İran
nümayəndə
heyəti ATU-
da qonaq
oldu
QIŞ İMTAHAN SESSİYASINA
START VERİLDİ
“İlin ən yaxşı
tələbə elmi
tədqiqatçısı
adı
uğrunda”
TƏHSİL İSLAHATLARI VƏ ONUN HƏYATA
KEÇİRİLMƏSİNDƏ KOLLEKTİV QARŞISINDA
DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU
Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.
№ 22 (1597) 31 dekabr 2014 - úц èë Ãèéìÿòè 40 ãÿïèê
3
BU SAYIMIZDA
İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
Stomatoloji Klinikada eCligner
metoduna aid konfrans keçirilib
6
Bir neçə dəqiqədən sonra 2013-cü il başlayır.
2012-ci il isə ölkəmiz üçün çox uğurlu il olmuşdur.
2012-ci ildə Azərbaycanın uğurlu, dinamik
inkişafı təmin edilmişdir. Ölkə qarşısında duran
bütün vəzifələr müvəffəqiyyətlə icra edilmişdir.
2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla
inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf
özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir
ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz
artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi
islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox
təsirlidir.
İqtisadiyyatımız
çoxşaxəli
iqtisadiyyatdır.
Əminəm ki, gələcək illərdə ölkəmizin
dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar
yaranacaqdır. Bütün iqtisadi göstəricilər
çox yüksək səviyyədədir. Yoxsulluq 6 faizə
düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən
artıq yeni iş yeri açılmışdır. Son doqquz il ərzində
bir milyon 100 mindən çox iş
yeri açılmışdır. İş yerlərinin
açılması bilavasitə işsizliyin
aradan qaldırılmasına xidmət
göstərmişdir...
...Bu gün biz, eyni zamanda,
Dünya Azər bay canlılarının
Həm rəy lik Gününü qeyd
edirik. Bu fürsətdən istifadə
edərək dünyada yaşayan bütün azərbaycanlıları
səmimi qəlbdən salamlayıram, onları təbrik
edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə
bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan
dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün
dünyanın bir nömrəli beynəlxalq qurumunun
- BMT Təhlükəsizlik Şurasının üzvüdür. O
dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi
inkişafını davam etdirmiş, öz daxili resursları
üzərində güclü iqtisadi zəmin yaratmış və
gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə
baxır.
Mən dünyada yaşayan bütün azərbaycanlıları
bu
gözəl
bayramlar
-
həm
Dünya
Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni
il bayramı münasibətilə bir daha ürəkdən təbrik
edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı,
xoşbəxtlik arzulayıram.
Bayramınız mübarək olsun!»
2
4
5
Азярбайъан Республикасынын Президенти Илщам Ялийев Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına мцраъият цнванлайыб. Мцраъиятдя дейилир:
«-Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Азярбайъан Тибб Университетинин ректорлуьу,
Щямкарлар Иттифагы Комитяси Университетин бцтцн ямяк
дашларыны, о ъцмлядян профессормцяллим щейятини вя
тялябялярини Дцнйа Азярбайъанлы ларынын Щямряйлийи
Эцнц вя Йени ил мцнасибятиля тябрик едирляр!
http://www.amu.edu.az
31 dekabr 2014-ъц ил
2
Bundan
sonra
iclasın
gündəliyi diqqətə çatdırıldı.
Tədris Metodik və İnnovasiya
şöbəsinin müdiri, professor
Akif Qurbanovun “Azərbaycan
Tibb Universitetində təhsil
islahatlari və onun həyata
keçirilməsində kollektiv qarşı-
sında duran vəzifələri” barədə
hesabatı dinlənildi.
A.Qurbanov 2012-2014 –
cü illəri əhatə edən hesabat
məruzəsində bildirdi ki, 1999-
cu ildə Avropanın 29 ölkəsi
“Boloniya bəyannaməsi” im-
zalamaqla Avropada vahid ali
təhsil məkanının formalaşdırıl-
ması üçün fəaliyyət prinsiplərini
müəyyən etmişdir. Azərbaycan
bu “Bəyannamə”yə 2005-ci
ildə qoşulmuşdur. 2006-cı ildə
ATU-nun rektoru, akademik
Ə.Əmiraslanovun əmri və Bö-
yük Elmi Şuranın qərarı ilə tib-
bi-biologiya fakültəsində tədris
kredit sistemi üzrə təşkil edil-
mişdir.
Avropa Kredit Sisteminə
keçməsi
ilə
əlaqədar
Azərbaycan
Tibb
Universitetində artıq 10 ilə ya-
xındır ki, təhsil islahatlarının
başlandığını və bu yönümdə
qısa müddət ərzində xeyli işlər
görüldüyünü söyləyən şöbə
müdiri aparılan islahatların
tədrisin təşkilindən tutmuş,
qiymətləndirmə
meyarlarına
qədər bütün tədris prosesini
əhatə etdiyini vurğuladı.
Qeyd etdi ki, tədris prosesi-
nin metodik təminatını daha
da təkmilləşdirmək, təhsil isla-
hatlarının həyata keçirilməsini
intensivləşdirmək
məqsədilə
Azərbaycan
Tibb
Univer-
sitetinin
rektoru
akademik
Ə.Əmiraslanovun müvafiq əmri
ilə tədris-metodik şöbənin adı
dəyişdirilərək “Tədris-metodik
və innovasiya şöbəsi” ad-
landırılmışdır. Son üç ildə bu
şöbə tibb təhsilində islahat-
lar istiqamətində bir çox işlər
görmüş və müəyyən tədbirlər
həyata keçirmişdir.
Tibb Universitetində kredit
sistemi ilə tədrisə yenicə başla-
mış kafedraların əməkdaşlarına
metodik kömək məqsədilə 26
sentyabr 2013-cü ildə keçirilən
treninqdə müəllimlərə Avropa
Kredit Transfer sistemi üzrə
tədrisin prinsipləri, təşkili haq-
qında məlumatlar çatdırılmışdır.
Tədris-metodik və innova-
siya şöbəsi yeni yaradıldığı
dövrdə Tibb Universitetində
tələbələrin biliyi artıq test üsulu
ilə qiymətləndirilməyə başla-
nılsa da, tərtib edilən testlərin
keyfiyyətinin qənaətbəxş ol-
maması səbəbindən çoxsaylı
apellyasiyalar müşahidə edi-
lirdi. Elə buna görə də İnno-
vasiya şöbəsi ilk olaraq bu
çətinliyin həlli üçün fəaliyyətə
başlamışdır. Tezliklə imtahan
testlərinin tərtibinə metodik
kömək məqsədilə “Test tapşı-
rıqlarına olan tələblər, onların
tərtibi qaydaları və eksperti-
zası” adlı metodik tövsiyələr
universitet
müəllimlərinin
istifadəsinə verildi (2012-ci il).
Bundan əlavə, bütün kafedra-
ların müəllimlərilə 2012-ci il 3-5
oktyabr tarixlərində test tapşı-
rıqlarının tərtibinə dair təlimlər
keçirilmişdir. Bu təlimlərdə test
tapşırıqlarının müasir təhsil
sistemində rolu, onların tərtib
olunma qaydaları, ekspertizası
və test üsulu ilə imtahanların
aparılma qaydaları haqqında
məlumatlar verilmişdir.
Elə həmin ildən başlaya-
raq imtahan testlərinin eks-
pertizası və qəbulunda bir
sıra dəyişikliklər aparılmışdır.
Belə ki, kafedralarda tərtib
edilmiş testlər əvvəlcə İnno-
vasiya şöbəsində ilkin eks-
pertizadan keçirildikdən sonra
Virtual Test Mərkəzində fənn
müəllim-ekspertləri tərəfindən
son ekspertizadan keçirilir və
ancaq bundan sonra imta-
hanlarda istifadə edilir. İmta-
han testlərinin ekspertizası və
qəbulunda bu cür dəyişikliklər
test tapşırıqlarının obyektivli-
yini xeyli artırmış və beləliklə,
imtahanlardan sonra apell-
yasiyaların sayı əhəmiyyətli
şəkildə azalmışdır. Test tap-
şırıqlarının təkmilləşdirilməsi
istiqamətində oxşar tədbirlərin
gələcəkdə
də
davam
etdirilməsi nəzərdə tutulur.
Son
illər
ərzində
Universitetdə təhsil islahatla-
rı istiqamətində məqsədyönlü
fəaliyyətin davam etdirildiyi-
ni bildirən natiq qeyd etdi ki,
Türkiyə Ege Universitetinin
Tibb təhsili kafedrasının müdiri,
professor Xalil İbrahim Durak
Səhiyyə Nazirliyi Səhiyyə Sek-
torunda İslahatlar layihəsinin
dəstəyi ilə 2012-ci il 13-18 sent-
yabr tarixində Tibb Universite-
ti müəllimlərinin bir qrupu ilə
“Tibb təhsilində müasir tenden-
siyalar” və 2013-cü il 8-12 aprel
tarixində “Klinik tədris və baca-
rıqların qiymətləndirilməsi” adlı
təlim kursu keçmişdir. Hər iki
kursun sonunda dinləyicilərə
sertifikatlar verilmişdir.
A.Qurbanov peşə bacarıq-
larına malik olmadan yüksək
ixtisaslı həkim kadrları ha-
zırlamağın qeyri mümkün-
lüyünü
diqqətə
çatdıraraq
bildirdi ki, həkimlik fəaliyyəti
nəzəri biliklərin təcrübi, ya-
xud klinik bacarıqlar (peşə
vərdişləri) ilə birgə tədrisini və
qiymətləndirilməsini tələb edir.
Bu bacarıqların əksəriyyəti
tələbələrdə peşə vərdişlərin for-
malaşması ilə müşayiət olunur,
yəni tələbə müəyyən bir baca-
rığa malik olduqdan sonra onu
peşə vərdişi səviyyəsinə qədər
təkmilləşdirməlidir. Beləliklə,
tələbələr təhsil müddətində
təcrübi, yaxud klinik bacarıq-
lar (peşə vərdişləri) də əldə
etməlidirlər.
Bunu nəzərə alaraq Tibb
Universitetində gələcək həkim
kadrların peşəkarlığını artır-
maq məqsədilə bacarıqların
tədrisinə başlanmışdır. Hazırda
təcrübi və klinik bacarıqların
tədrisi və qiymətləndirilməsi
diqqət mərkəzində qalmaq-
dadır. Universitet rektorunun
müvafiq əmri ilə hər bir ixti-
sas istiqamətində müvafiq
fənlərdən lazım olan mini-
mum bacarıqların tədrisini və
qiymətləndirilməsini
həyata
keçirmək üçün əmr imzalan-
mışdır. Əmrə müvafiq olaraq
müəyyən fənlərdən 10 ba-
carıq siyahısı hazırlanmış-
dır ki, bu bacarıqlar gündəlik
dərslərdə tələbələrə öyrədilir
və hər bir bacarığa 1 bal
verilməklə
qiymətləndirilir,
yəni bacarıqlar öyrədilən fən-
lərdən cari qiymətləndirmə
üçün nəzərdə tutulmuş 30 ba-
lın 10 balı məhz bacarıqların
qiymətləndirilməsinə ayrılmış-
dır.
Şöbənin əməkdaşlarının Ba-
loniya prosesi üzrə tədrisin
keyfiyyətinin yüksəldilməsinə
dair bəzi beynəlxalq layihələrdə
də iştirak etdiyini bildirən
A.Qurbanov layihələrin əsas
məqsədlərini diqqətə çatdır-
mışdır.
Azərbaycan Tibb Univer-
siteti mərkəzi ofisi Londonda
yerləşən QS World Univer-
sity Rankings Qlobal reytinq
sistemində qeydiyyatdan keç-
mişdir. Bu prosesdə İnnovasi-
ya şöbəsi Beynlxalq əlaqələr
şöbəsi ilə birlıkdə iştirak etmiş-
dir. Onu da qeyd etmək lazımdır
ki, dünyada ilk 500 yerdə duran
universitetlər sırasında cəmi bir
neçə tibb universiteti var.
Təhsil islahatları sahəsində
qarşıda duran vəzifələrdən
söhbət açan şöbə müdiri bildir-
di ki, yekun qiymətləndirmələrin
aparılması
üçün
tərtib
edilən testlərin keyfiyyətinin
yüksəldilməsi, test bankının
yaradılması zəruridir. Eyni za-
manda bacarıqların tədrisinə
və
tələbə
məmnunluğuna
diqqət artırılmalıdır. Hər bir
tələbə onun bacarığının obyek-
tiv qiymətləndiriləcəyinə əmin
olmalıdır.
Müalicə işi ixtisası üzrə ye-
kun Dövlət attestasiyası üçün
Bacarıq imtahanlarına (OSKİ)
hazırlığın yüksək səviyyədə
aparılmasına, universitetin veb
saytının
təkmilləşdirilməsinə
də toxunan məruzəçi diqqətə
çatdırdı ki, Tibb Universitetində
həllini gözləyən məsələlərdən
biri də dərslik və dərs vəsaitləri
ilə əlaqədardır. Son illər bu
sahədə mühüm işlər görülsə
də, bəzi fənlərdən dərsliklərin
keyfiyyətini hələ də tam
qənaətbəxş hesab etmək ol-
maz.
Universitetin tədris işləri
üzrə prorektoru Sabir Əliyev,
tədris hissə müdiri Nəsimi
Qasımov, tibbi profilaktika
və tibbi biologiya fakültəsinin
dekanı Aydın Məmmədov,
beynəlxalq əlaqələr şöbəsinin
müdiri Rəhimə Qabulova, ka-
fedra müdirləri Arif Əfəndiyev,
Ədalət Həsənov və Çingiz
Rəhimov hesabatı qənaətbəxş
qiymətləndirərək tədris is-
lahatları ilə bağlı fikirlərini
və təkliflərini şura üzvləri ilə
bölüşdülər.
Ə.Əmiraslanov
müzakirə-
lərə yekun vuraraq məruzə və
çıxışlarda səslənən fikirlərə
münasibətini açıqladı: “Bi-
zim üçün son dərəcə mü-
hüm əhəmiyyət kəsb edən bir
məsələni müzakirə edirik. Neçə
illərdir ki, tədris kredit sistemi
ilə aparılır, ancaq bu sistemi
Avropada tətbiq edildiyi kimi
Azərbaycana köçürmək olmaz.
Müəyyən xüsusiyyətlər nəzərə
alınmalı, dəyişikliklər aparılma-
lıdır. Tədris elə bir sahədir ki,
burada nə tələskənliyə, nə də
gecikməyə yol verilməməlidir.
Əgər yadınızdadırsa, başqala-
rının təcrübəsini öyrənərək bu
sistemə ən gec keçənlərdən
biri biz olduq”.
Xüsusilə, tələbəyə semestr
boyu verilən 50 balla bağlı nara-
zılıqların olduğunu vurğulayan
rektor bəzi kafedra müdirlərinə
kəskin iradlarını bildirdi. Köhnə
qaydada
çoxsəhifəli
refa-
ratlar yazdırmaqla tədrisin
keyfiyyətini yüksəltməyin müm-
künsüzlüyünü dilə gətirən rek-
tor bildirdi ki, bu işə yaradıcı ya-
B Ö Y Ü K E L M İ Ş U R A D A
m
Böyük Elmi Şuranın dekabrın 29-da keçirilən növbəti yığın-
cağını açan universitetin rektoru, Milli Məclisin deputatı akademik
Əhliman Əmiraslanov əvvəlcə farmakologiya kafedrasının müdiri,
professor Musa Qəniyevi 60 illik yubileyi münasibətilə təbrik etdi.
Universitetin “Fəxri Fərmanı” yubilyara təqdim olundu. Professor
Musa Qəniyev ona göstərilən diqqət və qayğıya görə universitet
rəhbərliyinə, Böyük Elmi Şuranın üzvlərinə və şəxsən akademik
Əhliman Əmiraslanova öz təşəkkürünü bildirərək belə bir kollektivdə
çalışmaqdan qürur duyduğunu dedi.
TƏHSİL İSLAHATLARI VƏ ONUN HƏYATA KEÇİRİLMƏSİNDƏ
KOLLEKTİV QARŞISINDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU
31 dekabr 2014-ъц ил
http://www.amu.edu.az
3
B
u günlərdə Azərbaycan Tibb Uni-
versitetinin I Daxili xəstəliklər və
reanimatologiya kafedrasının do-
senti, Tədris Terapevtik Klinikasının kardi-
ologiya şöbəsinin müdiri, tibb eləmləri üzrə
fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər
Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı la-
ureatı Nağdəli Zamanovun “Heydər Əliyev
və Azərbaycan nitq mədəniyyəti” kitabının
II cildi işıq üzü görmüşdür.
Kitaba AMEA-nın müxbir üzvü, filolo-
giya elmləri doktoru, professor Nizami
Cəfərov ön söz yazmışdır. Professor
N.Cəfərov Heydər Əliyevin fəaliyyətinin,
xüsusən XX əsr Azərbaycan siyasi na-
tiqliyinin təşəkkül tapmasında mühüm
rolu olduğunu qeyd edir. O, bu sahədə
bir sıra elm adamlarının Heydər Əliyev
və Azərbaycan nitq mədəniyyətinin XXI
əsrdə hərtərəfli öyrənilməsinin əsasını
qoyduqlarını da göstərir. Nağdəli Zama-
novun “Heydər Əliyev və Azərbaycan
nitq mədəniyyəti” kitabının işıq üzü
görməsinin də məhz bu elm adamlarının,
fədakar insanların zəhməti sayəsində
meydana gəlməsini də qeyd edir.
Kitabın I cildində Azərbaycan nitq
mədəniyyətinin inkişafında, müdafiə
olunmasında ümummilli lider Heydər
Əliyevin əməyindən Azərbaycan dilinin
danışıq, söz çalarlarından, az qala gənc
nəsil tərəfindən unudulacaq sözlərin
yenidən
həyata
qaytarılmasından
bəhs edən giriş və sonluqlar, fəlsəfilik,
səmimiyyət, qətiyyət, nikbinlik, poetizm,
proqnozlar kimi elementlər və onun fərdi
üslubu araşdırılmışdır. Həmçinin müəllif
indiki dövrdə Azərbaycan Respublika-
sının prezidenti İlham Əliyevin dilimizin
qorunması və inkişafı ilə baglı verdiyi
sərəncamları da xatırlatmaqla dil haq-
qında dövlət siyasətini açıqlayıb, həm də
dövlət və dil dialektik vəhdətini işıqlandı-
rıb.
İxtisasca həkim olsa da, Nağdəli Za-
manovun apardığı bu elmi-tədqiqat
işləri dilçi-mütəxəssis alimlər tərəfindən
rəğbətlə qarşılanmış, onun əməyi
dəyərincə qiymətləndirilmişdir. Bunu ki-
tabın AMEA-nın Mərkəzi Kitabxanasında
Heydər Əliyev irsinin təbliği şöbəsində,
həm də Aşıq Şəmşır Mədəniyyət Oca-
ğı İctimai Birliyində təqdimatların
keçirilməsində alimlərin, çıxış edən şair,
yazıçı və jurnalistlərin kitab haqqında
yüksək və dəyərli fikir söyləmələri də sü-
but edir.
“Heydər Əliyev və Azərbaycan nitq
mədəniyyəti” kitabının II cildi də ulu
öndərin nitq və çıxışlarının araşdırıl-
masından bəhs edir. Bu cilddə də əsas
nitq hissələrinin – say, əvəzlik, fel, zərf
və köməkçi nitq hissələrinin - ədat, qoş-
ma, bağlayıcı, modal söz kimi üslubiyyat
yaratmaq xüsusiyyətləri Heydər Əliyev
nitqlərində dəqiqliklə araşdırılmışdır.
Beləliklə, “Heydər Əliyev və Azərbaycan
nitq mədəniyyəti” kitabının II cildi 11
fəsildən ibarətdir. Bu fəsillər əsasən nitq
hissələrinin, köməkçi nitq hissələrinin,
frazeoloji birləşmələrin, sinonimlərin,
əlavələrin, təkrarların, riotorik sualların,
mürəkkəb cümlələrin, neologizmlərin
və antroponomik müqayisələrin dilçi-
lik elm tarixində gələcək nəsillər üçün
mühüm əhəmiyyət kəsb edəcək elmi-
tədqiqat əsəri kimi Azərbaycan dilinin
nitq mədəniyyətinin inkişafında böyük rol
oynayacaq.
Saşa Əliyev,
Əsaslı Kitabxananın direktorunun,
elmi işlər üzrə müavini, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
“Heydər Əliyev və
Azərbaycan nitq mədəniyyəti”
D
ekabrın 23- də İran İslam Res-
publikasının bir qrup nümayəndə
heyəti- İran XİN-in Xaricdə Yaşayan
İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid
Kazım Səccadi, İran Səhiyyə Nazirliyinin
Dəyərləndirmə idarəsinin müdiri doktor
Əkbəri, İranın ölkəmizdəki səfiri Möhsün
Pak Ayin və İranın Azərbaycandakı kon-
sulluğunun rəhbəri Nasr Vətənlə birlikdə
Azərbaycan Tibb Universitetində olub.
Qonaqları səmimiyyətlə qarşılayan
universitetin rektoru, millət vəkili, aka-
demik Əhliman Əmiraslanov onları
universitetimizdə görməkdən məm-
nun olduğunu bildirdi. Nümayəndə
heyətini universitetimiz haqqında məlu-
matlandıran rektor rəhbərlik etdiyi bu
təhsil müəssisəsinin maddi-texniki ba-
zası, eləcə də hazırkı təhsilin səviyyəsi,
tədrisin strukturu və potensial imkanları
barədə ətraflı məlumat verdi. O, diqqətə
çatdırdı ki, artıq 85 yaşına gəlib çatan bu
tədris ocağı ölkədə yeganə tibb təhsili
verən ali məktəbdir. Ötən müddət ərzində
70 mindən çox həkim və
əczaçı kadrlar hazırlayan
bu tədris müəssisəsinin
beynəlxalq
əlaqələri
genişlənib, dünyanın nü-
fuzlu universitetləri ilə
sıx təmaslar qurub, artıq
neçə ildir burada təhsil
Avropa baloniya sistemi
liə aparılır.
Akademik
qeyd
etdi
ki,
Azərbaycan
müstəqillik dövrünü qa-
zandıqdan sonra ölkə
rəhbərliyinin diqqət və
qayğısı sayəsində mü-
asir standartlara tam
cavab verə bilən dörd universitet klini-
kası yaradılıb. Əvvəllər şəhərin müxtəlif
xəstəxanalarında yerləşmiş kafedraların
bir bazada toplanmasına, eləcə də klinik
fənlərin daha müasir şəraitdə tədris olun-
masına şərait yaranmışdır.
ATU-da təhsil alan əcnəbi tələbələrə
gəlincə, rektor bildirdi ki, universitetin
1000-dən çox xarici tələbəsi var. On-
lar arasında İran, Türkiyə və İraqdan
gələn tələbələr üstünlük təşkil edir. Son
vaxtlar xarici tələbələrin səviyyəsinin
xeyli yüksəldiyini və bu yüksəlişin iranlı
tələbələrə də aid olduğunu deyən rektor:
“Lakin bəziləri isə bura dərs oxumaq üçün
yox, ticarət üçün gəlirlər. Mən həmişə
deyirəm ki, ticarətlə təhsil tutmaz”. İran-
dan gələn tələbələr arasında zəif ha-
zırlıqlı tələbələrin də olduğunu qonaq-
ların nəzərinə çatdıran Ə.Əmiraslanov:
“Əvvəlki illər belə tələbələrə bir sıra
güzəştlər edilirdisə, indi bu məsələyə çox
ciddi baxırıq. Onlarla ardıcıl izahat işləri
aparmaqla yanaşı belə tələbələrin sayını
minimuma endirməyə çalışırıq, bəzən də
elə olur ki, belə tələbələri universitetdən
kənarlaşdırırıq”.
Tibb üzrə diplomların İranda tanınma-
masının mənfi təsirinə də toxunan rek-
tor bəzən universitetimiz haqqında yal-
nış təsəvvürün formalaşmasına diqqət
yönəltdi. Dünyanın 28 ölkəsində çalışan
məzunlarımızın uğurlarından söhbət
açaraq İrandan bura gələn tələbələrin bi-
lik səviyyəsinin aşağı olmasının səbəbini
də qonaqlara izah etdi. Hal-hazırda İran
universitetləri ilə əlaqələrin qənaətbəxş
olmadığını söyləyən universitetin rəh-
bəri bu əlaqələri genişləndirməyin
vacib liyini önə çəkərək dedi ki, İran
universitetlərinin rektorlarını ölkəmizə
dəvət etmək, müştərək konfranslar, sim-
poziumlar keçirmək imkanlarımız var.
Səmimi qəbula və çox faydalı söhbətə
görə akademik Ə.Əmiraslanova təşək-
kürünu bildirən səfir Möhsün Pak Ayin bil-
dirdi ki bura gəlməzdən öncə universite-
tin klinikalarını gəziblər, onların iş şəraiti,
mövcud potensial imkanları ilə yaxından
tanış olublar. Bu kilnikaların dünyanın
inkişaf etmiş klinikalarından heç də geri
qalmadığını dilə gətirən səfir dedi:” Biz
heç bir ölkəni Azərbaycandan üstün tuta
bilmərik. Çalışmalıyıq ki, əlaqələrimiz
əməli olsun, universitetlərimz arasın-
da tələbə, müəllim mübadiləsi aparılsın.
Sizə təşəkkür edirik ki, iranlı tələbələrdən
təhsil keyfiyyəti tələb edirsiniz. Biz
nümayəndə heyəti ilə birlikdə tələbələrlə
də görüşdük, onları narahat edən
məsələlərlə maraqlandıq. Tələbələr bu-
rada göstərilən diqqət və qayğıdan çox
razıdırlar”.
Görüş zamanı gələcəkdə İran univer-
sitetləri ilə Azərbaycan Tibb Univer-
siteti arasında əlaqələrin daha da
möhkəmləndirilməsi, tələbələrin ya-
taqxana
təminatı,
tələbə-müəllim
mübadiləsinin aparılması və təhsil
sahəsində bəzi məsələlərin nizamlanma-
sı məqsədilə əməkdaşlıq sazişinin imza-
lanması haqqında razılığa gəlindi.