8. Qanuni oğrular-Kriminalistik praktikada analoqu olmayan xüsusi birlikdir. Onların əsas məqsədi cinayətkar aləmdə qayda-qanun yaratmaqdır. Liderlərin və professional cinayətkarların özünəməxsus kastasıdır. Qanun oğrusu yalnız kriminal mühitdə avtoriteti olan məhkum olunmuş şəxs ola bilər. Əsas qanunları: oğru ideyaların bağlılıq, ict. Fay. Əməklə məşğul olmamaq, ailə qurmağa, qohumlarla əlaqə saxlamağa qadağa, hüquq mühafizə orqanları ilə heç bir əlaqə saxlamamaq, öz sıralarına gəncləri cəlb etmək, siyasi məsələlərə qarışmamaq, zərərçəkmiş və şahid qismində məhkəməyə getməmək və s.
Tədqiqatlar göstərir ki, mütəşəkkil cinayətkar qrupların üzvləri adətən 22-35 yaşları arasında olur. Bu qrup üzvlərinin yarıdan çoxu əvvəllər məhkum olunmuş kriminal professionallıqları ilə xüsusi fərqlənən şəxslərdir. Bu professional cinayətkarlar adətən cinayətin fəal təşkilatçısı və icraçısı olur. Onların əksəriyyəti yaxşı fiziki hazırlığa malki olur, gözəl avtomobil idarə edir, silahla yaxşı davranmağı bacarır. Bu şəxslərin əksəriyyəti spirtli içkilərə və narkotik maddələrə meylli olur.
Adətən bu cür qrupların üzvlərinin çoxu bir-birilə yaxşı tanış olur.Bu şəxslərin xarakterini, motivasiya sahəsinin aparıcı xüsusiyyətlər aşağıdakılardır: maraqların tamahkar-zorakı xarakterli olması, aqressivlik, amansızlıq, riskə meyllik, özünü qurban vermə meyli, digər insanlara etinasızlıq.
Bu cür qruplardakı lider diqqəti xüsusilə cəlb edir. Liderlər cinayətkar qrupun təhlükəsizliyini təmin etmək məqsədi ilə, özünəməxsus kriminal məsləhətçi funksiyasını yerinə yetirir, qrup üzvlərini səhv addımlardan çəkindirir, eləcə də onlarda cinayət törətmək qərarını stimullaşdırır.. Lider çox böyük avtoritetə malikdir. Onun tələbləri hamı üçün mütləqdir. Lider yaxşı fiziki göstəricilərə, kriminal təcrübəyə malik olur. Riskə meylli çətin situasiyada lazımi qərar qəbul etməyi bacarır.
İdeyalar generatorudurlar, tərəfdarlarını intellekt və psixi enerji ilə cəlb edirlər. Güclü iradəyə malikdirlər qətiyyətli və inadkardırlar. Tənqiddən qorxmurlar məqsədyönlüdürlər. Güclü iradələri hesabına qrup üzvlərini özlərinə tabe edə bilirlər. Onlar üçün öz liderliklərini və hakimiyyəti hiss etmək vacibdir. Hakimiyyət onlar üçün puldan da əhəmiyyətlidir. Qərarları düşünülmüş olur, qərarların icrası isə ani baş verir. İstənilən çətin vəziyyətdən asanlıqla çıxış yolu tapa bilir. Lider üçün mənəvi qadağa yoxdur. Bir çox hallarda ona yardım etmiş, xilas etmiş ətrafındakı insanlara qarşı acımasız olur. Çox soyuqdur, baxmayaraq ki, dostluğa önəm verir. Hesab edir ki, sentimental olmaq lazım deyil. Çox vaxt yumor hissinə malik ola bilir. Risk onu çox cəlb edir.
Psixoloji təsir vasitələrindən asanlıqla istifadə edərək ətrafı özünə inandıra bilir. Analitik təfəkkür hesabına istənilən problemin praktik tərəfini tuta bilir.