PLAN Elektrik ölçmə mexanizmlərinin müxtəlif növləri vardır. Bunlar
aşağıdakılardır:
Maqnitoelektrik mexanizm
Elektromaqnit mexanizm
Elektrodinamik mexanizm
Elektrostatik mexanizm
İnduksion mexanizm
Maqnitodinamik mexanizm
Vibrasion mexanizm
Ferrodinamik mexanizm
Bimetallik mexanizm
Elektrik ölçmə mexanizmləri Bu sistemlər çox vaxt daha mürəkkəb ölçmə vasitələrinin tərkibinə daxil olurlar. Quruluşunun fiziki prinsipi və konstruksiyasının icrasına görə bu cihazlar analoq ölçmə vasitələridir. Bu cihazların göstəriciləri ölçülən kəmiyyətin fasiləsiz funksiyası kimi çıxış edir.
Cihazların ölçmə sxemi müqavimətlərin, induktivlikıərin, tutumların və cihazın elektrik dövrəsinin digər elementlərinin məcmusudur. Cihazın əsas vəzifəsi ölçülən fiziki kəmiyyəti x hər hansı y kəmiyyətinə çevirmək və bunun təsirindən isə ölçmə mexanizminin göstəricisinin yerdəyişməsini hesablama qurğusunda əks etdirməkdir.
ÖS ÖM x y 𝞪 HQ Elektromexaniki cihazların struktur sxemi Texniki ölçmələr təcrübəsində daha çox maqnitoelektrik və elektromaqnit sistemli elektromexaniki cihazlar tətbiq edilirlər.
Dəyişən cərəyanları ən geniş diapazonda ölçən cihazlar termoelektrik və elektron cihazlar, dəyişən cərəyanı ən geniş diapazonda ölçməyə imkan verən cihazlar isə elektron və elektrostatik ölçü cihazlarıdır. Ən kiçik ölçmə diapazonuna malik cihazlar elektrodinamik və elektromaqnit ölçü cihazlarıdır. Onların tezlik diapazonunun yuxarı həddi adətən bir neçə kilohersi keçmir
Elekromaqnit cihazlar Elektromaqnit sistemli cihazlar. Elektromaqnit sistemli cihazların iş prinsipi tərpənən ferromaqnit nüvəli hərəkətsiz dolağın yaratdığı cərəyanın maqnit sahəsi ilə qarşılıqlı təsirinə əsaslanır. Elektromaqnit sistemli mexanizmin bir konstruksiyası şəkildə verilib. Burada
1-ox
2-yay
3- sarğıların sarıldığı çərçivə
4-ölçməni göstərən əqrəb
5-nüvə
6-sakitləşdirici
Cihaz işə salındıqda dolağın maqnit sahəsinin təsirindən nüvə dolağın daxilinə çəkilir. Cihazın tərpənən hissəsi fırlanma momentinin yayların yaratdığı əks təsir momenti ilə tarazlaşanadək dönür.
Elektromaqnit sistemli cihazın quruluşu
CİHAZIN MÜSBƏT XÜSUSİYYƏTLƏRİ
Sabit və dəyişən cərəyan dövrələrində istifadə olunması
Elekrodinamik cihazlar Elektrodinamik mexanizmlərdə mütəhərrik hissəsinin hərəkəti üçün iki çərçivənin qarşılıqlı təsirindən istifadə olunur. Bu çərçivələrdən biri hərəkətsiz (stasionar) olur və ona mis məftil vasitəsilə sarğılar sarılır digəri isə hərəkətli olub birinci çərçivənin içində yerləşdirilir.
Bu cür qurğunun prinspial sxemi şəkildə göstərilmişdir. Hərəkət edən
dolaq, stasionar dolağın iki hissəsi daxilində bir ox ətrafında dönə bilər. Dolaqlarda cərəyanlar olduqda, hərəkət edən dolağın sabit bir ox ilə döndərməyə meyl edən elektromaqnit qarşılıqlı qüvvələri yaranır. Nəticədə dönmə momenti yaranır. Sinusoidal cərəyanlarda, elektrodinamik ölçmə mexanizminin dolağı, dolaqlardakı cərəyanların təsiredici qiymətlərinin və onların arasındakı faza sürüşməsinin
kosinusu ilə mütənasibdir.
Elektrodinamik sistemli cihaz prinsipial sxemi 1. Hərəkətsiz çərçivə
2. Hərəkətli çərçivə