Səfəvilər dövləti ( XVI əsrin sonları- XVII əsr)
1576-cı ilin mayında I Təhmasibin vəfatından sonra hərbi feodallar arasında çəkişmələr yenidən başlandı. Şahın oğulları Məhəmməd Mirzə, İsmayıl Mirzə və Heydər Mirzə arasında taxt-tacuğrunda mübarizə qızışdı. İsmayıl Mirzə bu mübarizədə qalibgələrək, II İsmayıl adı ilə özünü şah elan etdi. II Şah İsmayıl ( 1576-1577) 1555- ci ildə Xorasanda hakim olmuş, sonra atasına qarşı çıxdığına görə Qəhqəhə qalasına salınmış, 20 ildə sonra Səfəvi taxtına çıxmışdı. O, düşmənlərini aradan götürmək üçün tədbirlər görməyə başladı. İki qardaşını öldürdü. Bir neçəsinin gözünü çıxartdı. Lakin, onun hərəkətlərini görən feodallar saray çevrilişinəticəsində İsmayıl Mirzəni 1577-ci ildə öldürdülər. Qəsddə onun bacısı Şirvanşah II Xəlilullahın dul arvadı Pərixan xanım da iştirak etmişdi. Ölkədəikihakimiyyətlilik yarandı. 1577-ci ildə Qəzvində I Təhmasibin qızı Pərixan xanım dayısının köməyiləhakimiyyəti ələ aldı. O, Qəzvində “ dövlətin sütunlarını “ öz tərəfinə çəkə bildi. Pərixan xanım şahın Şirazdan Qəzvinə gəlməsi xəbərini eşidib müqavimət göstərməyə hazırlaşdı. Lakin Qızılbaş əmirləri Pərixan xanımı tərk edib, Məhəmməd Mirzənin tərəfinə keçdilər. 1578-ci il fevralın 13- də Məhəmməd Mirzə (Xudabəndə) Qəzvində müqavimətsiz taxta sahib oldu. Məhəmməd Xudabəndə (1578-1587) Pərixan xanımı, hətta II İsmayılın 1 yaşlı oğlunu edam etdirdi, arvadı Məhdi Ulya “dövlət işlərini” öz əlinə aldı. O, ali divanın vəkili vəzifəsinə qədər yüksəldi. Padşahın fərmanına vəzirin möhürü ilə yanaşı Ülyanın da möhürü olmalı idi. Əslində ölkə qızılbaş tayfaları arasında bölünmüşdü. Məhəmməd Xudabəndinin yalnız şahlıq adı qalmışdı. Dövlət işlərini vəzir Mirzə Salman idarə edirdi. Tarixçilər qeyd edirdilər ki, o ancaq şahlıq titulu ilə kifayətlənirdi. İsgəndər Münşi göstərir ki, Təhmasib tərəfindən 53 ildə toplanmış sərvət talan edilmiş, xəzinədən qızıl sandıqlarla daşınmışdır.
Osmanlı- Səfəvi müharibəsinin ikinci mərhələsi. 1590- cı il İstanbul sülhü.
1577-ci ildə Van hakimi Xosrov paşa Səfəvilərə qarşı kürd tayfalarının qiyamını təşkil etdi. 1555-ci il sülhünü pozaraq, kürdlərlə birlikdə Xoy üzərinə hücum etdi. Xoy və Salmas hakimi Mahmud Sultan Rumlu inadlı müqavimət göstərdi, lakin həlak oldu. Kürdlər Urmiyanı tutdular. Xoy, Salmas, Urmiya üsyançıların əlində qaldı. Sultan III Murad (1575-1595) yaranmış vəzəiyyətdən istifadə etdi. Osmanlı ordusunun baş komandanı Mustafa Lələ paşa Ərzuruma 100 min nəfərlik qoşun topladı. Sultan vassalı Krım xanı II Məhəmməd Gəraydan (1577-1584) bu
yürüşdə iştirakını tələb etdi. Mustafa Lələ Qars qalasını bərpa edib, oraya qoşun yeritdi. 1578-ci il avqustun 9-da Çıldırda qızılbaşlar məğlub oldular. Mustafa Lələ paşanın göndərdiyi 20-30 min nəfərlik qoşun hissələri Ahalsıxı ələ keçirib Kaxetiyaya daxil oldular. Səfəvi ordusunun rəhbərliyində birliyin olmaması, qızılbaş əmirlərinin həddindən artıq özlərinə arxayın olmaları, Osmanlılarla döyüşə o qədər də əhəmiyyət verməmələri, qüvvələr fərqi-bütün bunlar nəticədə Çıldır döyüşündə məğlubiyyətə gətirib çıxartdı.
Çıldır döyüşündən sonra Mustafa Lələ Paşa Şirvanı, 1578-ci ilinavqustunda Tiflisi, az sonra Qorini tutdu. 1578-ci il sentyabrındaQanıx (Alazan) çayı sahilindəki döyüşdə Osmanlı ordusu böyük itki verdi. Səfəvi ordusu Qarabağa, oradan da Təbrizə qayıtdı. Mustafa Lələ paşa sentyabrın ortasında Ərəşə daxil oldu. Osmanlı ordusu Ərəş, Şamaxı, Qəbələ, Bakı, Şabran, Mahmudabad vəSalyanı müqavimətsiz tutdu. 1578-ci ilin sentyabrında Məhəmməd Xudabəndənin oğlu Həmzə Mirzə 30 minlik qoşunla Qarabağa gəldi. Əmirlərin və vəzir Mirzə Salmanın qoşunları ilə birləşərək Şamaxı qalasında Osman paşanı mühasirəyə aldılar. 1578-ci ildəKrım xanı Adil Gərayın 12 minlik qoşunu məğlub oldu və Adil Gəray əsir alındı. Mirzə Salman təcili Şamaxıya gəldi. Osman paşa Dərbəndə qaçdı. Şirvan Osmanlılardan azad olsa da, Dərbənd
tutulmadı. Səfəvilər Şirvanı Osmanlılara güzəştə vermək istəmirdilər. 1580-ci ilin əvvəllərində qızılbaş qoşunu Təbrizdən Şirvana hərəkət etdi. Ordunun komandanı Sinan paşa Ərzurumdan
Səfəvi sarayına hədələyici məktubla elçi göndərdi. Şahrux xan möhrdar Sinan paşanın iddialarına sərt cavab verdi. Sinan paşanın təklifi ilə həmin qış hərə öz yerində qaldı. Lakin Şirvan Krım
türklərinin 3-cü basqınına məruz qaldı. Osman paşa Krım türklərinin köməyi ilə Bakıya daxil oldu. Məhəmməd Xudabəndə təcili əmirləri qoşunla Mollahəsənliyə göndərdi, Osmanlılar geri çəkildilər və Dərbənddə möhkəmləndilər.
1581-ci ilin yazında Qazı Gəray və Səfi Gərayın rəhbərliyi ilə Krım türkləri 4-cü dəfə Şirvana hücum etdilər. İmamqulu xan Qacar qızılbaş dəstəsini Şirvan hakimi Peykər xanın köməyinə göndərdi. Şamaxı ilə Şabranarasında baş vermiş döyüşdə Qazı Gəray əsir alındı, Krım türkləri
və Osmanlı birləşmiş qoşunu məğlub oldu. Qarabağdan Xorasana yürüş etdikdən sonra qızılbaş əmirlərinin Şirvana qayıda bilməməsindən istifadə edən Osman paşa yenidən Dərbənddən Şamaxıya gəldi. Şirvanda Osmanlı hakimiyyəti bərpa edildi.
1583-cüilin yazında Qarabağ hakimi İmamqulu xan Qacar yeni qüvvə ilə Kürü keçib Şirvana daxil oldu. O, Rüstəm xanı öz dəstəsi ilə Osmanlılara qarşı döyüşə göndərdi. Bu döyüşdə Osmanlılar
darmadağın oldular. Samur çayı sahilində 1583-cü ildə tarixdə “Məşəl savaşı” adlanan döyüş isə Osmanlı qüvvələrinin üstünlüyü ilə qurtardı, qızılbaşlar meydanı tərk etdilər.
1582-ci ilinəvvəllərində Sinan paşa sülh bağlamaq məqsədi ilə Səfəvi səfiri İbrahim xan Tərxanla birlikdə Ərzurumdan İstanbula gəldi. Lakin Qızılbaş əmirləri bildirdilər ki, Şirvanı heç bir vəchlə güzəştə getməyəcəklər. Əgər sultan 1555-ci il sülhünün şərtlərinə razı deyilsə, onda müharibəni davam etdirəcəklər. 1585-ci il avqustun12-də osmanlı qoşunu Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində yürüşə başladı. Məhəmməd Xudabəndə Həmzə Mirzənin başçılığı altında onlara qarşı 20 min nəfərlik qoşun göndərdi. 1585-ci ilin sentyabrında Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların əsas dəstələri Sufiyan ərazisində döyüşdə əvvəlcə qızılbaşlar Osmanlılara ağır zərbə vursa da, onların sayca üstünlüyü qızılbaşları geri çəkilməyə məcbur etdi. Bir gün sonra Osman paşa Təbriz üzərinə hücuma başladı. Müdafiəsiz qalan Təbriz təslim oldu. Osman paşa 1 aydan artıq Təbrizdə qaldı. 1586-1589-cu illərdə tədricən bütün Azərbaycan Sultan III Muradın ordusu tərəfindən işğal olundu. Səfəvilər ərazinin qalan hissəsini itirməmək üçün ağır sülh şərtləri ilə razılaşdılar. Azərbaycan Osmanlı dövlətinin əyalətinə çevrildi,burada Osmanlı idarə sistemi yaradıldı,yəni Azərbaycan paşalıq və sancaqlıqlara bölündü.
Dostları ilə paylaş: |