5. Bandalar-dövlət müəssisələrinə, ayrı-ayrı vətəndaşlara hücum etmək məqsədi ilə yaradılmış silahlı qruplaşmadır. Bandaların 3 növünü fərqləndirirlər:
-Klassik bandalar-banklara, inkassatorlara, muzeylərə, mənzillərə açıq silahlı basqın -İxtisaslaşmış bandalar-1 və ya 2 cinayət növündə ixtisaslaşır.
-Sifarişlə işləyən bandalar-sahibkarlara təzyiq edərək onlara mülkiyyət və fiziki xarakterili ziyan yetirir, özləri cinayətkar qrupa daxil olmur. Sadəcə liderin sifarişini yerinə yetirir.
6. Cinayətkar təşkilat-qatı xüsusilə amansız cinayətlərin törədilməsi məqsədi ilə yaranmış çox sıx birliyi olan cinayətkar təşkilatdır. 4 tipi var:
-Yalançı sahibkarlar – maliyyə kələkləri ilə məşğul olur, qanunsuz kreditlər əldə edir. Qanunsuz özəlləşdirmə həyata keçirir və s.
-Qanqsterlər-əsas fəaliyyət növü reketdir. Əsas obyektləri yalançı sahibkarlardır. Onlara təzyiq göstərərək ortaq razılığa gəlir cinayət yolu ilə əldə edilmiş kapitalları birləşdirir və birlikdə mühafizə edirlər.
-Korrupsionerlər-dövlət məmurları qrupudur. Onlar pul müqabilində yalançı sahbikarlara qanunsuz güzəştlər təqdim edərək onlarla birlikdə qanunsuz əldə etdikləri gəlirləri bölüşdürürlər. Cinayət təqibi zamanı cinayətin izlərini ört-basdır etməyə yardım edirlər.
-Kordinatorlar-qanun oğruları və avtoritetlərdən ibarətdir. Yuxarıda sadalananların hər birini nəzarətdə saxlayır.
7. Mafiya-Gizli fəaliyyət göstərən cinayətkar təşkilatdır. Klassik mafiya aildə modelinə əsaslanır. Hər mafiya üzvü üçün ailəyə hörmət etmək və ondan nümunə götürmək əsasdır. Mafiyanın üzvləri öz aralarında qardaş kimi bərabərdirlər. Sözsüz ataya-kapoya tabe olmalıdırlar. Omerta (susmaq) və vendetta (qan intiqamı) qanunlarına ciddi riayət etməlidir. Polisə müraciət etməməli, mafiyanın fəaliyyəti açıq-aşkar bəlli olsa belə onun mövcudluğunu inkar etməli, onun daxilində öz vəzifəsi haqqında heç kimə məlumat verməməlidir və s.