MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Atropatenanın siyasi tarixinin başlıca məsələləri



Yüklə 418,25 Kb.
səhifə11/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   7   8   9   10   11   12   13   14   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Atropatenanın siyasi tarixinin başlıca məsələləri. Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətimizin siyasi, hərbi və iqtisadi qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat ölkəmizi Şərqdə ən böyük dövlətlərdən biri olan Selevklilərin hücumundan qoruya bilirdi. Atropatenanın malik olduğu çox güclü 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min nəfərini isə atlı (süvari) döyüşçülər təşkil edirdi. E. ə. III əsrin 20-ci illərində Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətimizin sərhədlərinin Xəzər dənizindən Rioni çayının yuxarı axarlarınadək çatması onu göstərir ki, Ermənistan (Arminiya - indiki Türkiyə ərazisində yerləşirdı - Red.) və İberiya da onun tərkibinə daxil idi.

Selevki hökmdarı III Antioxun (e. ə. 223 - 187) Şərq yürüşü zamanı selevkilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan sülh bağlayaraq onlardan asılılığı qəbul etməli oldu. E. ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub olan selevkilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu.

E. ə. III əsrdə yaranmış Parfiya dövləti Şərqdə geniş işğalçılıq planlarını həyata keçirməyə çalışan Roma ilə rəqabət aparırdı. Ön Asiyada ağalıq uğrunda bu iki dövlətin apardığı müharibələrdə Atropatena əvvəlcə onunla dini baxımdan qohum olan Parfiyanı müdafiə edirdi. E. ə. 53-cü ildə Parfiya - Atropatena müttəfiq qoşunlarının Romaya qarşı apardıqları Karr döyüşündə romalılar 20 min döyüşçü itirərək ağır məğlubiyyətə uğradılar. E. ə. 36-cı ildə Roma triumviri Mark Antoni Parfiyanı və onun müttəfiqi Atropatenanı sıradan çıxarmaq üçün böyük yürüşə başladı. Roma ordusu o dövr üçün çox müasir olan 300 mühasirə maşını və qalauçuran qurğu ilə silahlanmışdı. Antoni indiki Təxti - Süleymaniyyədə yerləşən Fraaspa şəhərini mühasirəyə alsa da, şəhərin müdafiəçiləri böyük qətiyyət göstərdilər, qala darvazalarını açıb romalılara ağır zərbələr vurdular. Geri çəkilməyə məcbur olan Antoninin itkisi çox böyük idi. Atropatena torpağında 35 min Roma döyüşçüsü məhv edildi. Atropatena hökmdarı I Artabazd (e. ə. 59 - 20) bu qələbəni təntənə ilə qeyd etdi. Artabazd Roma hökmdarı Oktavian Avqustun tapşırığı ilə e. ə. 20-ci ilədək eyni zamanda Ermənistanı (Arminiya - Red.) da idarə etmişdir. Bölgədə Romanın siyasi üstünlüyünü qoruyub saxlamağa çalışan II Ariobarzanın dövründə (e. ə. 20 - b. e. 2-ci ili) də Ermənistan ərazisi Atropatenanın tabeliyində olmuşdur. Eramızın 20-ci ilində Atropatena ərazisi Parfiya tərəfindən ələ keçirilmişdi. Nəticədə 350 ilə qədər mövcud olan Atropatena dövləti siyasi müstəqilliyini itirərək Parfiyanın tərkibinə qatılmışdı.

Mədəniyyət. Atropatena zəngin mədəniyyətə malik olmuşdur. Burada yüksək şəhərsalma mədəniyyətinin olduğunu arxeoloji qazıntılar nəticəsində tapılmış şəhər qalıqları da sübut edir. Şərqdə Ellin mədəniyyətinin yayılması nəticəsində Atropatenada da yunan yazısı və dilindən istifadə olunurdu. Kerifto adlı möhtəşəm memarlıq abidəsi üzərində yunan dilində yazı həkk olunmuşdur. Zaqros dağlarında tapılan və dəri üzərində yazılmış üç əlyazmada icarə müqavilələrindən bəhs olunur. Əlyazmalar yunan dilində olsa da, müqavilədə iştirakçı şəxslər yerli ad daşıyırdılar.

Atropatenadə əhali zərdüşt dininə sitayiş edirdi. Bu dinin yaradıcısı Zərdüşdün e. ə. VII əsrin ortalarında Azərbaycanda anadan olması və e. ə. 595-ci ildə özünü peyğəmbər elan etməsi haqqında tutarlı dəlillər vardır. Zərdüştlüyün müqəddəs kitabı «Avesta» dır. Zərdüştlüyün baş məbədi Atropatena ərazisindəki Qazakada yerləşirdi. Baş məbədin mehrablarında daima od yanır və heç vaxt onu sönməyə qoymurdular.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin