Giriş
İstənilən ölkənin rəqabət qabiliyyətinin artırılması amillərinə ixrac potensialının gücləndirilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi, milli iqtisadiyyatda məcmu məhsul buraxılışı həcminin artırılması və s. aiddir. Bütün bunlara isə bazarın tənzimləmə alətlərindən istifadə etmədən, iqtisadi proqramları işləyib hazırlamadan, bazar mexanizmlərini təkmilləşdirmədən nail olmaq olmaz. Rəqabət mühitinin yaradılması üzrə meydana gələn problemlərin aşkar edilib aradan qaldırılması yeni vəzifələri qarşıya qoyur:
1) inkişafa meylli sahələrin müəyyən olunması;
2) milli iqtisadi sistemdə inhisarlaşmanın qarşısının alınması ilə azad rəqabət şəraitinin mövcudluğu.
Kurs işinin məqsədi effektiv rəqabət müfitinin təşəkkülü və sosial-iqtisadi inkişafın dayanıqlılığının təminatı şəraitində işgüzar təşilatlar tərəfindən xarici ühitin
qiymətləndirilməsi strategiyalarını sistemələşdirmək və bu strategiyaların reallaşdırılması üçün praktiki üsulları təyin etməkdən ibarətdir. Belə bir şəraitin mövcudluğu xarici mühitin qiymətləndirilməsi strategiyalarının işləyib hazırlama və reallaşdırılması qanunauyğunluqlarının öyrənilməsini və onun yerli mühitə adaptasiya yollarının araşdırılmasını tələb edir.
Beləliklə, strategiyanın işlənib hazırlanması və həyata keçirilməsinin idarə edilməsi sisteminin araşdırılması elmi-təcrübəvi əhəmiyyət kəsb edir və bu səbəbdən aktual xarakter daşıyır. aparılan nəzəri ümumiləşdirmələr və irəli sürülən yanaşmalar iqtisadiyyatda fəaliyyət göstərən biznes strukturların strategiyanın işlənməsi və həyata keçirilməsi ilə bağlı formalaşmış münasibətlər sistemini daha düzgün dərk etməyə və müvafiq olaraq strateji menecment istiqamətində səmərəli tədbirləri işləyib hazırlamağa imkan verir.
Dostları ilə paylaş: |