Cənubi Azərbaycanda Sinifli Cəmiyyət və Şəhər Dövlətlərinin meydana gəlməsi. Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar. Assuriya mənbələrdə Manna qurulanadək Cənubi Azərbaycan ərazisində assuriyalarla mübarizə aparan müxtəlif çarlıqların adına rast gəlirik. Assuriya mənbələrinin verdiyi məlumatlardan görünür ki, eradan əvvəl Iminilliyin əvvəlinədək - e.ə. VIII əsrlərədək olan dövrdə ayrı-ayrı çarlıqların birləşməsi prosesi getmiş və bunun nəticəsində onlar assuriyalara ciddi müqavimət göstərə bilirlər. Urmiya gölünün cənubunadək ərazi uzun müddət Zamua adı ilə tanınmışdır. İlk dəfə olaraq bu ada II Adadnearinin (911) salnaməsində rast gəlirik. Zamua ilk birləşmiş torpağı e.ə. 881-ci ildə qeydə alınmışdır. Bu zaman onun başında Daqara ölkəsinin rəhbəri Nur-adad dururdu. Zamiyalılar II Aşşurnasirapalin e.ə. (883-ci illər) qoşunlarına qarşı müdafiə divarını tikmişlər. Ancaq onlar Assuriyalıların hücumlarına davam gətirə bil-mişlər. Assuriyalıların qonşu vilayətlərə hücumundan istifadə edən Nur-azad yenidən öz mövqelərini möhkəmlədir. Ancaq assuriyalılar yeni hücum zamanı da Birutu qalasını dağıdırlar. Növbəti e.ə. 880-ci ildə Zamiya əhalisi yenidən II Aşşurnasirpala qarşı mübarizə aparırlar. Zamiyalıların başında car Ameka dururdu. O, Assuriyalılara ciddi müqavimət göstərmişdir. Assuriyalılar Amekanı məğlub edə bilməmişlər. O, Sabua dağında möhkəmlənmişdir. Yazılı mənbələrin məhdud və ziddiyyətli olmasına baxmayaraq Manna dövləti ərazisində istehsalın səviyyəsi və təsərrüfatın formaları haqqında təsəvvür əldə etmək mümkündür. Tarixi araşdırmalar sübut edir ki, Urmiya gölü ətrafında yaşayan qədim tayfaların əsas peşəsi oturaq əkinçilik və maldarlıq olmuşdur. Torpağın münbüt məhsuldar olması, su ehtiyatının çoxluğu geniş otlaqlar mülayim iqlim burada əkinçilik və maldarlıq təsərrüfatının geniş miqyas almasına imkan vermişdir. Azərbaycanın hakim dairələrinin yerli əhalinin üzərinə qoyulan verginin taxıl, mal-qara, metal, metal məlumatlardan toplamaları burda əkinçiliyin və maldarlığın inkişaf etdiyini, metal ehtiyatının çoxluğunu və metaldan cürbəcür əşyalar, istehsal alətləri və s. hazırlayan vahid ustaların olduğunu sübut edir.