Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə



Yüklə 30,31 Kb.
səhifə1/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)


Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2)

Eramızdan əvvəl IV minillikdə qədim Azərbaycanda maldarlıq, əkinçilik və sənətkarlıq inkişaf etmiş, əkinçi-maldar təsərrüfatı meydana gəlmişdi. Azərbaycanda da İkiçayarasında meydana gəlmiş Hələf, xüsusilə Ubeyd yaxud protoşumer, ilkin şumer mədəniyyətinə oxşar əlamətlər təmsil olunmuşdur. Azərbaycanda ilkin şumer mədəniyyətinə oxşar arxeoloji mədəniyyət abidələrinin (dairəvi evlərin və naxışlı qab-qacağın) yayılması eramızdan əvvəl IV minilikdə burada protoşumer etnik qruplarının məskunlaşdığını, Azərbaycan əhalisi ilə yaxın təmasda olduğunu söyləməyə imkan verir. Azərbaycanın cənubunda sinifli cəmiyyətin yaranması prosesi eramızdan əvvəl IV minilliyin sonu—III miniliyin əvvəlində başlamışdı. Cənubi Azərbaycanda eramızdan əvvəl III minilliyin I yarısında İkiçayarası Şumer dövlətləri ilə ünsiyyətdə olan qədim dövlət quruluşu mövcud idi. Şimali Azərbaycan qədim İkiçayarası sivilizasiyasından xeyli kənarda yerləşmişdi. Buna görə də burada sinifli cəmiyyətin ruşeymləri gec yaranmışdır. Şimali Azərbaycanda dövlət hakimiyyətinin ruşeymi Tunc dövrünün sonu-dəmir dövrünün əvvəllərində meydana gəlmişdi. Şumer-Akkad mixi yazılarında Cənubi Azərbaycanda yerləşən Aratta ölkəsi, kuti, lullubi tayfaları yad edilir. Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında (“En Merkar və Aratta”, “En Merkar və Luqalbanda”, “En Merkar və Sukurşiranna” təsvir olunurdu.

Aratta ölkəsi. Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XXVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur. Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula ( rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sə nətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur. Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özünə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı. Şumer dövləti ilə Aratta ölkəsi arasında iqtisadi əlaqələr davam edirdi. Arattadan İkiçay arasına qızıl, gümüş, tikinti materialları, Şumerdən Arattaya isə əsasən taxıl və meyvə gətirilirdi. Aratta ölkəsinin əhalisi qızıl, gümüş, tikinti, mis, dağdaşı və s. hasil edirdi. Aratta əhalisinin həyatında əkinçilik müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır. Arattanın sərhədləri cənubi şərqdə Zənçana, cənubi qərbdə isə Zəribər gölünə (Sənəndəçin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə