MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Bulqarlar. Bulqar türklərinin Qafqazda yaşaması haqda ilk yazı IV yüzil süryani müəllifi Mar Apas Katinanın



Yüklə 418,25 Kb.
səhifə21/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   17   18   19   20   21   22   23   24   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Bulqarlar. Bulqar türklərinin Qafqazda yaşaması haqda ilk yazı IV yüzil süryani müəllifi Mar Apas Katinanın qələmindən çıxmışdır. Bu kitabdan Horenli Movsesin gətirdiyi bir neçə parça birbaşa bulqar türklərinin tarixinə toxunur. Bunlardan birində yazılır ki, «Saray sərhədləri yaxınlığındakı çəmənli torpaqları əski yazarlar Yuxarı Ormansız Basen adlandırırdılar. Həmin torpaqlar Vxndr Bulqar Vəndin adı ilə bağlı olaraq Vənənd adı almışdır». Mar Apasın kitabından qalmış olan bu parçaların elmi dəyəri böyükdür. Çünki burada E. ə. II əsrdə bulqar türklərinin iki çoxsaylı toplusu Transqafqazın qədim sakinləri kimi göstərilmiş, həmin türklərin «varlı», «çörəkli» yerlərdə «uzun illər boyu» yaşaması yazılmışdır. Deməli, bulqar türkləri burada e. ə. II yüzillikdən Mar Apasın yaşadığı IV yüzildə və Horenli Movsesin yaşadığı VII yüzilə kimi, yəni 500 - 700 ildən çox yaşamışlar. Bununla bağlı olaraq bu yerlər həmin yüzillər boyu Vxndr (Vexendir) Bulqar Vəndin özünün, qardaşlarının və soy xələflərinin vətəninə çevrilərək Vənənd və başqa türk adları daşımışdır. İlkin suryani qaynaqda adı çəkilən etnotoponimlər Transqafqaz xəritəsində, özü də məhz Araz vadisində: Azərbaycanın OrdubadZəngilan bölgələrində günümüzə kimi yaşamaqdadır. Burada VənəndVənədli kəndləri var. Doğu Anadoluda Bulqar dağı oronimi tarixçilərə çoxdan bəllidir. Bundan başqa, Azərbaycan xəritəsi üzrə bulqar türklərinin adı ilə bağlı çeşidli etnotoponimlər və onların qalıqları ilə üzləşirik. Mil - Qarabağ düzündə Qarvənd yuxarıda adı keçən Bulqar Vənd adındakı başlanğıc «bul» kökü bilmədiyimiz səbəbdən itirilmiş, qalan hissə isə günümüzə kimi yaşamışdır. Yağlavənd, Xocavənd, Papravənd kimi kənd adları buna canlı misaldır. Muğan bölgəsində Bolqarkənd, Bulqargöytəpə, Oğurkənd, Oğurbulaq kimi yer adları da qədim bulqarların bu yerlərdə geniş yayılıb yaşadığını göstərir. Bulqar boyundan olan xəzər türkləri də Azərbaycan oğuzlarına «yaxın olanlar» sırasında idilər. Çünki İstəxriİbn Havqəl kimi böyük ərəb tarixçiləri xəzər dili ilə bulqar dilinin eyni olduğunu yazmışlar.

Buntürklər. Böyük bulqar xalqının bir qolu da buntürklər sayılırdı. Onların adı Transqafqaz qaynaqlarında e. ə. I minillik hadisələri ilə bağlı çəkilir. X yüzil gürcü salnaməsi «Mokçevay Kartisay» («Kartlinin dinə gəlməsi») və XI yüzil salnaməçisi Leontii Mrovelinin «Kartlis sxovreba» («Kartli çarlarının həyatı») kitabında buntürklərin Kartlidə Makedoniyalı İsgəndərin yürüşlərindən, hətta Babil hökmdarı Novuxodonosor tərəfindən Yerusəlimin (Qüdsün) dağıdılmasından öncə yaşamaları yazılmışdır. İkinci hadisə E. ə. 586-cı ilə düşür. Salnaməçilər bu toplumu həm buntürk, həm də sadəcə türk adlandırırlar. Mroveli bir səhifədə «türklər Mtsxeta yaxınlığında özlərinə yer seçərək, oranı abadlaşdırdılar, möhkəm hasar içərisinə aldılar və bu yerə Sarkine deyilməyə başlandı» yazır, o biri səhifədə isə «Sarkinedə buntürklər yaşayır» söyləyir. Gürcü salnamələrində Makedoniyalı İsgəndərin yürüşü çağında (E. ə. 334 - 323) Gürcüstanda, Kür çayı vadisində buntürklərin oturaq yaşaması qədim türklərin Cənubi Qafqazın ən qədim sakinləri olmasından xəbər verir. Hətta gürcü tarixçilərindən obyektivliyi ilə seçilən S.E.Takayaşvili buntürkləri və ya türkləri «Kartlinin ən qədim sakinləri» hesab edir. Onun çap etdirdiyi salnamə əlyazmalarının birində buntürklərin 28 min evdən ibarət olması göstərilmişdir. Orta hesabla hər ailə beş nəfər götürülsə, burada yaşayan türk toplumunun azı 140 min nəfər olması faktından çıxış etsək, o dövr üçün bu çox böyük rəqəmdir. Gürcüstanın üç aparıcı etnotarixi anlayışından ikisi - İberi və Egeri türk mənşəli olmaqla Kartveli ilə eyni mənanı daşıyır. Bu üç anlayış əski türkcədə «möhkəmləndirilmiş yer», bəzən də «şəhərdə doğulan sakin» mənasında işlənir. Türklər qədimdən indiki Gürcüstan ərazisində yaşamasaydılar, bu yerlərin hətta indi də daşıdıqları adlar türkcə olmazdı.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin