Криминал психолоэийа



Yüklə 183 Kb.
səhifə1/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
  1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası


MÜHAZİRƏ 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

  1. Cinayətkar qrupların psixoloji xarakteristikası

  1. Cinayətkar qrup və onun strukturu

  2. Cinayətkar qrupların təsnifatı

Cinayətkar qrupların ən sadə tipinə təsadüfi qruplar aid edilir. Bu qruplar iki və daha artıq icraçıdan ibarət olur. Belə qruplarda hələ lider müəyyənləşməyib. Cinayət isə iştirakçıların emosiya və əhvallarının təsiri altında, qəfildən törədilir. Qrup üzvləri arasında həmrəylik yoxdur. Bu səbəbdən də ifşa olunduqda qrup üzvləri bir-birini müdafiə etmir.


Adətən təsadüfi qruplar kriminal təcrübəsi olmayan gənclərdən və psixopatlardan ibarət olur.
II – Kompaniya tipli qruplar. Adətən bu tip qrupun üzvləri törədəcəkləri cina­yə­ti, onun yerini, vaxtını törənmə üsullarını əvvəlcədən planlaşdırırlar. Qrupun daha aktiv iştirakçıları arasından rəhbər seçilir. Qrup üzvləri arasında rollar bölünür. Şəx­siy­yətlər arası münasibətlər simpatiya əsasında qurulur. Belə qruplar oğrulardan, də­lə­duz və soyğunçulardan ibarət olur. Təsadüfi qruplarla müqayiəsdə kompaniya tipli qruplarda daha çox birlik olduğundan onlar hüquq mühafizə orqanlarının cəhdlərinə qarşı həmrəyliklə çıxış edir. Onlardan törədilmiş cinayət haqqında ifadə al­maq çox çətindir.
III Mütəşəkkil cinayətkar qruplar- yüksək səviyyədə təşkil olunmuş, daha təh­lü­kəli kriminal birlik formasıdır. Bu qruplarda sabit ierarxik quruluş var. Lider müəy­yən­ləşib. Qrupdakı birlik, həmrəylik prinsipinə ciddi riayət edilir. Lider cinayəti plan­laşdırır, qrup üzvləri arasında rolları bölüşdürür.
Bu qrup bir neçə həlqəyə bölünür: döyüşçülər, kəşfiyyatçıları, mühafizə dəstəsi.
Bu cür qruplar uzun müddət ərzində cinayətkarlıqla biznes kimi məşğul olurö
IV-qatı, xüsusilə amansız cinayətlərin törənməsi məqsədi ilə yaranmış çox sıx birliyi olan cinayətkar təşkilat
Burada hüquqmühafizə orqanları ilə sıx bağlılıq , əks kəşfiyyat, mühafizəçilər, kirayə ilə tutulan qatillər mövcuddur.
Tədqiqatlar göstərir ki, mütəşəkkil cinayətkar qrupların üzvləri adətən 22-35 yaşları arasında olur. Bu qrup üzvlərinin yarıdan çoxu əvvəllər məhkum olunmuş kriminal professionallıqları ilə xüsusi fərqlənən şəxslərdir. Bu professional cina­yət­kar­lar adətən cinayətin fəal təşkilatçısı və icraçısı olur. Onların əksəriyyəti yaxşı fi­zi­ki hazırlığa malki olur, gözəl avtomobil idarə edir, silahla yaxşı davranmağı ba­ca­rır. Bu şəxslərin əksəriyyəti spirtli içkilərə və narkotik maddələrə meylli olur.
Adətən bu cür qrupların üzvlərinin çoxu bir-birilə yaxşı tanış olur.Bu şəxs­lə­rin xarakterini, motivasiya sahəsinin aparıcı xüsusiyyətlər aşağıdakılardır: maraqların ta­mahkar-zorakı xarakterli olması, aqressivlik, amansızlıq, riskə meyllik, özünü qurban vermə meyli, digər insanlara etinasızlıq.
Bu cür qruplardakı lider diqqəti xüsusilə cəlb edir. Lider çox böyük avtoritetə ma­likdir. Onun tələbləri hamı üçün mütləqdir. Lider yaxşı fiziki göstəricilərə, kri­mi­nal təcrübəyə malik olur. Riskə meylli çətin situasiyada lazımi qərar qəbul et­mə­yi bacarır. Lakin ifşa oluna bilmə qorxusu onlarda yüksək şübhəlilik, qisasçılıq, güzəştə getmədən hamıya qarşı amansız xarakter xüsusiyyətləri formalaşdırır.
Müşahidələr göstərir ki, həbs edilmiş əksər liderlərdə nevrozlar. Psixopatik po­zuntular, psixi normadan digər yayınmalar müşahidə olunur.
Liderlərin 2 tipini fərqləndirirlər
I tip- cinayətkar qrupun təhlükəsizliyini təmin etmək məqsədi ilə özü­nə­məx­sus kriminal məsləhətçi funksiyasını yerinə yetirir. Qrup üzvlərini bəzi səhv ad­dım­lardan çəkindirir, eyni zamanda cinayət törətmək qərarını stimullaşdırır.
II tip- təşkilatçı lider-bu tip lider çox yüksək dərəcədə cəmiyyətəzidd meyllə, neqativ şəxsi yönümlə xarakterizə olunur. O, cinayətin törənməsi üçün müvafiq şə­ra­it axtarır və bu yolda qarşıya çıxan maneələri aradan qaldırır.
Qrupda müxalifətdə qalanlar da olur. Onlar öz statuslarından razı olmur. Liderlərdən, onun iş üslubundan narazılıq edir. Onlar arasında münaqişəli münasi­bətlər, liderliyi ələ keçirmək, öz cinayətkar qrupunu yaratmaq meyli təzahür edir. Bü­tün bunlar isə konfliktli münasibətlərə səbəb olur.

Cinayətkar qruplar dedikdə üzvlərini eyni kriminal məqsədlər birləşdirən qeyri-formal insanlar birliyi nəzərdə tutulur.


. Cinayətkar qruplar aşağıdakı kimi təsnif edilir:
Bu problemə həsr edilmiş elmi ədəbiyyatda kriminal qrupların müxtəlif təsnifatları məlumdur. Məsələn qrupun kriminalizasiya dərəcəsindən asılı olaraq 4 növünü fərqləndirirlər:

Yüklə 183 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin