8 AZƏRBAYCAN XVI YÜZILLIYIN SONU XVII YÜZILLIKDƏ (2)
Səfəvi- Osmanlı müharibəsinin III mərhələsi. Avropa ölkələri ilə münasibətlər. İran körfəzi uğrunda savaş. 1603-cü il sentyabrın 14-də I Şah Abas Azərbaycana yürüşəbaşladı. 1603-cü il oktyabrın 21-də Təbriz tutuldu. Səfəvi ordusu Azərbaycanın şimalına irəlilədi. Ordubad əhalisi üsyan qaldırmışdı.Ordubadlı Hacı Qəssab şahın göstərişi ilə, əhalinin köməyi iləOrdubad qalasını tutdu. Culfa və Naxçıvan tutulduqdan sonra 1603-cü ilin noyabrında İrəvan qalası mühasirəyə alındı və 1604-cü ilin avqustunda tutuldu. İrəvanın idarə edilməsi Əmirgünə xan Qacara, Naxçıvan isə Maqsud Sultan Kəngərliyə tapşırıldı. I Şah Abbas Osmanlı qoşununa qarşı ənənəvi “yandırılmış torpaq”taktikasını tətbiq etdi: Arazın sol sahili dağıdıldı, əhali köçürüldü, daşınması mümkün olmayan hər şey məhv edildi. Bununla da Cənubi Qafqazda yaşayan əhalinin köçürülməsinə başlandı. Əhali zorla İsfahana, Mazandarana və b. vilayətlərə köçürüldü. Bu köçürmə“böyük sürgün” adını aldı. Şahın əmri iləyaşayış məntəqələri dağıdıldı.
Culfa tranzit ticarət yolundan Avropaya gedən karvan yolu Osmanlı imperatorluğundan keçirdi. Ona görə də I Şah Abbas Avropa-Asiya ipək ticarəti yolunu cənuba,İran körfəzi limanlarına köçürmək və qızılbaş ipəyini Afrikaətrafından dənizlə Avropaya daşımağı qərara aldı. Məhz İran,ingilis tacirlərinin mənafeyi üçün Culfanın əhalsini İsfahana, Naxçıvan əhalisi isə Dizağa (Qarabağa) köçürüldü. Naxçıvan vəİrəvan talan edildiyindən, Osmanlı qoşunu qışlamaq üçün Vana qayıtmağa məcbur oldu.
1605-ci ilin yazında Şirvanın xeyli hissəsini Səfəvi və gürcü birləşmiş qüvvələri tutdu. I Şah Abbas Vanda olan türk qüvvələrini dəf etmək üçün Təbrizdə yeni qala tikdirdi. 1605-ciildə Allahverdi xanın başçılığı ilə Vana 30 minlik qoşun göndərdi. Osmanlılar darmadağın edildilər. I Şah Abbas yeni hücumlarını dəf etmək üçün onların yolu üzərindəki bütün yaşayış məntəqələrinin dağıdılmasını, sakinlərinin uzağa köçürülməsini, ərzağın, alafın, yanacağın yandırılmasını əmr etdi. Osmanlı paşası Ciqaloğlu II dəfəAzərbaycana daxil oldu. 1605-ci ilin noyabrındakı döyüşdə sayca üstün olan Osmanlılar məğlub oldular.
I Şah Abbas 1605-1606-cıilin sərt qışında Gəncəni 4 ay mühasirədə saxladıqdan sonra 1606-
cı ilin iyununda Gəncə tutuldu. Müharibələr nəticəsində əkib-becərmək mümkün deyildi və I Şah Abbas qoşunu ərzaqla təmin etmək üçün Qarabağa başqa yerlərdən 20 min xalvar (7 min ton)
taxıl gətirilməsi barədə fərman verdi. I Şah Abbas sülh yolu iləŞamaxını təhvil verməyi təklif etdi, lakin rədd edildi.
1607-ci iliniyununda Şirvan azad edildi, Zülfüqar xan Şirvana, Çıraq Sultan Ustaclı isə Dərbənd və Şabrana hakim təyin edildi. Səfəvi-Osmanlı müharibələrinin nəticələri. 1607-ci ilinyanvarında Bakıda üsyan baş verdi. Şah bu münasibətlə osmanlılardan ələ keçirdiyi qənimətləri üsyançılara verdi. 1607-ci il martınəvvəllərində Dərbənd qalası əhali tərəfindən tutuldu və Şah onları bütün vergilərdən azad etdi.
Beləliklə, 1603-1612-ci illərinSəfəvi-Osmanlı müharibələrinin I mərhələsi Səfəvilərin tamqələbəsi ilə başa çatdı. Bütün Azərbaycan, Şərqi Gürcüstan,qismən də Dağıstan yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı.
1612-ci il oktyabrın 17-də Sərab şəhərində Osmanlı dövləti iləmüqavilə bağlandı-1555-ci ilin sülhü bərpa edildi. Lakin osmanlılar bir sıra şərtlər irəli sürdülər-Səfəvilər rusların tikdiyi Terek
(Tərki) qalasının dağıdılması barədə sultanın əmrinə mane olmamalı idilər. Bu Səfəvi və Rusiya ittifaqına mane olmaq üçünirəli sürülürdü. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüstanın,
habelə Şərqi Anadolunun Səfəvi dövlətinə mənsub olmasını rəsmən tanıdı.
Tezliklə 1612-ci il sülhü pozuldu. Şah Abbas1613-cü ilin oktyabrında Azərbaycanın şimal vilayətlərinə vəGürcüstana yürüşə başladı. Sultan I Əhməd 1612-ci il müqaviləsinipozaraq 1616-cı ilin yazında yenidən Səfəvilərlə müharibəyəbaşladı. Osmanlı ordusu Təbrizə hücum etdi, İrəvanımühasirəyə aldı, lakin sərt qış, xəstəlik və ərzaq qıtlığı onları geriçəkilməyə məcbur etdi. 1618-ci ilin yazında osmanlılar DiyarbəkirdənAzərbaycana, osmanlılarla birlikdə Krım xanı CanıbəyGəray xanın başçılığı altında Krım türklərinin 15 minlik qoşunu dahərəkət etdi. Sərab vilayətində, Sınıq körpü adlı yerdə döyüş başverdi. Osmanlılar ağır zərbə aldılar. Onlar sülh danışığına başladılar.1618-ci ilin sentyabrında Mərənddə I Şah Abbasla OsmanlıXəlil paşa arasında sülh müqaviləsi imzalandı. Mərənd sülhütezliklə Səfəvilər tərəfindən pozuldu. Şah Abbas 1622-1623-cü illərdə Bağdadla birlikdə İraqı ələ keçirdi.