8 AZƏRBAYCAN XVI YÜZILLIYIN SONU XVII YÜZILLIKDƏ (2)
Şah Abbasın islahatları. 1587-ci ildə Mürşüdqulu xan,xüsusilə ustaclı və şamlı tayfalarından qızılbaşların Xorasan qrupu Qəzvində 16 yaşlı Abbası şah elan etdilər. Bu vaxta qədərQarabağ, Ərdəbil, Lənkəran istisna olmaqla, Azərbaycanın bütünvilayətləri Osmanlılar tərəfindən tutulmuşdu. XVI əsrdə feudalzümrəsinin daxilində 2 qrup-əsasən, Azərbaycan (türk) və fars(İran) etnik ünsürləri təmsil edən qruplar bir-biri ilə mübarizəaparırdılar. Ümumən, fars etnik ünsürləri 2-ci dərəcəli yer tuturdu.Kəndlilərdən sənətkarlardın toplanan ağır vergi narazılığı artırır vədövlətin bünövrəsini laxladırdı.
Şah Abbas hakimiyyətə gələndənsonra hərbi-inzibati islahat keçirdi. Qızılbaşların təkbaşına silahgəzdirmək hüquqları ləğv edildi. Başqa tayfalara da qoşuna daxilolmaq hüququ verildi. Şah tərəfindən qoşun tayfa müxtəlifliyi prinsipi əsasında təşkil edildi. Müxtəlif dərəcəli qoşun növləri yaradı:
1. Qızılbaşlar-süvarilərdir, sayı 200 min nəfər, yalnız 60 min nəfəri döyüşə gedirdi.
2. Qulamlar-xüsusi qvardiyadır-gürcü, çərkəz, osetin və b. xristian ailələrinin uşaqları, zorla islamlaşdırılıb sarayda xüsusi rejimlə tərbiyə olunurdular. Onlardan görkəmli sərkərdələr çıxırdı.
3. Tüfəngçilər-yoxsul təbəqədən seçilir, sayı 12 min nəfərəçatırdı.
4. Artilleriya-topçular. I Şah Abbasın 500 səhra topu vardı.
1598-ci ildə paytaxtın Qəzvindən İsfahana köçürülməsi nəticəsində Qarabağadan, Qəzvindən Azərbaycan türkləri köçüb gəldi. Burada onlar üçün və Şah Abbasın şərəfinə “Abbasabad” adlı xüsusui məhəllə salındı. Qızılbaşlar Səfəvi imperatorluğunun idarə olunmasında xüsusi yer tuturdular. Azərbaycan dili orduda vəşah sarayında üstünlük təşkil edirdi. Səfəvi şahları və saray xidmətçiləri Azərbaycan dilində danışırdılar.
1578-1590-cı illərdə Səfəvi-Osmanlı müharibələrində ağır məğlubiyyətə uğramış Səfəvi dövləti vacib hərbi islahatlar keçiməyə məcbur oldu. I Şah Abbas hərbi-köçmə qızılbaş əyanlarının müqavimətini qırdı. O, 44 min nəfərlik güclü nizami ordu yaratdı. Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Ölkə daxilində siyasi sabitlik bərpa edildi. Məhsuldar qüvvələr canlandı. Dövlət iqtisadi və hərbi-siyasi baxımdan möhkəmləndi.
Beləliklə, Şah Abbas islahatları nəticəsində mərkəzi hakimiyyət xeyli qüvvətləndi. Şah Abbas Səfəvi dövlətinin keçmiş qüdrətini bərpa edə bildi. O, Azərbaycan dövlətinin müstəqillik ənənlərini qoruyub saxlamaqla mərkəzi aparatı möhkəmləndirdi, İngiltərə, Fransa, İspaniya, Roma papası, Rusiya ilə diplomatik əlaqələr yaratmaq məqsədi ilə danışıqlara başladı.
Səfəvi-Osmanlı müharibəsinin II mərhələsi 1590-cı il İstanbulsülh müqaviləsi ilə qurtardı. Sülh müqaviləsi AzərbaycanıSəfəvi və Osmanlı dövlətləri arasında böldü, Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Osmanlı hakimiyyəti altına düşdü. Xalxal, Ərdəbil, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycan torpaqlarıilə yanaşı, Səfəvi imperatorluğuna daxil olan Şərqi Gürcüstan,habelə İranın qərb vilayətləri də Osmanlı imperatorluğunun tərkibinə qatıldı. Azərbaycanın cənub-şərq vilayətləri Qəzvinə tabe idi. Ərdəbil xüsusi idarəetmə hüququ daşıyırdı. 1593- cü ildən qızılbaşlara tabe edilən Azərbaycanın-Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Qızılağac, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. 1595-ci ilə qədər bəylərbəyiliyinqoşunu 10 min idi və Azərbaycan qoşunu adlanırdı.
XVI əsrin sonuna yaxın Səfəvi dövlətinin qarşısında 3 vacib məsələ dururdu:
1) şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün
Şeybanilər dövlətini əzmək və Xorasanı geri almaq;
2) 1578- 1590-cı illərin müharibələrində Osmanlılar tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq;
3) İran körfəzindəPortuqaliyanın hegemonluğuna son qoymaq və Hind okeanına çıxış əldə etmək.
I Şah Abbas 1599-cu ildə Şeybaniləriməğlub etdi və Xorasanı yenidən Səfəvi dövlətinin tərkibinə qaytardı,öz təsirini Mavəraənnəhrə yaydı. Avropa dövlətləri SəfəvilərinOsmanlı imperatoluğu ilə toqquşmasına maraq göstərirdilər.Osmanlıların Azərbaycandan çıxarılmasında Rusiya da maraqlı idi.Çünki Osmanlılar Azərbaycanın Xəzəryanı bölgələrini əldə saxlayır,bu da Volqa-Xəzər yolu ilə ticarətdə müəyyən əngəl törədirdi.