MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Girdman knyazlığı. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti



Yüklə 418,25 Kb.
səhifə15/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   11   12   13   14   15   16   17   18   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Girdman knyazlığı. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti

VI əsrin sonu - VII əsrin əvvəllərində Albaniyada Mehrani nəsli möhkəmlənmişdi. Bu nəslin nümayəndələri Sasanilərlə qohum olub, Albaniyanın Girdman vilayətini idarə edirdilər. Mehranilər Albaniyada siyasi cəhətdən möhkəmlənmək üçün Arşaki nəslindən olan bütün iri əyanları məhv etmiş və onların torpaqlarını və əmlaklarını ələ keçirmişdilər. Mehranilər Sasanilərlə qohum olsalar da, yerdə qalan Alban əsilzadələri ilə yaxınlaşmış, xristianlığı qəbul etmiş və albanlaşmışdılar. 629 - 630-cu illərdə Xəzər xaqanlığında daxili çəkişmələrin güclənməsi ilə Xaqanın öldürülməsi Mehranilərin qəti hərəkətə keçməsinə imkan yaratdı. Albaniya Xəzər xaqanının siyasi asılılığından çıxaraq müstəqillik qazandı. Varaz Qriqor 630-cu ildə Albaniyanın knyaz taxtına oturdu. Varazın hakimiyyəti dövründə (630 - 642) Albaniya Sasanilərlə yaxınlıq etdiyindən o, oğlu Cavanşiri ərəblərə qarşı müharibədə Sasanilərə köməyə göndərmişdi. Cavanşir 7 il ərəblərə qarşı aparılan ağır döyüşlərdə bir sərkərdə kimi qəhrəmanlıqla vuruşduqdan sonra vətəninə dönmüş və 642-ci ildən böyük knyaz titulu ilə Albaniyanı idarə etməyə başlamışdı. Moisey Kalankatlı «Alban tarixi» əsərində Cavanşiri dövləti ədalətlə idarə edən, bütün gücünü öz ölkəsinin inkişafına və təhlükəsizliyinin təmin olunmasına yönəldən bir hökmdar kimi təsvir etmişdir. Cavanşirin ölkədə quruculuq, təsərrüfat və abadlıq işləri aparması, paytaxt şəhəri olan Bərdədə və digər yerlərdə gözəl saraylar və binalar tikdirməsi, alimləri, şairləri, elm və mədəniyyət xadimlərini himayə etməsi haqqında məlumatlara rast gəlinir. Onun hakimiyyəti dövründə Albaniyanın sərhədləri qərbdə İberiyaya, şimalda «Hun qapıları» adlandırılan Dərbəndə, cənubda isə Araz çayına gedib çatırdı.




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin