Humanitar fənlər



Yüklə 155,5 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü155,5 Kb.
#50901
növüMühazirə
  1   2   3   4   5   6   7   8
UNEC 1634659885




Azərbaycan Dövlət İqtisad Universiteti

Humanitar fənlər” kafedrasının



baş müəllimi s.e.ü.f.d.Həmidova Leyli Ə.

Leyli.Hemidova@mail.ru
Fənn: Azərbaycan tarixi

Mövzu : Azərbaycan ərazisində ilk sinifli cəmiyyət və dövlət qurumları


PLAN:

1.Azərbaycanda qədim tayfa ittifaqları və erkən dövlət qurumları

2. Manna dövləti 3. Azərbaycan Midiya və Əhəmənilər dövlətlərinin tərkibində 4.Atropatena dövləti 5. Albaniya dövləti

Mühazirə mətnini mənimsədikdən sonra tələbələr Azərbaycanda sinifli cəmiyyətin bərqərar olması, Azərbaycanın Qədim Şərq mədəniyyət mərkəzləri ilə əlaqəsi, Azərbaycanda erkən dövlət qurumlarının yaranması, bu ərazidə yaşayan etnos və tayfaların etnik və dil tərkibi, qədim dövlətlərin yaranması, onların qonşu dövlətlərlə münasibətləri və Ön Asiyanın siyasi həyatında oynadıqları rol, dövlətlərin ictimai-iqtisadi və mədəni həyatı, dövlət quruluşu haqqında bilik əldə edirlər. Əldə etdikləri biliklər gələcəkdə həmin dövrün tarixi haqqında ətraflı məlumata malik olmalarına yardım edəcəkdir.
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycanın şimalında və cənubunda sinifli cəmiyyətin yaranması prosesi eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlində başlamışdı. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər e. ə. III minilliyin I yarısına aid hadisələr bir neçə şumer dastanında təsvir olunurdu. Aratta ölkəsi Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasıın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XXVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula ( rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxslər meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çoxallahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özunə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxlayır.

Şumer dövləti ilə Aratta ölkəsi arasında iqtisadi əlaqələr davam edirdi. Arattadan Ikicay arasına qızıl, gümüş, tikinti materialları, Şumerdən Arattaya isə əsasən taxıl və meyvə gətirilirdi. Aratta ölkəsinin əhalisi qızıl, gümüş, tikinti, mis, dağdaşı və s. hasil edirdi. Aratta əhalisinin həyatında əkinçilik müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır.Arattanın sərhədləri cənubi şərqdə Zənçana, cənubi qərbdə isə Zəribər gölünə kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.




Yüklə 155,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin