məxsus yolla keçirlər. Lakin ümumi metodlar mövcuddur ki, bunlardan ikisi əsasdır:

I – əvəzetmə metodu;

II – əlavə xərcçəkmə metodu.



Əvəzetmə metodunda rəqəm veriliş sistemləri və kommutasiyası mövcud sistemlərin tutumunu artırmaq və köhnəlmiş avadanlıqların əvəz edilməsi üçün istifadə edilir. Bu halda analoq sistemləri ya onların texniki istismar müddəti tam sona çatmamış rəqəm sistemləri ilə əvəz edilir, ya da ki, dəyişdirilir və impuls kod modulyasiyası (İKM) aparatının köməyi ilə rəqəmə çevirilir.

Bu metodun üstünlükləri bunlardır:

  • analoq avadanlığının tam istifadə edilməsi imkanının olması;

  • avadanlığın dəyişdirilməsinin məhdud miqyasda, mərhələrlə aparılması və böyük xərc tələb etməməsidir.

Çatışmayan cəhətləri isə bunlardır:

  • şəhərlərarası rabitə bir neçə analoq və rəqəm sahələrindən keçməklə böyük xərc aparır (kodlama aparatı, dekodlama zamanı sıxlaşmalı kanalı tezlik sıxlaşmalı kanalına çevirir);

  • siqnal/maneə nisbəti pisləşir;

  • şəbəkəni rabitə növlərinin inteqrasiyasına çevirmək mümkün olmur və buna görə də əlavə xidmətlər qurmaq mümkün olmur.

Əlavə xərcçəkmə metodunda mövcud analoq şəbəkəsi ilə yanaşı verilmiş, sahəni əhatə edən, tam həcmdə rəqəm şəbəkəsi yaradılır. Bu şəbəkələrdə analoq-rəqəm keçidi imkanı rabitə qovşaqlarının minimal sayı üçün nəzərdə tutulur.

Üstünlüyü:

  • rabitə növlərinin inteqrasiyasının münkünlüyü;

  • analoq və rəqəm şəbəkələrinin minimal həcmdə biri-birinə qoşulması (bağlanması) çoxlu texniki çətinliklər törətmir və s.

Çatışmayan cəhətləri:

- eyni zamanda rəqəm şəbəkəsinin qoşulması böyük kapital xərcləri tələb edir;

- məlumatın yolu iki şəbəkədən keçməklə artır;

- eyni zamanda iki şəbəkənin olması böyük iqtisadi xərc tələb edir.



Bütün bunlara baxmayaraq mütəxəssislər hesab edirlər ki, bu metod texniki və iqtisadi cəhətdən əlverişlidir.
Yüklə 13,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin