MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Mannanın təsərrüfat həyatı



Yüklə 418,25 Kb.
səhifə9/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   5   6   7   8   9   10   11   12   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Mannanın təsərrüfat həyatı. Əlverişli təbii - coğrafi mövqeyi Mannada əkinçiliyin və maldarlığın inkişafına şərait yaratmışdı. Burada dəmyə əkinçiliyi ilə yanaşı, azyağıntılı torpaqlarda süni suvarma əkinçiliyi yayılmışdı. Mannada iki və altı cərgəli arpa, bir neçə növ buğda və darı əkilirdi. Əkinçilikdə dəmir toxalardan, oraqlardan və tunc kotanlardan istifadə edilirdi. Assur yazılarında Mannada taxıl (buğda və arpa), un ehtiyatı, yağ və çaxır anbarları haqqında çox dolğun bilgilər verilmişdir. Assur hökmdarı II Sarqona aid mixi yazısında Mannadakı anbarlardan götürülmüş «keyfiyyətli çaxırı onun döyüşçülərinin çay suyu kimi içməsindən» bəhs edilir.

Manna dağlıq ölkə olduğundan burada maldarlığın inkişafı üçün hər cür şərait var idi. Mixi yazılarında Manna torpaqlarında iri və xırdabuynuzlu mal saxlanılması və at ilxıları bəslənilməsi haqqında maraqlı məlumatlar verilmişdir. Manna əhalisi oturaq olduğundan burada yaylaq maldarlığı geniş yayılmışdı. Xarici işğalçılar Mannaya hücumlar zamanı buradan qənimət kimi qaramal, davar at və dəvə aparırdılar. E. ə. 780-ci ildə Mannadan qənimət kimi Urartuya 22529 qaramal, 36830 davar (qoyun - keçi), 100 dəvə, e. ə. 779-cu ildə isə 6257 qaramal, 33302 davar, 606 at və 184 dəvə sürülüb aparılmışdı. Mannada atçılığın inkişafı atdan daha çox hərbi işdə və qoşqu vasitəsi kimi istifadə edilməsi ilə bağlı idi. Həsənlidə tapılmış qablar üzərindəki təsvirlərə görə Mannada bir və ya iki at qoşulmuş döyüş arabaları var idi.



Manna çox zəngin faydalı qazıntılara malik idi. Mis, dəmir, qızıl və qurğuşun yataqlarının olması Mannada dağ - mədən işinin və sənətkarlıq sahələrinin yüksəlişi üçün əlverişli şərait yaratmışdı. Burada mis qab-qacaqlar, zərgərlik məmulatları hazırlanırdı. Manna sənətkarları yüksək kefiyyətli saxsı qablar istehsal edə bilirdilər. Mannada ayrı-ayrı sənət sahələri üzrə (dəmirçilik, misgərlik, zərgərlik və silah istehsalı) emalatxanalar fəaliyyət göstərirdi. Həsənli, Ziviyə və Marlıqtəpədə tapılan qızıl və gümüş qablar, zərgərlik məmulatları (qızıl kəmərlər, sırğalar, boyunbağılar, bilərziklər və s.) bədii metalişləmənin çox yüksək səviyyədə olduğunu göstərir. Ziviyə dəfinəsinə aid qızıl döşlük (pektoral) hakimiyyət rəmzi sayılırdı. Mannada memarlıq, daşyonma və bənnalıq sənətləri də yüksək səviyyəsi ilə seçilirdi. Toxuculuq və boyaqçılıq sənəti də inkişaf etmişdi.

Mənəvi mədəniyyət. Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. Həsənlidə tapılan qızıl camın üzərində mannalıların ibadət və qurbanvermə mərasimi belə təsvir olunmuşdur: Qatır və öküz qoşulmuş üç arabanı saçları kürəyinin ortasına çatan və saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar sürürdülər. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalıların ibadət etdikləri Tufan və ya Müharibə, GünəşAy allahları təsvir edilmişdir. Mannada Dirilik həyat ağacına sitayiş geniş yayılmışdı. Ziviyədə tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e. ə. IX əsrə aid edilən böyük qızıl qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı mövzusu təbiətin gəlimli-gedimli olmasına, insanların yaranışa, doğuluşa və axirət dünyasına inamını əks etdirir. Birinci sıra doğuluş mövzusundadır: keçi öz balasını əmizdirir. İkinci sırada bala artıq buynuz çıxarmışdır və Dirilik ağacının yarpaqlarını yeyir. Ücüncü sırada canavar sürüsü və uçan yırtıcı quş göstərilib, yəni yeni varlıq üçün ölüm təhlükəsi yaranmışdır. Dördüncü sırada isə keçinin cəmdəyini iki çalağan sökməkdədir.

Azərbaycan e. ə. VI - V əsrlərdə. E. ə. 590-cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi Midiyanın tərkibinə qatılmışdı. Azərbaycanın şimal torpaqları isə Midiyanın sərhədlərindən kənarda qalmışdı. Keçmiş Manna torpaqları e. ə. 550-ci ildə Midiya dövlətini sıradan çıxararaq onun yerində yaranmış Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını ələ keçirmək üçün e. ə. 530-cu ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. “Tarixin atası” adlandırılan Herodot massagetləri Araz çayının o tayında yaşayan çoxsaylı və olduqca cəsur xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı Azərbaycan torpaqlarını ələ keçirmək cəhdi boşa çıxmışdı. Cəsur qadın Tomrisin qoşunu ikinci döyüşdə əhəməniləri darmadağın etmiş və II Kir öldürülmüşdü.

I Daranın dövründə (e. ə. 522 - 486) əhəmənilərin Arazdan şimaldakı Azərbaycan torpaqlarına (Albaniya - Red.) tez - tez baş vermiş yürüşləri buradakı sakların ciddi müqaviməti ilə qarşılanmışdı. Buna baxmayaraq həmin torpaqlar ələ keçirilmiş və Əhəməni imperiyasının satraplıqlarından (canişinlik) birinə daxil edilmişdi. Nəticədə Arazdan şimalda yaşayan tayfalar əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb olunurdular. E. ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində kaspi-alban hərbi dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara rast gəlirik.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin