Криминал психолоэийа


Kriminallaşma mərhələsində olan qruplar



Yüklə 183 Kb.
səhifə2/8
tarix13.12.2022
ölçüsü183 Kb.
#74523
1   2   3   4   5   6   7   8
Mühazirə 16 Cinayətkar qrupların sosial psixoloji xarakteristikası

1. Kriminallaşma mərhələsində olan qruplar
2. Sadə cinayətkar qruplar
3. Mütəşəkkil cinayətkar qruplar
4. Cinayətkar təşkilatlar
Bu təsnifatda kriminallaşma mərhələsində olan qruplar xüsusilə diqqəti cəlb edir. Belə qruplar yetkinlik yaşına çatmayanlardan və gənclərdən ibarət­dir. Belə qrupların yaranmasınla əsas məqsəd cinayət törətmək deyil. Əsas məqsəd burada emosioanl psixoloji əsasda müəyyən tələbatları ödəməkdir. Bu cür qrup üzvlərini birgə boş vaxtı keçirmək, bir məhəllədən, bir məktəbdən, bir iş yerindən olma birləşdirir. Əksər hallarda bu küçə kompaniyalarıdır. Onlara cəmiyyətəzidd yönüm, yayınan davranış formaları səciyyəvidir. Baxmayaraq ki, əksər hallarda bu qrup üzvləri cinayət törətmir.
Küçə kompaniyaları formalaşma mərhələsində diffuz qrup kimi mövcud olur. Qrup üzvlərinin tərkibi davamlı deyil, qrup üzvləri arasında qrupun məqsəd və vəzifələrinin dərki ilə bağlı birlik yoxdur, qrupda sabit struktur yoxdur, sərt davranış qaydaları müəyyən edilməyib.
Küçə kompaniyalarında əsas yeri yetkinlik yaşına çatmayanlar tutur. Onların belə qruplara asan cəlb edilmələri təkcə ünsiyyətə tələbatla izah edilmir. Bir çox hallarda əsas səbəb yeniyetmənin öz mikromühitində psixoloji təcridliyi və ğu təcridliyi kompensasiya etmək istəyi ilə bağlıdır. Belə qruplara daxil olmağın təhrikedici motivi isə yeniyetmələrdə şişirdilmiş yaşlılıq hissi, özünütəsdiq, psixoloji müda­fiə, himayə edilməyə ehtiyacla bağlıdır. Yetkinlik yaşına çatmayanlar bu yaşlı bu yaşlı himayədarların köməyi ilə yeniyetmələrin mikromühitinə təsir etməyə çalışır.
Kriminal kompaniyalar bir çox hallarda yetkinlik yaşına çatmayanlar üçün referent qrup kimi çıxış edir. Təsadüfi deyildir ki, bu uşaqlarla keçirilən sorğu zamanı «Kim olmaq istərdiniz?» sualına onların bir çoxu kriminal avtoritet, qanun oğrusu kimi cavablar verir. Bu cür yanaşma təkcə həmin yeniyetmələrin sosial dəyərlərinin təhrifi ilə bağlı deyil, eləcə də həyatda qarşılaşdıqları əyani misallarla bağlıdır: küçə kompaniyalarından olan yoldaşlarının, tanışlarının «uğurlu cinayətkar xarakterli işgüzar karyerası» ilə. Bu yoldaşların maddi vəziyyəti bir neçə il əvvəl onlarınkından fərqlənmirdi. İndii isə bu yoldaşlar xarici və bahalı avtomobildə gəzirlər, öz «biznesləri» var, kriminal aləmdə onlardan həm qorxur, həm də hörmət edirlər.
Kriminlşa istiqamətli referent qruplara daxil olma meyli bu yeniyetmələrdə daha sonra yüksək konformluqla müşayiət olunur. Tədricən onlar bu qrpuda istənilən, hətta öz daxili əqidələrinə zidd olan tapşırıqları yerinə yetirir.
Küçə kompaniyalarında kriminal keçmişə və təcrübəyə malik avtoritetlərin olması bu qrupun kriminallaşma prosesinin surətləndirir.
Lakin bir qayda olaraq bu qruplar 3 ildən artıq mövcud olmur. Onun bir çox üzvləri bu müddət ərzində böyüyür, ailə qurur, və həyat tərzini dəyişir. Bəzi qrup üzvləri isə 2-5 nəfərdən ibarət sadə cinayətkar qrupda birləşərək şəhərin və ya mikrorayonun mütəşəkkil cinayətkar qruplaşmasına daxil olur.
Xarici kriminoloqlar hesab edir ki, küçə kompaniyalarının və gənclərin digər cinayətkar qruplarının fəaliyyəti aşağı təbəqədən olan yeniyetmələrin öz mövqelərinlən narazı olmaları ilə bağlıdır. Onlar elə şəraitdədirlər ki, bu şərait və ya şərtlər onlara qanuni yolla uğur qazanmaq imkanı vermir, qanuni yolla öz məqsədlərinə nail olma zamanı uğursuzluqdan ehtiyat edirlər.

Yüklə 183 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin