MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə12/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   8   9   10   11   12   13   14   15   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Antik Qafqaz Albaniyası

E. ə. IV əsrdə Azərbaycanın Araz sayından şimalda yerləşən torpaqlarında yaşayan və qədim türk soylarından biri olan Albanlar öz dövlətlərini qurmuşdular. Hələ e. ə. V əsrdə Herodot Araz çayından şimaldakı torpaqlarda kaspi adlı Alban tayfasının yaşaması haqqında məlumat vermişdir. Kaspilər fars - yunan müharibələrində piyada və atlı döyüşçülər kimi iştirak etmişdilər. E. ə. 331-ci il Qavqamela döyüşündə Əhəməni ordusunun tərkibində alban döyüşçülərindən ibarət bir hərbi dəstə Makedoniyalı İsgəndərə qarşı vuruşmuşdu.

Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə Alban hökmdarlığının mövcud olmasını antik Roma müəllifi Böyük Plini təsdiq edir. Plini İsgəndərin e. ə. 327-ci ilə düşən Hindistan yürüşü zamanı Alban çarının ona iki dəfə qeyri - adi böyüklükdə köpək bağışlaması haqqında məlumat vermişdir. Bu məlumat bir daha təsdiq edir ki, e. ə. IV əsrin II yarısında Azərbaycanın cənubunda Atropatena, şimalında isə Alban dövləti artıq mühüm siyasi amilə çevrilmişdi.

E. ə. IV - III əsrlərdə Albaniyanı idarə etmiş hökmdarların adları tarixdə qalmamışdır. Buna baxmayaraq e. ə. III əsrdə Makedoniyalı İsgəndərin pullarına oxşar yerli gümüş alban pullarının kəsilməsi, üzərində müxtəlif süjetlərin əks olunduğu üzük formalı möhürlərdən istifadə olunması dövlətin mövcudluğundan xəbər verirdi. Dövlət sənədlərini təsdiq etmək üçün hökmdarların daşıdıqları belə möhürlərdən bizim eranın III əsrinədək istifadə olunmuşdur. Qədim Alban_dövlətinin'>Alban dövlətinin paytaxtı Qəbələ şəhəri idi.



Ərazisi, əhalisi və təsərrüfat həyatı. Antik yunan müəllifi Strabona görə albanlar iberlərlə Kaspi dənizi (Xəzər) arasında yaşayırdılar. Dövlətin şərq sərhədini Kaspi dənizi, qərb sərhədini isə İberiya (İori çayınadək) təşkil etmişdir. İndiki Gürcüstanın şərqindəki Alazan vadisi Alban torpaqları idi. Alban dövlətinin şimal hüdudları Dərbənddən yuxarıdakı Samur dağ silsiləsindən başlayıb, Böyük Qafqaz dağlarının ətəkləri boyu İori çayının yuxarı axarınadək uzanırdı. Araz çayı isə Alban dövlətinin cənub sərhədi hesab olunur. Mənbələrdə Alban və Kür çayının Alban torpaqlarından axıb dənizə tökülməsi haqda geniş məlumatlar vardır. Strabona görə Araz çayı da Alban ölkəsindən axıb Kaspi dənizinə tökülürdü.

Alban əhalisi vahid dildə danışmırdı. Strabona görə bu ölkədə 26 dil var idi. Albaniyada yaşayan tayfalar içərisində kaspiləri, utiləri, qarqarları, qardımanlıları, leqləri, gelləri və başqalarını göstərmək olar. Kaspilər, utilər və başqaları e. ə. I minilliyin ortalarında daha böyük tayfanın adı ilə albanlar adlandırılmışdır. E. ə. IV əsrdə baş vermiş Qavqamela döyüşündə Azərbaycanın şimalındakı tayfa birliyi artıq «Alban» adını daşıyırdı. Antik çağda Kaspi dənizini həm də Alban dənizi adlandırmışdılar. Strabona görə əvvəllər burada hər qəbilənin bir padşahı var idisə, e. ə. I əsrin 60-cı illərində bütün alban qəbilələrinə bir padşah başçılıq edirdi. Albaniyada yaşayan tayfaların dili Türk, Qafqaz və s. dillər ailəsinə aid edilir. Təsadüfi deyil ki, ana qaynağımız olan «Kitabi Dədə Qorqud» da Alban soyunun başçısı Qazan xan verilmişdir.

Taxılın üyüdülməsində əl dəyirmanlarından, eramızın ilk əsrlərindən başlayaraq su dəyirmanlarından istifadə edirdilər. Taxılı iri saxsı küplərdə və xüsusi quyularda saxlayırdılar.

Albaniyada çoxlu minik və yük atları yetişdirilirdi. Minik atlarından süvari qoşun dəstələrində istifadə olunurdu. Strabona görə Pompeyin yürüşləri zamanı albanlar romalılara qarşı 60 min piyada22 min atlı qoşun çıxarmışdılar.

Albaniyada geniş yayılmış sənətkarlıq sahələrindən biri də metalişləmə idi. Ümumiyyətlə, Azərbaycan ən qədim metallurgiya mərkəzlərindən biridir. Dövlətin, şəhərlərin yaranması və ticarət əlaqələrinin genişlənməsi metalişləmə sənətinin inkişafına şərait yaratmışdı. Metalişləmə sahəsində dərin ixtisaslaşma getmişdi: Albaniyada dulusçuluq sənəti də geniş yayılmışdı. Dulusçular gildən inşaat materialları (kirəmit və kərpic) və gil qablar hazırlayaraq dulus kürələrində bişirirdilər. Qazıntılar zamanı Mingəçevirdə antik dövrə aid coxlu dulus kürəsi tapılmışdır.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin