Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə



Yüklə 30,31 Kb.
səhifə3/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)

Kuti dövləti. Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında Kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hü cumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. E.ə. XXIII yüzillinin sonunda kutilər Enrıdavazir (e.ə. 2225- e.ə. 2205) başda olmaqla İkiçayarasına hərbi yürüşə başlayıb, Akkad çarının qoşunlarını darmadağın etdilər e.ə.2201-ci ildə Naranı Suen döyüşdə öldürüldü. Akkadlar üzərindəki uğur İkiçayarasındakı kuti ağalığının başlanğıcını qoydu. Sonrakı Akkad çarı Şarkalişarri (e.ə. 2201-e.ə. 2177) kuti başçıları İmta, İnqeşuşşu, Sarlaqab və Yarlaqaşın ardıcıl hücumlarınıdəf etməli olmuşdu. Elulumeşi (e.ə. 2178-2173) İkiçayarasında kutilərin siyasi hökmranlığını qorumağı başa çatdırdı. Kutilərin zərbələrinə davam gətirməyən Akkad padşahlığı süqut etdi. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili hərcmərclikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimiyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimiyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləcə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimiyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I minilliyin əvvəlinə kimi davam edir. Azərbaycanın ilkin dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.


Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin