8 AZƏRBAYCAN XVI YÜZILLIYIN SONU XVII YÜZILLIKDƏ (2)
2.Səfəvi dövlətinin geniş ərazili imperiyaya çevrilməsi. Çaldıran döyüşü. Gürcüstanın tabe edilməsi. Osmanlı sultanı II Bayazid (1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa cəsarət
etmədi, 1504-cü ildə Səfəvi dövlətini tanımalı oldu. 1512-ci ildə I İsmayılın qoşunu Kiçik Asiyada Qarahisar və Malatya şəhərlərinəyiyələndi. Sərkərdə Məhəmməd xan Ustaclı Diyarbəkir şəhərinitutdu və buradan Şah İsmayılın göstərişi ilə I Sultan Səlimətəhqiramiz məktub yazdı. I Sultan Səlim hərbi əməliyyata başlamazdanəvvəl bir sıra tədbirlər gördü-Böyük Moskva knyazlığı, Macarıstan, Venesiya, Moldaviya və Valaxiya ilə sülh müqavilələribağladı. Qərbdə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırıldı.Səfəvilərin uğurlarından xəbərdar olan Avropa diplomatiyasıŞah İsmayılla hələ hakimiyyət başına keçməzdən əvvəl əlaqəyaratmışdı. Roma papası Almaniya, Fransa, İspaniya, Portuqaliya,Skandinaviya dövlətlərinin başçılarına məktublar yazaraq, Şahİsmayılın hərbi uğurlarını “Allahın xristian dünyası üçün yaratdığı
bir fürsət” (Osmanlı imperatorluğuna qarşı) kimi qiymətləndirmişvə bundan dərhal istifadə etməyə çağırmışdı. Avropa diplomatlarıSəfəvi-Osmanlı münasibətlərini daim müharibə həddindəsaxlamaq üçün bu silahdan istifadə etməyi məsləhət görürdülər.Əlaqələr qarşılıqlı idi. 1507-1508-ci illərdə Roma papası vəVenesiya ilə əlaqə yaradıldı. 1510-cu ildə Səfəvi diplomatı Əli bəyİtaliyaya getdi.
Aralıq dənizi vasitəsilə qərbdən silah gətirtdirəcəyinəəmin olmayan şah Portuqaliya ilə əlaqəyə girib İran körfəzivə Hind okeanı vasitəsilə qərbdən silah və artilleriyamütəxəssisləri gətirməyə çalışdı. Məqsədinə yetmək üçün Portuqaliyanınİran körfəzində möhkəmlənməsinə mane olmadı. Bundanistifadə edən Portuqaliya donanması Hörmüzü ələ keçirib Səfəvilərin
Hind okeanına çıxış yolunu bağladı (gənc şahın bu səhvinidüzəltmək üçün onun varisləri 100 ildən çox vaxt sərf etməlioldular).
I Sultan Səlim 1514-cü ilin yazında Ədirnədə fövqəladədivan çağırdı və məclisdə qızılbaşlarla müharibə bütün müsəlmanlarınmüqəddəs vəzifəsi elan olundu. I Sultan Səlim 100 minnəfərlik avropasayağı təşkil olunmuş qoşuna baxış keçirdi. Onuntopxanası da var idi. Qızılbaşların isə 40 min nəfər döyüşçüsü vardı.I Sultan Səlim Çaysu çayını keçib Ərzincana daxil oldu. İsmayılıngöstərişi ilə qızılbaşlar Azərbaycana geri çəkildilər. I Sultan SəlimŞah İsmayıla məktub göndərib döyüşə girmək niyyətində olduğunubildirdi. Şah İsmayıl onu sultan və padşah kimi tanımadığını bildirdi.Sultan başa düşdü ki, I Şah İsmayılın geri çəkilməsi düşünülmüştaktikadır. İsmayıl qışa qədər döyüşü yubatmaq, qışda sultanqoşununun xeyli hissəsini aclıqdan ölümə düçar etmək fikrində idi.Sultan Səlim Şah İsmayılın döyüşə girmək fikrini biləndən sonar Maku yaxınlığındakı Çaldıran düzünə doğru hərəkət etdi.Hücuma gecə keçməyi təklif edəndə Şah İsmayıl “Mən karvanbasanquldur deyiləm, qoy Allah bilən kimi olsun” - dedi.1514-cü il avqustun 23-də Çaldıran düzündə qanlı döyüş oldu. Üz-üzə gələn ordu ən ifrat din düşmənçiliyi ruhunda tərbiyə
edilib bir-birinə qarşı qoyulan və şəhid olmağa hazır olan silahlıfanatiklər idilər. Çaldıran döyüşü tarixin ən qanlı qardaş qırğını idi,türk dünyasının ümumi faciəsi, Qərb diplomatiyasının isə qələbəsioldu. Səfəvilər 3 min itki verdilər, yaralanmış Şah İsmayıl ordununsalamat qalan hissəsi ilə mühasirə həlqəsini yarıb-Təbrizə döğruçəkildi. I Sultan Səlim onu təqib etdi və sentyabrın 6-da Təbrizitutdu, lakin Şah İsmayılın hiyləsindən ehtiyat edərək geri çəkildi.Çaldıran döyüşü nəticəsində Osmanlı dövləti Ərzurum şəhəri iləbirlikdə Şərqi Anadoluya və Şimali İraqa yiyələndi. Bağdad daxilolmaqla Ərəb İraqı Səfəvilərdə qaldı. 1514-1515-ci illərin qışınıOsmanlılar Ərzincanı işğal etdilər. Diyabəkir Səlimə təslim oldu.Şah İsmayıl şəhəri geri almaq üçün Qara xanı göndərdi. Mühasirəbir ildən artıq davam etdi. 1516-cı ilin əvvəllərində Mardinincənubunda Qoçhisarda həlledici döyüş Osmanlıların qələbəsi iləqurtardı. Şimalda Xarput və Bitlisdən Rakkiyə qədər, cənubdaisə Mosul Osmanlıların əlinə keçdi. Təbriz alındıqdan sonra
Osmanlılar burada 6 gün qala bildilər. Geri çəkilərkən bir neçə minsənətkar ailəsi İstanbula köçürüldü. I Sultan Səlim Azərbaycanı zəbtetmək cəhdi baş tutmadı.
1515- ci ildə Osmanlılara qarşı birgə mübarizə üçün I Şah İsmayıl İoannitlər ordeninin başçısına müraciət etdi. Macar kralına və Alman imperatoruna məktublar yazdı. Lakin məktublar ünvanına vaxtında çatmadığı üçün öz əhəmiyyətini itirmişdi. Beləliklə, Osmanlılara qarşı Avropa dövlətləri ilə Səfəvilər dövlətinin ittifaqı baş tutmadı.
Çaldıran döyüşündən sonra I Şah İsmayıl Osmanlı dövləti ilə müqavilə imzaladı və fəal xarici siyasət yeridə bilmədi, əsasən dövlətin daxili işləri ilə məşğul oldu.
İsmayıl Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün tədbirlər gördü. 1517- ci ildə Şərqi Gürcüstanı Səfəvilər dövlətinə birləşdirdi. 1522- ci ildə Kaxetiya çarı David səfəvilərə 300 yük ipək xərac verməkdən imtina etdiyi üçüün Səfəvi qoşunları ora soxuldu və gürcü qoşunlarını darmadağın etdi. Qızılbaşlar Tiflisi tutub dağıtdı və çoxlu əsir apardı.
3. Şah I Təhmasibin birləşdirmə siyasətini davam etdirməsi. Mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradılmasının başa çatdırılması. XVI əsrin 30-50-ci illərində Səfəvi-Osmanlı müharibəsi. Amasya sülh müqaviləsi. Şah İsmayılın ölümündən sonra oğlu ITəhmasib taxta çıxdı (1524-1576). Qızılbaş əmirləri mərkəzihakimiyyətə itaətdən boyun qaçırırdılar. Osmanlılar bu vəziyyətdənistifadə etdilər. I Sultan Süleyman Qanuninin (1520-1266) hakimiyyətidövründə Azərbaycana dörd yürüş edildi. 1534-cü ilinyayında I Sultan Süleyman 100 min nəfərlik qoşunla Azərbaycanayürüş etdi. Təbriz işğal olundu. Sərt qış, ərzaq çatışmamazlığıosmanlıları ölkəni tərk etməyə vadar etdi. I Süleyman 1535-ci ilin yazında Osmanlılar Təbrizə daxil oldular. Şah 2 dəfə danışıq üçüncəhd etdi. Lakin rədd edildi. Aclıq və səfalət osmanlıları geriçəkilməyə məcbur etdi.
Şirvanşah II Xəlilullahın dövründə (1524-1535) Şirvan hələ də Səfəvilərdən asılı idi. 1535-ci ildə II Xəlilullahın ölümündən sonra Şirvan əyanları onun yaxın qohumuŞeyxşahın oğlu Şahruxu taxta çıxardılar (1535-1538). Şahruxun gəncliyindən istifadə edən əyanlar Hüseyn bəy başda olmaqla hakimiyyəti əllərində cəmləşdirdilər. 1537-ci ilin sonlarında özünü Şivanşahın qardaşı Məhəmməd Amin kimi tanıdan Kələntərinbaşçılığı ilə üsyan qalxdı. Üsyançılar Salyan və Şamaxını ələkeçirdilər. Şahrux saray əyanları ilə birlikdə Buğurd qalasına qaçdı. Lakin Salyan yaxınlığında Şirvan qoşunu üsyançıları darmadağın etdi. I Təhmasib 1538-ci ilin yayında başda qardaşı Əlqas Mirzəolmaqla 20 minlik qoşun, habelə Qarabağ və Muğandan yığılmış
dəstələri Şirvana göndərdi. 4 aylıq mühasirədən sonra Buğurd qalası tabe edildi. Şahrux Təbrizdə gizli edam edildi. I TəhmasibŞirvanı idarə etmək üçün Əlqas Mirzəni ilk bəylərbəyi təyin etdi.Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvi dövlətinin tərkibinəqatıldı. Əlqas Mirzə özünü müstəqil hakim elan etməyi qərara aldıvə 1547-ci ili əvvəlləridə Səfəvi hakimiyyətinə qarşı qiyam qaldırdı. Krım xanı Sahib Gərayın köməyinə baxmayaraq, ƏlqasMirzə məğlub olub İstanbula qaçdı. Şirvan 2-ci dəfə I Təhmasibinyürüşünə məruz qaldı. Onun oğlu İsmayıl Mirzə (II Şah İsmayıl, 1546-1577) Şirvana bəylərbəyi təyin edildi. O, 1547-1554-cü illərdə Şirvanda 3 feodal qiyamını qətiyyətlə yatırtdı.
1548-ci ildəI Sultan Süleyman 3-cü dəfə Azərbaycana yürüş etdi və Təbrizi tutdu. Şirvanda Bürhan Mirzə qiyam qaldırmışdı. Sonralar I Təhmasiböz paytaxtını Qəzvin şəhərinə köçürdü. Sultan qoşunlarınınhərəkətini Azərbaycanda çətinləşdirmək üçün I Təhmasibin əmri ilə
Təbrizə qədər bütün yerlər xarabazarlığa çevrilmişdi. Ələ keçəcək 1 çəngə ot belə qalmamışdı. Əhali kəhrizləri doldurur, ərzağı gizlədirdi. Osmanlılar böyük tələfatdan sonra Vana çəkildilər. ƏlqasMirzənin qoşunu Həmədan tərəfdə darmadağın edildi, özü isəömürlük Qəhqəhə qalasındakı zindana salındı və 1549-cu ildəöldürüldü. Abdulla xan Ustaclı Şirvan bəylərbəyisi təyin edildi və1549-cu ildə Əlişaban adlı yerdə baş vermiş döyüşdə qiyamçılar məğlubiyyətə uğradılar. Müstəqil Azərbaycan dövləti-Şəki hakimiyyətinin tənəzzülü Səfəvi dövrünə təsadüf edir. Şah I Təhmasib 1538-ci ildə Şirvana yürüş edəndə Şəki hakimi Dərviş Məhəmməd xan qoşunla Buğurd qalasında sığınan Şahruxa köməyə gəldi. 1551-ci ildə Təhmasib Şəkinin müstəqilliyinə son qoymağı qərara aldı. Azərbaycan ərazilərinin birləşdirilməsini başa çatdırdıqdan sonar 1552-ci ilin yayında I Təhmasib Osmanlılara qarşı 4 istiqamətdəyürüşə başladı. Hilat qalası, Van ərazisi, Bitlis, Vostan, Ərçisyerlə yeksan edildi.
1554-cü ilin yazında I Sultan Süleyman 4-cüdəfə Azərbaycana hücum etdi. Ərzaq qıtlığından Sultan Naxçıvanı tərk edib Ərzuruma çəkildi. Onları təqib edən qızılbaşlar Osmanlı ərazisinə daxil oldular. I Süleyman Osmanlıların tərəfinə keçmiş Qasım Mirzəyə kömək üçün Krım türklərindən ibarət süvari dəstəgöndərdi. Osmanlılar Şirvana yenidən hücum etdilər və məğlub
oldular. Şirvan bəylərbəyi Abdulla xan Qasım Mirzənin tərəfdarlarını əzdi. Qasım MirzəDağıstana qaçdı. Sultan Süleyman Səfəvilərlədanışıqlara başlamağı lazım bildi.
1555-ci il mayın 29-daAmasyada Səfəvi-Osmanlı müharibələrinin 1-ci mərhələsinibaşa çatdıran sülh müqaviləsi imzalandı-Qərbi GürcüstanOsmanlıların, Gürcüstanın şərq vilayətləri Səfəvilərin ixtiyarınakeçdi. Lakin XVI əsrin 70-ci illərindən etibarən Osmanlı işğalının yeni dövrü başlandı.