Mövzu. Azərbaycan Səfəvilər dövləti (XVI-XVII əsrlər) Plan



Yüklə 36,06 Kb.
səhifə1/6
tarix23.11.2022
ölçüsü36,06 Kb.
#70112
  1   2   3   4   5   6
8 AZƏRBAYCAN XVI YÜZILLIYIN SONU XVII YÜZILLIKDƏ (2)



Mövzu . Azərbaycan Səfəvilər dövləti (XVI-XVII əsrlər)
Plan:



  1. Vahid mərkəzləşmiş Azərbaycan Səfəvilər dövlətinn yaranması. Şah I İsmayıl.

  2. Səfəvi dövlətinin geniş ərazili imperiyaya çevrilməsi. Çaldıran döyüşü. Gürcüstanın tabe edilməsi.

  3. Şah I Təhmasibin birləşdirmə siyasətini davam etdirməsi. Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasının başa çatdırılması. XVI əsrin 30-50-ci illərində Səfəvi- Osmanlı müharibəsi. Amasya sülh müqaviləsi.

  4. Səfəvilər dövləti ( XVI əsrin sonları- XVII əsr)


Əsas ədəbiyyat:
1. Azərbaycan tarixi yeddi cilddə. III cild.Bakı 2007.
2.Azərbaycan tarixi. (M.Abdullayevin elmi redaktorluğu ilə) Bakı Universiteti nəşriyyatı 2014.
3.Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək (Y.Yusifov və Z.Bünyadov) Bakı 2007.
Əlavə ədəbiyyat:

  1. Azərbaycan tarixi.( İ.Məmmədovun redaktəsilə ). Bakı 2005, 2007.

  2. Azərbaycan tarixi ( S. Məmmədovun redaktəsilə). Ən qədimdən 2006-cı ilə qədər. Bakı 2007.

  3. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər (prof.S.S.Əliyarlının redaktəsilə) Bakı 1996, 2009.

  4. A. Olearinin səyahətnaməsi. Beşinci kitab. Bakı 1961.

  5. Evliya Çələbi. Səyahətnamə ( tərcümə:türk dilində. S. Onullahi) Bakı, 1997.

  6. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Şərq- Qərb. Bakı 2007

  7. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı, 1983

  8. Fərzəliyev Ş. Azərbaycan və Osmanlı imperiyası XV- XVI əsrlərdə, Bakı, 1995.

  9. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı 2001.

  10. Mahmudov Y. M. Azərbaycan diplomatiyası. Bakı , 1996.

  11. Məmmədov Ə. Şah İsmayıl Xətai. Bakı, 1991.

1 .Vahid mərkəzləşmiş Azərbaycan Səfəvilər dövlətinn yaranması. Şah I İsmayıl.
1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicandan Ərdəbiləyola düşdü. Onu Səfəvi sərkərdələri müşayiət edirdi. İsmayıl ilk növbədə Şirvanşahlar dövlətinə zərbə vurmaq istəyirdi, çünki Təbrizə hücum etməklə dərhal 3 düşmənlə-Ağqoyunlu ƏlvəndMirzə və Muradla, onları müdafiə edən Fərrux Yasarla toqquşmalı olardı. Bu halda qələbə şübhəli idi.
1500-cü ilin payızındaqızılbaş qoşunu Kürü keçib, Şirvan ərazisinə daxil oldu. Fərrux Yasar Şirvanı müdafiə etməkdə acizlik göstərərək Qəbələyə qaçdı. 1500-cü ilin sonunda, Gülüstan qalasından bir qədər aralı, Cabanıadlı yerdə döyüşdə Şirvanşahlar məğlub oldu, Fərrux Yasar
öldürüldü. Döyüşdən sağ çıxan oğlu İbrahim Şeyx Şah isə Gilana qaçdı.
Şirvanşahlar xəzinəsi və möhtəşəm Şirvanşahlar sarayı Bakıda yerləşirdi. Qala (İçərişəhər) 4 tərəfdən xarici aləmlə bağlı idi. 3-ü dənizə, 1-i isə quruya çıxırdı. Qalanı dərin xəndəklər müdafiə edirdi. 1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələkeçirmək üçün sərkərdələri Məhəmməd bəy Ustaclı və İlyas bəyXunuslunu ora göndərdi. Onlar qalanın təslim olmasını tələb etdilər. Fərrux Yasarın oğlu Qazı bəy Şirvanın dağlıq yerlərindəmüqavimət göstərdiyi üçün qalanı onun arvadı müdafiə edirdi. O,verilən təklifi rədd etdi, hətta, gələn elçiləri və şəhəri təslim etməyi
məsləhət görən Bakı darğası Əbdül Fəttahı edam etdirdi. Müqaviməti görən İsmayıl 1501-ci ilin yazında ən yaxşı sərkərdəsi Hadim bəyi Bakıya göndərdi. Sonda özü gəldi və onun əmri iləqızılbaşlar qala divarları altından lağım atıb bürclərdən birini uçurduqdan sonra şəhərə daxil oldular. İsmayıl buradan Gülüstanqalasına doğru irəlilədi. Qala güclü müdafiə olunurdu. İsmayıl
qoşunu geri çəkdi. O, Ağqoyunlu Əlvəndin Təbrizdən güclü qüvvəilə yürüşə başlaması xəbərini almışdı.
İsmayıl və əyanlar Təbriztaxtını Ağqoyunlulardan geri alıb Azərbaycanda öz hakimiyyətini qurmağı başlıca vəzifə hesab edirdilər. 1501-ci ilin ortalarındaŞərur düzündə həlledici döyüş oldu. Əlvənd sayca üstün olan qoşununun qaçmaması üçün dəvələri bir-birinə zəncirləyərək bir
dairə yaradıb qızılbaşları ora salıb əzmək istəyirdi, lakin bu tədbir özünə qarşı çevrildi. Əlvənd Ərzincana qaçmaqla xilas oldu.
Bundan sonra 1501-ci ilin payızında İsmayıl təntənə ilə Təbrizədaxil oldu və özünü şah elan etdi (1501-1524), adına xütbəoxutdurdu, sikkə zərb etdirdi və Azərbaycan taxt-tacına yiyələndi.Beləliklə, paytaxtı Təbriz olmaqla Azərbaycan Səfəvi dövlətinin əsası qoyuldu. Əhalinin etnik çoxluğunu Azərbaycan türkləri təşkiledirdi. Azərbaycan etnik ünsürü dövlətin siyasi həyatında rəhbər roloynayırdı. Ordu əsasən Azərbaycan tayfalarından təşkil olunurdu.Şahın sarayında, qoşun içərisində və qismən diplomatik yazışmadaAzərbaycan dili işlədilirdi.Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayılın rolu müstəsnadır.
1503-cü ilin yazında Şah İsmayıl öz müridi Qənbər ağanı Muradın yanına göndəribSəfəvilərlə Ağqoyunluların qohum olduğunu xatırlatdı və tabeolmasını tələb etdi və ona Əcəm İraqını vəd etdi. Lakin rədd cavabıaldı. İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq Qızılüzənçayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı.1503-cü il iyunun 21-də baş vermiş döyüşdə 70 minlik qoşunu olanAğqoyunlular məğlub oldular. Şiraza qaçan Muradı Şah İsmayıl
təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Ağqoyunlu dövlətinin 2-ci qoluna son qoyuldu. İsmayıl İran və Əcəm İraqının xeyli hissəsinə yiyələndi. Həmin ildə Şah İsmayıl Qumu, Kaşanı və İsfahanı tutdu, 1504-cü ildə Yəzdə və
Kirmana yiyələndi, 1508-1510-cu illərdə Şah İsmayıl, Xorasan istisna olmaqla, bütün İranı və Ərəb İraqını tabe edərək özhakimiyyəti altında birləşdirdi. Səfəvi dövləti şərqdəŞeybanilər dövləti, qərbdə isə Osmanlı imperatorluğu iləhəmsərhəd oldu.
1507-1508-ci illərdə Şeybani xan Xorasanıtutmuş və İsmayıla göndərdiyi məktubda tabe olmasını, hakimiyyətdən əl çəkməsini tələb etdi. Şah İsmayıl Xorasana doğruhərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi və Mərv qalasınımöhkəmləndirib müdafiəyə hazırlaşdı. Şah İsmayıl 1 həftə uğursuzhəmlədən sonra hiylə işlətdi-Şeybani xanın qoşununu qaladan çıxarıb
döyüşü səhrada keçirmək üçün ağıllı tatika etdi. Hiyləni başa düşən özbək sərkərdələri Şeybani xanın Mərvdən çıxmasını məsləhət görmədilər, lakin Şeybani xan məsləhətə qulaq asmayaraq,
qızılbaşları təqib edərək çayı keçdi və İsmayılın əsas qüvvələri iləüz-üzə gəldi. 1510-cu il dekabrın 1-də baş vermiş bu döyüşdə 10 min nəfər özbək qoşunu qırıldı. Şeybani xan özü də öldürüldü. Amudəryadan Fərat çayına qədər geniş ərazi İsmayılın hakimiyyəti
altına keçdi.

Yüklə 36,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin