1 Elektrik ölçmə mexanizmləri



Yüklə 0,9 Mb.
tarix20.12.2022
ölçüsü0,9 Mb.
#76550
Elektrik olcme. Senan 2

  • Fakültə: İTİF
  • İxtisas: Radiotexnika və telekommunikasiya
  • Qrup: 623.21
  • Fənn: Elektrik ölçmələri və vasitələri
  • Mövzu: Elektromaqnit və elektrodinamik ölçmə cihazları
  • Müəllimə: İsayeva Təranə
  • Tələbə: Süleymanov Sənan

1

2

3
    • Elektrodinamik cihazlar

PLAN
Elektrik ölçmə mexanizmlərinin müxtəlif növləri vardır. Bunlar
aşağıdakılardır:
Maqnitoelektrik mexanizm
Elektromaqnit mexanizm
Elektrodinamik mexanizm
Elektrostatik mexanizm
İnduksion mexanizm
Maqnitodinamik mexanizm
Vibrasion mexanizm
Ferrodinamik mexanizm
Bimetallik mexanizm
Elektrik ölçmə mexanizmləri
Bu sistemlər çox vaxt daha mürəkkəb ölçmə vasitələrinin tərkibinə daxil olurlar. Quruluşunun fiziki prinsipi və konstruksiyasının icrasına görə bu cihazlar analoq ölçmə vasitələridir. Bu cihazların göstəriciləri ölçülən kəmiyyətin fasiləsiz funksiyası kimi çıxış edir.
Cihazların ölçmə sxemi müqavimətlərin, induktivlikıərin, tutumların və cihazın elektrik dövrəsinin digər elementlərinin məcmusudur. Cihazın əsas vəzifəsi ölçülən fiziki kəmiyyəti x hər hansı y kəmiyyətinə çevirmək və bunun təsirindən isə ölçmə mexanizminin göstəricisinin yerdəyişməsini hesablama qurğusunda əks etdirməkdir.
ÖS
ÖM
x
y
𝞪
HQ
Elektromexaniki cihazların struktur sxemi
Texniki ölçmələr təcrübəsində daha çox maqnitoelektrik və elektromaqnit sistemli elektromexaniki cihazlar tətbiq edilirlər.
Dəyişən cərəyanları ən geniş diapazonda ölçən cihazlar termoelektrik və elektron cihazlar, dəyişən cərəyanı ən geniş diapazonda ölçməyə imkan verən cihazlar isə elektron və elektrostatik ölçü cihazlarıdır. Ən kiçik ölçmə diapazonuna malik cihazlar elektrodinamik və elektromaqnit ölçü cihazlarıdır. Onların tezlik diapazonunun yuxarı həddi adətən bir neçə kilohersi keçmir
Elekromaqnit cihazlar
Elektromaqnit sistemli cihazlar. Elektromaqnit sistemli cihazların iş prinsipi tərpənən ferromaqnit nüvəli hərəkətsiz dolağın yaratdığı cərəyanın maqnit sahəsi ilə qarşılıqlı təsirinə əsaslanır. Elektromaqnit sistemli mexanizmin bir konstruksiyası şəkildə verilib. Burada
1-ox
2-yay
3- sarğıların sarıldığı çərçivə
4-ölçməni göstərən əqrəb
5-nüvə
6-sakitləşdirici
Cihaz işə salındıqda dolağın maqnit sahəsinin təsirindən nüvə dolağın daxilinə çəkilir. Cihazın tərpənən hissəsi fırlanma momentinin yayların yaratdığı əks təsir momenti ilə tarazlaşanadək dönür.
Elektromaqnit sistemli cihazın quruluşu

CİHAZIN MÜSBƏT XÜSUSİYYƏTLƏRİ

Sabit və dəyişən cərəyan dövrələrində istifadə olunması

Konstruksiyasının sadəliyi

Yüksək yüklənmə qabiliyyəti

Etibarlığı

CİHAZIN ÇATIŞMAYAN CƏHƏTLƏRİ

Kiçik həssaslığı

Çox gücə istehlakı

Qeyri-bərabər şkalası

Xarici istilik və maqnit sahələrinin təsirinə məruzluğu

Göstəricilərin dəyişən cərəyanın tezliyindən asılılığı

Elekrodinamik cihazlar
Elektrodinamik mexanizmlərdə mütəhərrik hissəsinin hərəkəti üçün iki çərçivənin qarşılıqlı təsirindən istifadə olunur. Bu çərçivələrdən biri hərəkətsiz (stasionar) olur və ona mis məftil vasitəsilə sarğılar sarılır digəri isə hərəkətli olub birinci çərçivənin içində yerləşdirilir.
Bu cür qurğunun prinspial sxemi şəkildə göstərilmişdir. Hərəkət edən
dolaq, stasionar dolağın iki hissəsi daxilində bir ox ətrafında dönə bilər. Dolaqlarda cərəyanlar olduqda, hərəkət edən dolağın sabit bir ox ilə döndərməyə meyl edən elektromaqnit qarşılıqlı qüvvələri yaranır. Nəticədə dönmə momenti yaranır. Sinusoidal cərəyanlarda, elektrodinamik ölçmə mexanizminin dolağı, dolaqlardakı cərəyanların təsiredici qiymətlərinin və onların arasındakı faza sürüşməsinin
kosinusu ilə mütənasibdir.
Elektrodinamik sistemli cihaz prinsipial sxemi
1. Hərəkətsiz çərçivə
2. Hərəkətli çərçivə

CİHAZIN ÜSTÜN CƏHƏTLƏRİ

Vibrasiya qarşı davamlılığı

Xarici maqnit sahələrinin az təsiri

Ölçmə diapazonunun 2 cür qiymətləndirmə imkanları

CİHAZIN ÇATIŞMAYAN CƏHƏTLƏRİ

Sabit cərəyanla işlərkən histerezisdəki itkilərin hesabına xətanın artması

Ətraf mühitin temperaturunun tezliyinin ölçmə prosesinə mənfi təsiri

Qida mənbəyi gərginliyinin tezliyinin ölçmə prosesinə mənfi təsiri

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin