MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə10/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   6   7   8   9   10   11   12   13   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Atropatena dövləti

Atropatena dövlətinin yaranması. Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e. ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. ə. 331) antik müəlliflərin Kiçik Mada adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni - Red.) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. ə. 328-ci ildə o, Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi. Nəticədə Kiçik Mada adlandırılan gələcək Atropatena torpaqları Makedoniya işğalından xilas oldu. E. ə. 324-cü ildə İsgəndərə qarşı Baryaqsın başçılığı ilə baş vermiş üsyanı öz gücü ilə yatıran Atropat qızını İsgəndərin ən yaxın sərkərdəsi olan Perdikkiyə ərə verərək öz mövqeyini daha da möhkəmləndirdi. E. ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü ilə onun imperiyası sərkərdələri arasında bölüşdürüldü. Perdikki dövlət regenti təyin edilərək əslində İsgəndərin yerini tutdu. Görünür, onun səyləri nəticəsində İsgəndərin imperiyasının birinci bölüşdürülməsində Atropatın ölkəsinin adı çəkilməmişdir. E. ə. 321-ci ildə Perdikkinin ölümündən sonra imperiya yenidən bölüşdürülərkən Atropatena yenə yada düşmədi. Beləliklə, e. ə. 321-ci ildə Kiçik Mada, yəni Atropatena müstəqil dövlətə çevrildi. Strabona görə yeni dövlət onun qurucusu olan Atropatın adı ilə Atropatena adlandırılmışdır. Atropat «bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına yol vermədi, təntənə ilə çar elan olunan Atropat bu ölkəni müstəqil etdi». Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması şəraitində Şərqdə siyasi müstəqillik qazanmış ilk dövlət hesab olunur.

Əhalisi və təsərrüfatı. Atropatena dövlətinin ərazisi indiki Cənubi Azərbaycan torpaqlarını əhatə edirdi. Tarixi şəraitdən asılı olaraq dövlətin ərazisi müxtəlif vaxtlarda müəyyən dəyişiklikliyə uğramış, böyümüş və ya kiçilmişdir.

E. ə. III əsrin 20-ci illərində Atropatenanın ərazisi Roma müəllifi Polibinin yazdığına görə, hətta Xəzər dənizindən o vaxtkı İberiyadan keçən Rioni çayının yuxarı axarlarınadək olan torpaqları əhatə edirdi.

Atropatenanın əhalisi etnik baxımdan yekcins deyildi. Burada matienlər, saqartilər, kadusilər, gellər, utilər, maqlar, kaspilər və başqaları yaşayırdılar. Bu tayfaların dil mənsubiyyəti dəqiq müəyyən edilməmişdir. Çoxsaylı tayfa olan kadusilər Strabona görə 20 min yüngül silahlı piyada və 8 min atlıdan ibarət hərbi qüvvə çıxara bilirdilər. Maqlar isə Zərdüşt dini ayinlərinin əsas icraçısı olub, böyük nüfuza malik idilər. Saqartilərin adı mənbələrdə e. ə. VIII əsrdə, kaspilərin adı isə e. ə. V əsrdə çəkilmişdir. Atropatena əlverişli təbii - coğrafi mövqeyə və iqlim şəraitinə əsaslanan zəngin təsərrüfata malik olmuşdur. Strabon yazırdı ki, bu ölkənin bütün vilayətləri məhsuldardır. Atropatenada əhali çay vadilərindəki və Urmiya gölü ətrafındakı məhsuldar torpaqlarda əkinçilik və üzümçülüklə məşğul olurdu. Əkinçilikdə buğda və arpa növləri üstün yer tuturdu. Antik müəlliflərdən Strabon, Yevstafi və başqaları Atropatenada torpağın məhsuldarlığını qeyd edərək yazırdılar ki, burada bir üzüm tənəyindən 40 litrə yaxın çaxır hazırlanır, bir əncir ağacı isə 52 litrdən çox məhsul verir. Antik dövr müəlliflərinin əsərlərində Atropatenada heyvandarlığın, xüsusilə atçılığın geniş yayılması haqqında qiymətli məlumatlar var. Polibinin məlumatına görə Atropatenanın Kaspiana vilayətində maldarlıq, dəvəçilik və atçılıq geniş yayılmışdı. Başqa bir antik müəllif Ammian Marseliniyə görə Atropatenada dünya şöhrəti qazanmiş «Nisa» cinsli atlar bəslənirdi. Hərbi işdə və nəqliyyat vasitəsi kimi istifadə edilən atların yetişdirilməsində yonca əsas yem bazası idi. Plininin «Midiya otu» adlandırdığı yonca toxumu Avropanın digər ölkələrinə Atropatenadan aparılmışdır.

Ölkənin çayları və gölləri forel, kütüm, qızıl balıq növləri ilə dolu idi. Kaspilər ovladıqları balıqları xüsusi üsulla duzlayıb qurudur və dəvələrə yükləyib Ekbatanaya aparırdılar. Kaspilər balıq yağı hazırlayır, xüsusilə balığın içalatından çox möhkəm yapışqan düzəldirdilər.

Atropatena kənd təsərrüfatı məhsullarının bolluğuna ğörə qonşu ölkələrdən fərqlənirdi. Atropatena qədimdən yüksək inkişaf etmiş sənətkarlıq ölkəsi kimi məşhur olub, müxtəlif sənət sahələrinin inkişafı üçün çox zəngin faydalı qazıntılara malik idi. Burada dəmir, mis, qurğuşun, gümüş, qızıl və s. çıxarılırdı. Arxeoloji qazıntılar zamanı tapılmış bəzək əşyaları ölkə zərgərlərinin yüksək ustalığından xəbər verir. Ərdəbil yaxınlığında tapılmış boyalı, naxışlı və şirli qablar bu ölkədə dulusçuluq məktəbinin olduğunu ğöstərir. Əsas yeraltı sərvətlərdən biri də neft idi. Nefti çox vaxt «Midiya yağı» adlandırırdılar. Urmiya gölünün suyundan duz istehsal edilirdi.

Atropatenada şəhərlər sənətkarlıq və ticarət mərkəzləri idi. Atropatena sənətkarları yüksək keyfiyyətli metal və gil qablar, müxtəlif silah növləri, toxuculuq məmulatı, bəzək şeyləri, təsərrüfat və məişət əşyaları istehsal edirdilər. Ölkənin ərazisindən beynəlxalq ticarət yollarının keçməsi daxili və xarici ticarətin inkişafına, şəhərsalma işinə müsbət təsir göstərirdi. Ellin dövlətlərini birləşdirən mühüm ticarət yolları da Atropatena ərazisindən keçirdi. Baktriya (Orta Asiya), Hindistan və Çin malları Ekbatan şəhərinə, oradan ölkənin paytaxtı Qazakaya gətirilir, buradan isə Pont (Qara) dənizinə, Kiçik Asiya vasitəsilə Aralıq dənizi sahillərinə aparılırdı. Ekbatan - Qazaka beynəlxalq ticarət yolu Kaspi (Xəzər) dənizi sahili ilə Alban ölkəsinə, oradan isə şimala doğru uzanırdı. Strabon yazırdı ki, bu yolla dəvə karvanları Hindistan və Babilistan malları daşıyırdı.

Ticarətdə puldan geniş istifadə edilirdi. Atropatena ərazisində tapılmış ən qədim pullar Makedoniyalı İsgəndərin adından kəsilmişdir. Tədavüldə Parfiya pulları da işlədilirdi. Yerli hökmdarların adına kəsilmiş pullara isə rast gəlinməmişdir.

Qeyd etmək lazımdır ki, ellinizm dövründə Atropatena hökmdarları ölkənin iqtisadi və mədəni inkişafını təmin etmək üçün şəhərsalma işinə xüsusi diqqət yetirirdilər. Yazılı mənbələrdə Qazaka, Fraaspa, Fanaspa, Aqnazana kimi şəhərlərin adları çəkilmişdir. Dövlətin paytaxt şəhəri Qazaka idi və Atropatena hökmdarlarının sarayı da burada yerləşirdi. Sonralar ərəb müəlliflərinin Cənzə adlandırdıqları bu şəhər Urmiya gölünün cənub - şərqində, indiki Marağa yaxınlığında yerləşirdi.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin