Mövzu: 15. Beynəlxalq turiZMİN İQTİsadi ÜNSÜRLƏRİ Beynəlxalq turizmin əhəmiyyəti Dempinq anlayışı



Yüklə 16,75 Kb.
tarix28.12.2021
ölçüsü16,75 Kb.
#48034
ülviye15


mövzu:15. BEYNƏLXALQ TURİZMİN İQTİSADİ ÜNSÜRLƏRİ

1.Beynəlxalq turizmin əhəmiyyəti

2.Dempinq anlayışı

3.Turist məhsulunun qiyməti ilə keyfiyyəti arasında uyğunluq
Beynəlxalq turizm beynəlxalq xidmətlərin ayrılmaz tərkib hissəsidir. Ona görə də, xarici ticarətdə qəbul olunmuş bütün əməliyyatlar və o cümlədən, ixrac və idxal əməliyyatları da beynəlxalq turizmdə öz yerini tapmışdır. Beynəlxalq xidmətlərin alınması və satılması adi xarici ticarət əməliyyatı kimi, xarici firmalar və ya bilavasitə xarici turist tərəfindən təşkil olunur.

Lakin beynəlxalq turizmin əsas xüsusiyyətlərindən biri də odur ki, xidmətlərin ixracı, adi malların ixracından fərqli olaraq, xarici turistin ixrac edən ölkəyə özünün gəlməsi və xidmətlərdən istifadə etməsilə, idxal əməliyyatı isə ölkə turistlərinin xaricə göndərilməsi ilə bağlıdır. Bununla əlaqədar, turizmin ixracı - xaricdən turist qəbul olunması, idxalı isə - ölkədən turistin xaricə getməsidir. Turizmdə beynəlxalq mal dövriyyəsində qəbul olunmuş iqtisadı siyasət aparılır. Məsələn, gömrük qaydalarına oxşar - ölkəni tərk etmək və ölkəyə daxil olma qaydaları, malların ticarətinə münasib - ölkəyə daxil olma lüzumu, malların ixracına və idxalına qoyulan məhdudiyyətlər əvəzinə - turistlərin getməsinə və onların apardığı mallara qoyulan məhdudiyyətlər və s. Valyuta məzənnəsinin dəyişmə siyasəti xarici turistlərin ölkəyə gəlməsini stimullaşdırmaq, ölkədən gedən turistlərin sayını azaltmaq məqsədini güdür.

Beynəlxalq turizmdə «dempinq» xarici turistlər üçün malların və xidmətlərin qiymətlərini aşağı salmaq məqsədini güdür.

Beynəlxalq turizmin valyuta problemləri beynəlxalq turist bazarının formalaşması və inkişafı ilə bağlıdır. Beynəlxalq turist bazarı mal-pul mübadiləsi sferasıdır. Bu sfera turist xidmətlərinə və mallarına olan təklif və tələbdən əmələ gəlir. Turizmin vacib göstəricilərindən biri turizmin ixracından əldə olunan gəlirin ölkənin ümumi ixracında tutduğu yerdir. Bəzi ölkələrdə beynəlxalq turizmdən əldə olunan gəlir, başqa məhsulların ixracından gələn gəlirdən çox olur ki, bu ölkə üçün beynəlxalq turizmin tutduğu mövqeyi göstərir. Məsələn. Norveç ildə 20 mln tondan çox neft istehsal edir. Lakin bu ölkənin beynəlxalq turizmdən götürdüyü gəlir neftdən aldığı gəlirə yaxındır. Barbadostda o, 3,6 dəfə qəndin ixracından alman gəlirdən çoxdur. Panamada 2 dəfə banan ixracından çoxdur, Misirdə 1,7 dəfə pambıq ixracından alman gəlirdən çoxdur.

Beynəlxalq turizmin üstün cəhətlərindən biri də xarici ticarət əlaqələrində xidmətlərin və turist mallarının qiymətlərinin başqa ənənəvi mallara nisbətən sabit qalmasıdır. Bu onunla izah olunur ki, birinci turizm xidmətlərinə olan tələbat daim artır və təklif tələbatla ayaqlaşa bilmir, ikincisi turizm məhsulunda strateji ehtiyatlar saxlamaq və sonra spekulyativ qiymətlərlə satmaq mümkün deyil. Turist məhsulu real turistin olduğu vaxt istehsal olunur. Turist yoxdursa, deməli xidmətlər də yoxdur.

Beynəlxalq turizm ixracın qeyıi-adi formasıdır. Turist özü öz hesabına xidmətlərin hazırlanan yerinə gəlir. Halbuki, ənənəvi malların ixracında malların yol xərcini malı göndərən (ixrac edən) ölkə çəkir. Turizmin bu əlverişli xüsusiyyəti onu başqa malların ixracından fərqləndirir. Bundan başqa, xarici turistlərin gəldiyi ölkədə suvenir və başqa malların alınması çox əlverişli xarici ticarət əməliyyatıdır, ona görə ki. alınan mallar ölkə daxili pərakəndə qiymətlərlə, özü də valyuta ilə satılır ki, bu da valyutanın ölkədə çoxalmasına səbəb olur.

Ölkələrin çoxunda bu daxili ixraca sənayenin ayrı-ayrı sahələri qulluq edir. Məsələn, Azərbaycanda milli naxışları və şəkilləri olan xalça, nərdtaxta, İsveçrədə - saatlar, Almaniyada - avtomaşınlar. Yaponiyada audio və video texnika. Fransada modalı paltarlar, parlümeriya və s. məşhur mallara çoxlu tələbat olur.

Turizmin vacib xüsusiyyətlərindən biri ondadır ki, turizmdən əldə olunan gəlir əhali arasında müxtəlif təbəqələr üzrə nisbətən bərabər bölünür. Turizm xidmətlərim hazırlayan da. suvenir hazırlayan və satan da. öz mənzilini kirayə verən də. fermerlər də. yeyinti məhsullarını hazırlayan da gəlir götürür. Məsələn. Cənubi Afrika Respublikasında qızıldan əldə olunan gəlir. BƏƏ-də neftdən gələn gəlir kiçik miqdardakı oliqarxların və ya mafiıoz qrupların əlində cəmləşir. Beynəlxalq turizmdə isə bu mümkün deyil. Ona görə ki. turist xidmətlərinin və mallarının istehsalında çox adam iştirak edir.

Beynəlxalq turizmdən cəmiyyətin bütün təbəqələri udmuş olur. Gəlirin ədalətli paylanması milləti birləşdirir və əhalinin həvəslə və birgə işləməsinə, ölkənin iqtisadi inkişafına səbəb olur.

Turist məhsulunun qiyməti sabit kəmiyyət deyil. O, bir çox faktorlardan asılıdır. Birinci o, məhsulun alıcılar tərəfindən lazımi bir məhsul kimi subyektiv qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə, qiymət siyasəti bir neçə faktordan asılıdır: turist mövsümündən, xərclərin miqdarından, beynəlxalq qiymətlərdən, rəqiblərin davranışından, alıcıların maliyyə vəziyyətindən vəs. Turistlər tərəfindən olan tələbat qiymətləri ölkələr üzrə, regionlar, operatorlar, məqsədyönlü qruplar və təşkil olunmuş turlar üzrə müxtəlif olur.

Çox təəssüf ki, bəzi turist müəssisələri və turoperatorlar Azərbaycanda qiymətləri təyin edəndə bütün reallıqla hesablaşmırlar və turist məhsuluna həddən artıq qiymət qoyurlar. Məsələn, istirahət zonası «Cənnət bağı» (Altı ağac) bir günlük istirahətə yeməksiz 40 dollar istəyir. Bəlkə də xarici turistlərə bu çox deyil, lakin «Cənnət bağında servisın səviyyəsi xarici turistləri təmin etmir. Daxili turistlər üçün isə qiymətlər münasib deyil. Bu onu göstərir ki, qiymət siyasəti turizmin inkişaf siyasətində önəmli yer tutur.

Əgər turist məhsuluna təklif təlabatdan çaxdursa, məhsulun qiyməti aşağı düşür. Bur cür hal məhsıılun istehsalının qarşısını alır. Əgər talabat təklifdən çoxdıırsa, qiymətlər qalxmağa başlayır, məhsulun istehsalı davam edir.

Hər hansı bir ölkə üçün beynəlxalq turizmin iqtisadi səmərəliliyi o zaman artır ki, ixrac idxaldan çox olsun. Ümumi halda bu artım 30 % olur.

Dünya ölkələrinin çoxu beynəlxalq turizmin müsbət xüsusiyyətlərindən istifadə edərək çoxlu gəlir götürürlər.

Azərbaycan turist bazarı formalaşmaq üzrədir. Onun möhkəmlənməsi üçün istehsal olunan məhsulun qiyməti ilə keyfiyyəti arasında harmoniya yaratmaq lazımdır. Bu cür harmoniyanın yaranması xüsusilə daxili turizmdə çox vacibdir. Sərhədlər açıldıqdan sonra bizim vətəndaşlarımız münasib qiymətlərlə keyfiyyətli turist məhsulunu ölkədə yox, xaricdə axtarıb tapırlar.

Turist məhsulunun qiymətləri ilə keyfiyyəti arasında uyğunluq yaratmaq üçün hər şeydən əvvəl Azərbaycan turist müəssisələrinin maddi-texniki bazasını təkmilləşdirmək və müasirləşdirmək, yeni reklam-informasiya texnologiyası ilə təchiz eləmək lazımdır. Bundan ötrü, kapital qoyuluşu gərəkdir. Azərbaycan dövləti uzun illərdi ki, turizmə sərmayə qoymur. Xarici şirkətlər az çox turizmə kapital qoysalar da. ancaq öz mənafelərini güdürlər. Beləliklə, rəqabət vəziyyəti beynəlxalq turist bazarında Azərbaycanın xeyrinə inkişaf etmir. Çox da böyük olmayan bu bazarda xarici şirkətlərin azad yer tapması və fəaliyyəti Azərbaycan firmalarını tədricən beynəlxalq turizm sahəsindən sıxışdırıb çıxardır. Öz nəqliyyat vasitələrinə arxalanan xarici kompaniyalar onlarla kartel müqavilələri bağlayırlar. Bu da milli nəqliyyatın və mehmanxaların dolmamasına və ümumiyyətlə, zəifləməsinə səbəb olur. Bundan başqa, Azərbaycanda azad fəaliyyət göstərən xarici kompaniyalar öz səfirliklərinin himayəsindən istifadə edərək ölkəmizə dəvət etdiyi turistlərə asan yolla viza alırlar. Halbuki, Azərbaycan şirkətləri xətti ilə gələn turistlərə viza məsələsi problem olur.

Təbii ki, bu nöqsanları aradan qaldırmaqdan ötrü, xarici kompaniyaların sərbəst Azərbaycan turist bazarına çıxması üçün, bütün dünya ölkələrində olduğu kimi, müəyyən məhdudiyyətlər qoymaq lazımdır. Bu tədbirlər milli şirkətləri birləşdirərdi və onların hüquqlarını qoruyardı. Əlbəttə. bu ancaq lazım olan tədbirlərin bir hissəsidir. Azərbaycanda turizmin inkişafı və rəqabətli turist məhsulunun istehsalının mümkün olması üçün infrastrukturun yaradılmasına fikir vermək lazımdır. İnfrastrukturun yaradılması külli miqdarda kapital qoyuluşu və vaxt tələb edir. Avropa ölkələrində turist infrastrukturu yüz illər ərzində yaradılmışdır. Azərbaycanda sovet hakimiyyəti illərində yaradılmış infrastruktur köhnəlmiş və özü də artıq dağılmışdır.


Beynəlxalq turizmdə və xarici ticarətdə əmək bölgüsü belə yaranmışdır ki, turistlərin gəlməsində, yəni beynəlxalq turizmin ixracında aparıcı yerləri sənaye cəhətdən inkişaf etmiş ölkələr tutur. Bu cəhətdən ölkələr iki kateqoriyaya bölünürlər: turist göndərən və turist qəbul edən ölkələr. Turist göndərən ölkələrə iqtisadi potensialı yüksək olan ölkələr aiddir. Bu ölkələrdə adam başına düşən gəlir çox yüksəkdir. Bu ölkələrdə xaricə gedən turistlərin sayı da çox olur. Ümumiyyətlə, bu Ölkələrdə əhalinin 10 %-i xaricə səyahət edir. İnkişaf etmiş bu ölkələr nəinki turist göndərir, eyni zamanda, qəbul da edirlər. Belə ölkələrə Almaniya, Fransa. İngiltərə, Avstriya. İtaliya. ABŞ və s. aiddir.

Qəbul edən ölkələrə Yunanıstan. Kipr, Türkiyə, İspaniya, Portuqaliya və s. ölkələr aiddir. Bu ölkələr iqtisadi cəhətdən orta vəziyyətdədirlər və özləri də turist göndərirlər.
Yüklə 16,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin