Mövzu : Azərbaycanın Qədim Dövrdə Dövlətləri. (Mühazirə №2) Eramızdan əvvəl IV minillikdə


Azərbaycan Midiya və Əhəmənilər imperiyasının tərkibində



Yüklə 30,31 Kb.
səhifə7/10
tarix16.03.2022
ölçüsü30,31 Kb.
#53881
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10
Azərbaycanin Qedim Dövrdə Dövlətləri.(Müh. №2)

Azərbaycan Midiya və Əhəmənilər imperiyasının tərkibində Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Martselin və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan – buslar, paretagenlər, struxatlar, arizantlar, budilər və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir. Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya-Babil mənbələri də əhəmiyyətli məlumat verirlər, Midiya ərazisində artıq e.ə. II miniliyin başlanğıcında xüsusi sahibkar təsərrüfatı var idi. Qabaq Asiyanın bütün başqa ölkələrində olduğu kimi, Midiya ərazisində 3 təsərrüfat vahidi-xüsusi, icma və car təsərrüfatı vahidləri olmuşdur. Sonuncu təsərrüfat sahəsində toxuculuq, dəmirçilik, silah istehsalı, əkinçilik alətləri hazırlamaq, dərzilik, dülgərlik və s. kimi peşələr geniş yer tuturdu. Çar sənətkarlıq təsərrüfatındakı emalatxanalarda çalışan işçi qüvvəsi qullardan, qul halına gətirilmiş hərbi əsirlərdən, ayrıca kəndlərdə yaşayan müxtəlif ixtisaslı azad sənətkarlardan ibarət idi. Midiya dövləti iqtisadi vəhdəti olmayan hərbi-inzibati təşkilat olmuşdur. İqtisadi əlaqələrə əsaslanmayan təsisatlar, heç vaxt daxilən möhkəm olmamışdır. Bu hal özünü e.ə. VII əsrin əvvələrində, Midiya dövlətinin özünü müdafiə edən siyasi təşkilatdan başqalarının torpaqlarını tutmaq yoluna qədəm qoyan dövlətə çevrildiyi andan etibarən daha aydın göstərməyə başladı. Midiyalılar e.ə. IX-VII əsr Aşşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar. Midiyalılar haqqında ilk məlumat e.ə. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlumdurlar. Midiya tayfaları İran yaylasına e.ə. II minilliyin sonu – I minilliyin əvvələrindən gec olmayaraq köçüb gəlmişlər. E. ə. III əsrdə yaşamış Eratosfenə istinad edən Strabon göstərir ki, “Ariona, Fars və Midiyanın bir hissəsinə, həmçinin Baktriya və Soqdiananın şimal hissəsinə aid edilir. Və bu ərazilərin sakinləri demək olar ki, e. ə. I miniliyin əvvəllərində hərbi demokratiyadan erkən quldarlıq cəmiyyətinə keçid dövründə yaşamışlar. E. ə. IX-VIII əsrlərdə Midiyalılar ərazilərinin bir hissəsini işğal etmiş Aşşur dövləti ilə amansız mübarizə aparırdılar. Antik mənbələr Midiya dövlətinin təşəkkülünü er.əv.VIII əsrin sonlarına və ya e.ə. VII əsrin əvvəlinə aid edir və çar Deyokun adı ilə bağlayır. Aşşur mənbələrinə görə Midiya çarlıgı e.ə. VII əsrin 70-ci illərində Aşşur əleyhinə yönəlmiş, Kaştaritinin başçılıq etdiyi və digər Midiyalı hakimlər, həmçinin mannalılar, kimmerlər və skiflər tərəfindən də müdafiə edilən güclü xalq hərəkatı nəticəsində təşəkkül tapmışdı. Sonralar Midiya işğalçılıq müharibələri dövrünə qədəm qoydu. Tayfa yığma qoşun dəstələrindən nizami qoşun yaradan və Aşşur dövləti ilə mübarizəni davam etdirən Kiaksarın (E.ə. 625-585) hakimyyəti dövrü Midiya tarixində dönüş nöqtəsi oldu. Midiya kiçik bir çarlıqdan Qədim Şərqin iri dövlətinə çevrildi. Midiyalılar Babilistana, ehtimal ki, həm də skiflərlə ittifaqda Aşşur dövlətini darmadağın edib onun şimal-şərq və şimal torpaqlarını ələ keçirdilər. Midiya hökmdarı Astiaq (e.ə. 584-550-ci illər) zadəganların və mannalıların nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bütün bunlar Midiyada daxili siyasi vəziyyəti mürəkkəbləşdirdi. E. ə. 550-ci ildə Midiya farslar tərəfindən işğal edildi və satraplıq kimi Əhəmənilər dövlətinin tərkibinə qatıldı. Midiyalılar hakim xalq kimi öz mövqelərini itirdilər. Lakin Midiya hərbi dəstələri bütün Əhəmənilər dövründə farsların ordusunda mühüm rol oynayırdı. E.ə. 615-ci ildə Midiya dövləti Manna torpağını işğal etdi. E.ə. 610-590-cı illərdə Manna ilə yanaşı Skif və Urartu çarlığı bir müddət (70 ilə yaxın) müstəqil hökmranlığını qoruyub saxlamışdır. E. ə. 593- cü ildən etibarən isə onların adı artıq çəkilmir. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi. Onun ərazisi Əhəmənilər dövlətinin tərkibinə daxil edildi. Əhəmənilər imperiyası e. ə. IV əsrin ortalarından başlayaraq daxili sosial ziddiyyətlərin təsiri nəticəsində zəifləməyə başladı. 336-323-cü illərdə Makedoniyalı İskəndərin vurduğu zərbə bu prosesi daha da sürətləndirdi. Əhəmənilər dövləti süqut etdi. Əhəmənilər imperiyası tərəfindən işğal edilən Midiya cəmiyyəti iki müstəqil dövlət—Atropatena və ya kiçik Midiya və böyük Midiya dövləti təşəkkül etdi. Midiya cəmiyyəti ərazisində ideologiyanın bir növü olan sehr, cadu geniş yayılan ideologiya idi. Sehrbazlar günəş, ulduzların hərəkətini öyrənməyə xüsusi maraq göstərmişdir. Midiyalılar torpağı, suyu və odu müqəddəs hesab etmişlər. Onlar bu üç müqəddəs varlığın paklığını qoruyub saxlamaq üçün öz ölülərini basdırırdılar.

Əhəmənilər dövləti. E.ə. 558-ci ildə Kir İran tayfaları ittifaqına başçılıq etmiş və bu ittifaqı Midiya hökmranlığa qarşı üsyan qaldırmışdı. (e.ə. 553) Midiyanı ələ keçirdikdən sonra (e.ə. 550) sonrakı üç ildə Midiya dövləti tərkibində olan ölkələr, er. əv. 546-cı ildə Midiya və kiçik Asiyadakı yunan şəhərləri tutulmuşdu. Kiçik Asiyanın xeyli hissəsi, Babilistan, Misir, Egey dənizi adaları, Frakiya, Makedoniya və Hindistanın şimal-qərb hissəsi işğal edilmişdi. Dövlət I Daranın dövründə (e.ə. 522-486) yaradılan çox mürəkkəb burokratik sistemin köməyi ilə idarə olunurdu. Onun hakimiyyət illəri Əhəmənilər dövlətinin ən qüvvətli dövrü idi. Daranın inzibati islahatları işğal olunmuş ölkələrdə idarəçiliyi və nəzarəti təkmiləşdirdi. Persepolla, Babil, Suz və Ekbatana şəhərləri də Əhəmənilər dövlətinin paytaxtı olmuşdur. Əhəmənilər dövləti 20 hərbi-inzibati mahala bölünmüşdü. Hər satraplığa xüsusi məmurlar-satraplar başçılıq edirdi. Etnik cəhətdən və sosial ukladına görə Əhəmənilər dövlətinin tərkibi çox müxtəlif idi. Kiçik Asiya, Babilistan, Finikiya və Misir şəhərlərində kənd təsərrüfatında və sənətkarlıqda qul əməyində geniş istifadə olunurdu. Bununla birlikdə Frakiyanın, Makedoniyanın geridə qalan vilayətlərinin əhalisi köçəri ərəb və skif tayfaları qəbilə quruluşunun dağılması mərhələsində idilər. İran inzibati orqanları işğal edilmiş ölkələrdə qədim yerli qanunları, dini, pul sitemini, əlifba və dili saxlamışdılar. İranlıların özləri vergilərdən və icbari əməkdən azad idilər. İran hökmdarlarının, onların qohumlarının, satrapların və əyanların qul əməyinə əsaslanan böyük təsərrüfatları var idi. Əhəmənilər dövlətinin sabit iqtisadi bazası olmadığı üçün zəif hərbi inzibati birlikdən ibarət idi və müxtəlif xalqları yalnız silah gücünə dövlətin tərkibində saxlaya bilirdi. Hərbi qüdrətinin zəifləməsi nəticəsində əhəmənilər dövləti tənəzzülə uğramağa başladı. E.ə. 500-449-cu illərdə Yunanıstan—İran müharibələri İran ordusunun döyüş qabiliyyətinin zəiflədiyini göstərdi. Misir, Babilistan, Midiya, Kiçik Asiya və s. vilayətlərdə dəfələrlə baş vermiş üsyanlar e.ə. V əsrin sonundan sonra satraplar arasındakı daimi müharibələr Əhəmənilər dövlətinin tənəzzülünü daha da sürətləndirdi.




Yüklə 30,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin