MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


MÖVZU 5. AZƏRBAYCAN XALQININ YARANMASI



Yüklə 418,25 Kb.
səhifə20/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   16   17   18   19   20   21   22   23   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

MÖVZU 5. AZƏRBAYCAN XALQININ YARANMASI

Azərbaycan türkləri Avroasiyanın və Cənubi Qafqazın ən qədim sakinləridir

Türklər Cənubi Qafqazın ən qədim sakinləridir. Arxeologiya, antropologiya və digər elm sahələrində çalışan alimlərin araşdırmaları Azərbaycan türklərinin Cənubi Qafqazın ən qədim köklü əhalisi olmasını tamamilə sübut etmişdir. Azərbaycan türklərinin yayıldığı areala indiki Azərbaycan Respublikasının ərazisi ilə yanaşı, Cənubi Azərbaycan (indiki İran İslam Respublikasının tərkibindədir), İrəvan və Zəngəzur bölgələri (indiki Ermənistan Respublikası), Borçalı (indiki Gürcüstan Respublikasının tərkibindədir), Dərbənd (indiki Dağıstan - Rusiya) torpaqları da daxildir. Azərbaycan türkləri bir xalq kimi tarixən Dərbənddən Həmədana, Xəzər dənizindən Şərqi Anadoluyadək olan böyük bir ərazidə təşəkkül taparaq formalaşmışdır.

Arxeoloji qazıntılar nəticəsində Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan və 1947-ci ilədək Başkeçid adlandırılan Dmanisi rayonunda Xram çayının sahilindəki mağaradan yaşı 1 milyon 700 min olan iki kəllə qutusu tapılmışdır. Kəllələrin yanında sadə əmək alətləri aşkar edilmişdir. Müasir tipli insana aid edilən bu tapıntı Qafqazın ən qədim insan məskəni olduğunu sübut etmişdir. Antropoloqlar ağ irqə mənsub olan bu kəllələrin Dolixokran (uzunbaş) olduğunu göstərirlər. Azərbaycan Respublikası ərazisində Qobustandakı mezolit dövrünə (e. ə. XII - VIII minilliklər) aid Firuz düşərgəsində tapılmış kişi kəlləsi də quruluşuna görə Dolixokrandır. Qafqazın neolit (yeni daş) dövrünə aid olan Qobustandakı «Kənizə» mağarasından, indiki Ermənistan və Gürcüstan ərazisindən tapılan 4 kəllədən 3-ü Dolixokran - uzunbaşdır.

Qafqazın mis - daş (eneolit) dövründə (e. ə. VI - IV minilliklər) yaşayan əhaliyə aid olub, Kültəpədən tapılan insan kəlləsi uzunbaşlılığı və naziksifətliyi ilə Kaspi (Xəzər) tipinin qədim forması hesab edilir. Oxşar quruluşlu tapıntıya Cənubi Azərbaycanda (Siaelk mədəniyyəti) da rast gəlinir. Gürcüstanın Santavro qəbirstanlığından tapılan və mis-daş dövrünə aid olan 3 kəllədən 2-si naziksifətli və uzunbaşlı, 1-i isə enlisifətli və girdəbaşlıdır. Ermənistan Respublikası ərazisindəki (Göyçə gölünün cənub - qərbində) düşərgələrdə tapılmış 5 kəllə qutusunun heç birinin ermənilərlə qətiyyən bağlılığı yoxdur. Ümumiyyətlə, Ermənistan ərazisində tapılan çoxlu kəllənin ermənilərlə bağlı olmaması antropologiyada əsas dəlil sayılan baş göstəriciləri ilə də sübuta yetirilmişdir. Buradakı Cararat (Göyçə gölü ətrafında) düşərgəsindən tapılmış kəllənin hamısının baş göstəricisi 78,5 - dir. Bu ölçü müasir azərbaycanlılarda 78 olduğu halda, müasir ermənilərdə 85,7 - dir.

Cənubi və Şimali Qafqazda mis - daş dövründə ən geniş yayılmış antropoloji tip Kaspi (Xəzər) tipidir.

Azərbaycan, indiki Ermənistan və indiki Gürcüstan ərazisindən üzə çıxarılan paleoantropoloji tapıntılar Cənubi Qafqazda Kaspi tipinə (onu Oğuz da adlandırırlar) mənsub olan əhalinin üstünlük təşkil etdiyini sənədləşdirmişdir. Cənubi Qafqazın e.ə. II minilliyin sonu - I minilliyinə aid edilən kurqan qəbirlərində də çox maraqlı qanunauyğunluq müşahidə olunmuşdur. Üzərində kurqan ucaldılan şəxs baş quruluşuna görə dolixokran, onunla birlikdə gömülən qul - qaravaş isə braxikran, yəni qısabaşlıdır. Azərbaycanın Gəncəçay hövzəsində tapılmış 7 saylı kurqan qəbrində dəfn edilmiş əsas mərhum uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyi halda, 3 nəfər oturmuş vəziyyətdə dəfn edilənlər isə qısabaşlılığı ilə seçilirlər. Bu cür qanunauyğunluq 9 saylı kurqanın qəbrində və Qarabağ kurqanlarında da müşahidə olunmuşdur. Arxeoloqlar bu kurqanları e. ə. XV - XIII əsrlərə aid edirlər.

İstər Qafqazın cənubundan, istərsə də şimalından əldə edilən paleoantropoloji tapıntılar bölgənin ən qədim əhalisinin uzunbaşlı, naziksifətli, nazik - kəskin çıxıntılı burun sümüyü kimi morfoloji əlamətlərə malik olduğunu göstərir və bunlar indiki Azərbaycan türklərinin aid edildiyi Kaspi (Oğuz) tipinin əsas əlamətləri hesab edilir. Beləliklə, elmdə türklərin Qafqazın ilk sakinləri olması fikrinə şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Bu tarixi gerçəkliyi keçən yüz ilin əvvəllərində yaşamış gürcü tarixçisi İ.A.Cavaxaşvili təsdiq edərək yazırdı: «Antropologiya kəllə quruluşuna görə xalqları bir neçə qollara ayırır. Bu qollardan biri qısabaşlılar və ya braxikran, digərləri isə uzunbaşlılar və ya dolixokrandırlar. Qafqazın qədim qəbristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirilmişdir ki, öncə bizim ölkədə (indiki Gürcüstanda - Red.) uzunbaşlılar, yəni dolixokranlar yaşamışlar. Professor Virxov isə qeyd etmişdir ki, indiki ermənilərin və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur. Deməli, erməni və gürcülər Qafqazın ilk yerli sakinləri deyillər. Onlar bu ölkəyə gələndə burada başqa xalqın (yəni, türklərin - Red.) varisləri yaşayırdılar».

Alimlərin gəldiyi bu mühüm nəticə digər tarixi qaynaqlarda da sənədləşmişdir və Qafqaz bölgəsinin gerçək tarixi bunu şübhə yeri qoymadan təsdiqləyir. Tarixdə bəlli olan əsil həqiqət ondan ibarətdir ki, Şərqi Gürcüstan (Borçalı bölgəsi) qədimdən böyük bir türk yurdu kimi tanınırdı. Gürcü mənbələrində buntürklərin və ya türklərin Kartli ərazisində e.ə. VI əsrdən də qabaq yaşaması haqqında inkarolunmaz dəlillər vardır. VIII əsrin 30-cu illərində əhalisi türk olan və bütün Şərqi Gürcüstanı əhatə edən Tiflis müsəlman əmirliyinin yaranmasını təsadüfi saymaq olmaz. Gürcülərin həmin türk əmirliyini 1123-cü ildə digər bir türk tayfası olan qıpçaqların əli ilə sıradan çıxarmasını indi, hətta məktəblilər də əzbərdən bilirlər. Ermənilərin isə indi yaşayıb dövlət qurduqları qədim türk torpaqlarına gəlmə olduğunu sübut etmək üçün ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Tarixi oğuz - türk torpağı olub, indi Ermənistan adlandırılan İrəvana ermənilər Rusiya tərəfindən XIX əsrin 20-ci illərinin sonlarından Türkiyədən və Qacar dövlətinin ərazisindən (indiki İrandan) kütləvi şəkildə köçürülüb yerləşdirilmişlər. Gəlmə olan ermənilər, iki əsrə yaxın bir müddətdə İrəvan, Zəngəzur və digər tarixi torpaqlarımızda etnik təmizləmə və soyqırım apararaq bölgənin köklü türk - müsəlman əhalisini doğma yurdlarından tamamilə qovub çıxarmışlar. Rusiya imperiyası və Sovet dönəmində Azərbaycan türklərinin yayılma coğrafiyasının xeyli kiçilməsi xalqımızın sosial - iqtisadi və demoqrafik inkişafına çox böyük ziyan vurmuşdur.

Bütövlükdə türklərin, o cümlədən Azərbaycan türklərinin mənsub olduğu oğuz antropoloji tipinin irqi baxımdan Avropoid olması elmdə heç bir şübhə doğurmur. Antik müəlliflərin əsərlərində Yuxarı Dondan Volqa (İdil) çayının orta axarınadək olan ərazidə yaşayan budınların (budun - qədim türk dilində tayfa deməkdir) «mavi gözlü və sarı saçlı» olduğu göstərilmişdir. Herodot budın adlanan tayfanın Azərbaycanda da yaşadığını qeyd edir. Antik yunan mənbələrində albanların ucaboylu, sarı saçlı və ağ üzlü olduğu göstərilmişdir.

Azərbaycan türklərinin bir xalq kimi tarix səhnəsinə çıxması elmdə böyük maraq doğuran mövzulardan biridir.

Ön Asiyada tarixin ulu çağlarında yaşamış olan şumerlərin, iskitlərin və başqa toplumların öyrənilməsinin bu günkü durumu Azərbaycan tarixinə də dolayısıyla təsir göstərir. Şumer tarixinin etnomədəni və etnodil baxımından türklərin ulu keçmişi ilə səsləşməsi yaxın zamana kimi Avropa elmində açıq şəkildə göstərilirdi. E. ə. III minillikdə Şumer mixi yazılarında işlənmiş onlarca söz və ya onların törəmələri türk dillərində indiyə kimi yaşamaqdadır. Belə söz və anlayışların elmə bəlli olan toplu sayı 160-dan çoxdur. Şumer-türk dil «bənzəyişlərinin» öyrənilməsi keçmiş Sovetlər İttifaqında isə «türkçülük» və «pantürkizm» adlandırılaraq damğalanırdı.

Ancaq bütün yasaq və qadağanlara baxmayaraq iskit mədəniyyətinin bir sıra göstəriciləri yalnız türk xalqlarının dil və yaşayışında qorunub saxlanmışdır. E. ə. IV minillikdən başlayaraq çöl - düzənlik dəfn qaydasının sabit, ənənəvi etnokültür göstəricisi olan kurqan anlayışı Hind - Avropa, Hind - İran və Qafqaz dillərinin heç birində yoxdur. Bu anlayışın kökü yalnız türk dillərindədir, bu dillərdəki qur (tikmək, düzəltmək, torpaq tökməklə yaratmaq) və qan (ata, soy, nəsil) sözlərinin birləşməsindən yaranmışdır. E. ə. VII - III minillərdə Ön və Mərkəzi Asiyada onlarca yaşayış yerlərinin adlarında bir qayda olaraq təpə sözü var, bu söz isə, bütün dünya dilçilərinin bildirdiyi kimi, ümumtürk kökündəndir.

Bu göstəricilər həm də türklərin Ön Asiyada və Aralıq dənizi üzərində tarixin ulu çağlarından yerləşib oturduqlarını sübuta yetirir. Sonrakı Yunan- Roma qaynaqlarında da türklərin adı Aralıq və Qara dəniz bölgələrində yaşayan xalqlar ilə yanaşı çəkilməkdədir. Karyandlı Skulaks, eramızdan əvvəl 500-cü ildə əski oğuzlardan Afşar (yunanca yazıda: Apşaros Potamos) və Kayı (Kaıkos) boylarını qeydə almışdır.

Bu günkü elmdə qəbul olunmuş fikrə görə, xalqın yaranışının başlıca göstəricisi həmin xalqın dilidir. Belə isə Azərbaycan türkləri Anadolu türkləri, türkmənlər və qaqauzlar ilə birlikdə oğuz kökündən yaranıblar. Çünki onların hər birinin dili təbii ayrılıqlara baxmayaraq oğuz dilidir. Sovet tarixçilərinin yazılarında isə elmdə ümumi qanunauyğunluq kimi qəbul olunmuş bu meyar Azərbaycan türklərinə aid edilmirdi. Onlar türk xalqı deyil, olsa - olsa «türkdilli» xalq, yəni Qafqaz - İber köklü albanların və “İran köklü” Güney Azərbaycan əhalisinin son yeddi yüz il içərisində «türkləşmiş» törəməsi sayılırdı.

Yeni araşdırmalar bu xalqın XI - XIII yüzillərdən sonra deyil, qat-qat öncə yarandığını sübuta yetirmişdir.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin