MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə1/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
  1   2   3   4   5   6   7   8   9   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020






AZƏRBAYCAN TARİXİ

MÜHAZİRƏLƏR


MÖVZU 1. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İBTİDAİ İCMA CƏMİYYƏTİ
İbtidai icma cəmiyyəti bəşər tarixinin ilkin pilləsini təşkil edir. İbtidai icma cəmiyyəti üçün istehsal vasitələri üzərində ümumi mülkiyyətin mövcudluğu, məhsuldar qüvvələrin zəif inkişafı şəraitində kollektiv istehsal və birgə məhsul bölgüsü səciyyəvidir. İbtidai icma quruluşu digər ölkələrdə olduğu kimi, Azərbaycanda da uzun sürmüşdür. Çünki bu dövrdə əmək alətləri sadə, istehsal texnikası aşağı səviyyədə olub, cəmiyyətin təsərrüfat fəaliyyəti təbii mühitdən birbaşa asılı idi. İbtidai icma cəmiyyəti Azərbaycanda ilk insanın yarandığı vaxtdan (təxminən 1,5 milyon il bundan əvvəl) iri tayfa birliklərinin və ilkin dövlət qurumlarının yaranmasınadək (eramızdan əvvəl III - I minillik) olan bir dövrü əhatə edir.

İbtidai icma cəmiyyətinin arxeoloji baxımdan dövrləşməsi aşağıdakı kimidir:



  1. Qədim daş dövrü (Paleolit) - təxminən 1,5 milyon il bundan əvvəl başlamış və e. ə. XII minilliyə qədər davam etmişdir.

  2. Orta daş dövrü (Mezolit) - e. ə. XII - VIII minilliklər.

  3. Yeni daş dövrü (Neolit) - e. ə. VII - VI minilliklər.

  4. Mis - daş dövrü (Eneolit) - e. ə. VI - IV minilliyin ortaları.

  5. Tunc dövrü - e. ə. IV minilliyin sonları - II minilliyin sonları.

  6. Dəmir dövrü - e. ə. II minilliyin sonları - I minillik.

İbtidai icma cəmiyyəti öz inkişafında üç mərhələdən keçmişdir:

1). İbtidai insan dəstəsi və ya ulu icma;

2). Qəbilə icması;

3). İbtidai icma quruluşunun dağılması.

İbtidai insan dəstəsi və ya ulu icma alt və orta paleolitdə (1,5 milyon ildən - 40 min il bundan əvvələ kimi) yaşamışdır. İnsanlar qida əldə etmək və heyvanlardan qorunmaq zərurəti qarşısında 20 - 30 nəfərdən çox olmayan bir dəstə halında birləşirdilər və belə ilkin insan dəstələri Qarabağda (Azıx və Tağlar mağaraları) və Qazax bölgəsində (Damcılı və Daşsalahlı mağaraları) məskən salmışdır. İbtidai insan yem əldə etmək üçün yığıcılıq və ovçuluqla məşğul olurdu və bu, istehlak təsərrüfatı adlanırdı.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin