8 AZƏRBAYCAN XVI YÜZILLIYIN SONU XVII YÜZILLIKDƏ (2)
1639- cu il Qəsri- Şirin müqaviləsi. XVII əsrin II yarısında daxili və xarici vəziyyət. I Şah Abbasın nəvəsi I Şah Səfi (1629-1642) Səfəvi Rüstəm xanı Azərbaycan bəylərbəyi və Təbrizin hakimi təyin etdi. 1634-cüilin yayında Sultan IV Murad böyük qoşunla hücum edərək İrəvanıvə Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi
İraqda davam etdi. 1638-ci ilin dekabrında Bağdad tutuldu.1639-cu il mayın 17-də Qəsri-Şirində Səfəvi elçisi Sarıxan Osmanlı nümayəndəsi Qara Mustafa paşa ilə sülh sazişiimzaladı. Sazişə görə Ərəb İraqı osmanlılara, Zəncir qalasından şərqdəki torpaqlar Səfəvilərə verildi. Səfəvilər Van və Qars qalalarına, həmçinin Ahalsıxa hücum etməyəcəklərinə dair təminat verdilər. Beləliklə, Səfəvi-Osmanlı sülhü XVIII əsrin IIrübünə kimi 2 dövlət arasındakı münasibətləri nizama saldı. XVII əsrin II yarısında Azərbaycan ərazisi inzibati cəhətdən Təbriz, Çuxursəd (mərkəzi İrəvan şəh. idi, Naxçıvan vilayəti də bura daxil edilmişdi), Qarabağ və Şirvan bəylərbəyiliklərinə bölünmüşdü. Bəylərbəyilər yerlərdə ali hakimiyyət nümayəndələri idilər, mahalların hakimləri qolbəyi adlanırdılar. Qolbəyilərə sultanlar (kiçik inzibati bölgə başçısı), bəzən bəylərbəyinə tabe idilər. Xan rütbəsi ali həbi inzibati mövqe tutan şəxsə verilirdi, bəylər və sultanlar da ondan aşağı mövqe tuturdular. Bəylərbəyilik iri inzibati vahid kimi Səfəvi dövlətinin sərhəd zolağında fəaliyyət göstərirdi. Daxili vilayətlər şah sarayının hakimiyyətində idi. Yığılan gəlir birbaşa şah sarayına çatdırılırdı. Bəylərbəyilər və onlara tabe olan hakimlər müəyyən miqdarda silahlı hərbi qulluqçular saxlayırdılar. Qoşun
bəylərbəyinin gəliri hesabına saxlanırdı. Toplanan vergilər onların başlıca gəlir mənbəyi idi. Bəylərbəyiliklərin maliyyə işlərini vəzirləryerinə yetirirdilər. Maliyyə məmurları, vergi yığanlar vəzirlərin etibarlı adamları idilər. Məhkəmə orqanları şeyxülislamın, qazılarınvə müftilərin başçılığı altında şəriət normaları ilə fəaliyyət göstərirdilər. İri torpaq sahibləri və ailə üzvləri vəzifə ələ keçirmək meyli çox güclü idi. İdarəçilikdə irsilik prinsipi gerçəkləşdirilirdi. İrsi idarəçilik sistemi hakimlərin ölkənin abadlaşdırılmasına, təsərrüfatın inkişaf etdirilməsinə marağını təmin edirdi. Mahal hakimi vəfat etdikdə, yaxud inzibati qaydada vəzifədən kənar edildikdə
yeni hakim mərkəzi hökumətin-şahın xüsusi fərmanı ilə vəzifəsinin icrasına başlaya bilərdi. Yerli hakimiyyət orqanları isə irsilik qaydasına əməl olunmasına can atırdılar. Beləliklə, ölkənin vilayətləri illərboyu bəylərbəyilərin yaxın adamları tərfindən idarə olunurdu. Bu Azərbaycan iqtisadi və siyasi həyatına mənfi təsir göstərirdi.
Səfəvi dövləti ilə Rusiya arasında olan münasibətlər siyasi marağa və qarşılıqlı iqtisadi əlaqələrə əsaslanırdı. Rusiya dövləti Azərbaycana əlverişli satış bazarı kimi yanaşırdı və digər dövlətlərin
Azərbaycanla alver etməməsinə çalışırdı. XVII əsrin ortalarında ruslar Şimali Qafqazda bir sıra qalalar tikməyə başladılar. Bu II Şah Abbasın(1642-1666) sarayında etirazla qarşılandı. Şah
imperiyanın şimalında rusların həyata keçirdikləri tədbirlərə mane olmaq məqsədilə xüsusi fərman vermişdi. Nəticədə, 1653-cü ildəŞirvan hakimi Xosrov xanın başçlığı ilə Səfəvi hərbi hissələri vəruslar arasında toqquşma baş verdi. Ruslar Şirvan bəylərbəyi Xosrov xanın vəzifədən kənar edilməsi və edam olunması tələbini irəlisürdülər. Münaqişə 1662-ci ilədək davam etdi. Lakin Rusiya çarı A.M.Ramanov (1645-1676) münaqişənin daha da genişlənməsinəimkan vermədi. Rusiya qızılbaş ipəyini Həştərxan vasitəsiləMoskvaya və Qərbi Avropaya daşımaq hüququnu inhisara almaq üçün Səfəvi dövləti ilə 1667-ci ildə müqavilə imzaladı. Bu müqaviləruslara gömrüksüz ticarət etmək hüququ, qonaq evlərində vəticarət məntəqələrində imtiyazlar verirdi. Şah Süleymanın (1667-1694) fərmanında yerli hakimlərə rus tacirlərinə xüsusi ehtiram göstərmək tapşırılmışdı.
XVII əsrin II yarısında Xəzəryanı bölgələrə soxulmuş Don kazaklarına qarşı mübarizəAzərbaycanın siyasi həyatında əhəmiyyətli yer tuturdu. Rusiya dövləti də nəyin bahasına olursa-olsun Volqa-Xəzər su yolunu kazakların basqınlarından qorumağa çalışırdı. Donda üsyançı kazaklara başçılıq edən Stepan Razin1667-ci ilin mayında Volqaya çataraq, həmin il iyulun əvvəllərindəXəzər dənizinə çıxdı. 1668-ci ilin yayında S.Razin kazakların digər atamanı S.Krivoyun dəstəsi ilə birləşərək, 40 qayıqda 2 min nəfərləDərbənd sahilinə çıxdı, Niyazabad, Şabran qarət edildi. Bakıya irəliləyərkən yolda müqavimətə rast gəlib, Maştağaya döndü. 150
nəfər əsir götürdülər, 7 min qoyun ələ keçirdilər. Sonra Xəzərin cənub sahillərinə, Gilana, Rəştə basqınlar etdilər.
Bütün bunlarabaxmayaraq, XVII əsrin 2-ci yarısında Volqa-Xəzər su yolu, həmçininAzərbaycandan keçən quru ticarət yolu ölkələrarası əhəmiyyətinisaxlayırdı. Bu dövrdə Azərbaycanla Rusiya arasındayaranmış qonşuluq münasibətləri, Azərbaycan mallarının Rusiya vəAvropa ölkələrinə daşınması, ticarət əlaqələrinin güclənməsi hər 2tərəfə böyük iqtisadi səmərə verirdi. Moskva hökmdarları İngiltərəninSəfəvilər dövləti hüdudlarında nüfuz qazanmasına qısqanclıqlayanaşır, Osmanlı imperiyası ilə Səfəvilər dövləti arasındagərginliyin daim qalmasına can atırdılar. Rusiya çarları Xəzərdənizinə Şərq ölkələrinə müdaxilə üçün əsas vasitə kimi baxırdılar.Ruslar necə olursa-olsun Xəzər hövzəsində möhkəmlənməyə can atırdılar.