Albaniya dövləti.
E.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Azərbaycanın şimalı və indiki Dağıstanın cənub bölgələrində daha bir qədim Azərbaycan dövləti Albaniya dövləti təşəkkül tapmışdı. Albaniya şimalda Sarmatiya qərbdə İberiya, cənub-qərbdə Armeniya, cənubda isə Atrapotena ilə həmsərhəd idi. Şərqdə onun hüdudları Xəzər dənizinə söykənirdi. İndiki coğrafi şərait baxımından qədim Albaniya Azərbaycan Respublikasının, Ermənistan və Gürcüstan Respublikasının isə bir hissəsini, Dərbəndi və Cənubi Dağıstanı əhatə edirdi. Bu dövlətin paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə oldu.
Herodot, Pompey, Ptolomey, Strabon, Troq, Yuli Solin, Arrian və b. Albaniya əhalisinin etnik cəhətdən rəngarəng olduğunu qeyd etmişlər. “26 dildə danışan əhaliyə” malik Albaniyada alban, sakasen, mük, uti, qarqar, sövde, kaspi, qel, leh, mard, silv, sodi, lupen, və s. tayfalar məskunlaşmışdılar. Hazirda antik Albaniya əhalisinin etnik və dil mənsubiyyəti ətrafındakı elmi araşdırmalar onu göstərir ki, bu ölkənin qədim əhalisi etnik və dil baxımından müxtəlif olsa da, onların içərisində türk dillərində danışanlar aparıcı rol oynamışlar. Onlarla yanaşı Albaniyada həm Qafqaz, həm də İran mənşəli dillərdə danışan tayfalar da yaşamışlar. Bəzi alban adının hələlik izahsız qaldığını iddia etsələr də Azərbaycan türkmən, qazax və b. türk dillərində “alban”. “alpan” adlarının qalması həmin adın türk mənşəli olduğunu göstərir. Kökləri qədim türk dilindəki alp-alb sözünə söykənən Albaniya “igidlər, cəsurlar, ərənlər ölkəsi” mənasını verir. Albaniyanın mərkəzi, xüsusən də Aran rayonları əsasən türk etnoslarının, Dağıstana yaxın rayonları isə Qafqaz-İberdilli tayfaların məskəni olmuşdur. Çoxdillilik əsasən sonuncu bölgəyə xas xüsusiyyət idi. Albaniya ərazisində ilkin tayfa ittifaqları hələ e.ə. II miniliyin sonu-I miniliyin başlanığıcında meydana çıxmışdır. E.ə. VI-IV əsrlərdə Əhəmənilər təsir dairəsinə düşmüş Albaniyada artıq e.ə. IV əsrin sonlarından etibarən dövlətin bəzi əlamətləri açıqca seçilirdi. Məsələn, məlumdur ki, cəsur alban, kaspi və sakasenlərdən ibarət qoşunlar Qavqamela döyüşündə III Daranın ətrafındakı mövqelərin bu hissələrə etibar olunması onların yüksək hərbi keyfiyyətlərindən xəbər verirdi. Bəzi antik müəlliflər Albaniya adını İskəndərin işğal etdiyi ölkələr sırasında çəksələr də, bu Makedoniya hökmdarının vəfatından sonra Albaniya artıq müstəqil dövlət kimi fəaliyyət göstərməyə başlamışlar. Görünür ki, ayrı-ayrı xırda vilayət başçılarının mərkəzi hakimyyətə tabe olunması prosesi hələ Əhəmənilər dövründə başlamış və İskəndərin dövründə başa çatmışdır. Albaniya artıq e.ə. I əsrdə Şərqi Anadoluda, Van gölü hövzəsində mövcud olan Armeniyada yaşayan xalqların hücumlarına məruz qalmışdır. Balkanlardan köçüb gəlmiş haylar öz torpaqlarını Atropatena, İberiya və Albaniya ərazilərilə təcavüzkarlıq yolu ilə genişləndirməyə cəhd edirdilər. Göyçə gölünün hövzəsindəki Albaniya çarlıqları, Kaspiana, indiki Naxçıvan bölgələri və b. torpaqlarımız hərdən erməni istilalarına məruz qalırdı. Romalılara mənsub olanI Artaşes (e.ə. 189-160) və II Tiqran (e.ə. 95-55) kimi (indiki ermənilər onları özlərininki sayırlar) çarlar qısa müddətli işğallarına əsaslanan bir sıra orta əsrlər va çağdaş erməni müəllifləri dünya tarixşünaslığına “Dənizlərdən dənizlərə uzanan böyük Ermənistan” əfsanəsini yerləşdirməyə, qonşu xalqların, ilk növbədə Azərbaycan türklərinin əzəl torpaqlarını erməni çarlıqları elan etməyə başlamışdılar. Onların bəziləri Qafqaz Albaniyasını Kürün ancaq sol sahilində yerləşdirir, Sağsahil Albaniyasını isə Ermənistanın “Şərq torpaqları”, Ermənistanın “Ağvan qismi” adlandırırlar. Lakin istər antik yazılı tarixi qaynaqlar, istərsə də linqvistik, etnoqrafik, toponomik və s. materiallar sübut edir ki, tarixi Qafqaz Albaniyası Kürün hər iki sahilini, indiki Azərbaycan Respublikasını, Ermənistan, Gürcüstan və Dağıstan respublikalarının bir hissəsini əhatə etmişdir.
Romalılar Albaniyanı işğal etmək niyyətindən əl çəkmirdilər. Artıq yuxarıda qeyd edildiyi kimi, II Pont hökmdarı VI Mitridat Yevpator və onun müttəfiqi II Tiqranın Roma imperiyasının Kiçik Asiya mülklərinə həmlələri onların özü üçün acı nəticələrə gətirib çıxarırdı. VI Mitridatı darmadağın edən, II Tiqranı əzən Lusi Lisini Lukullun bəzi qətiyyəsiz addımlarından sonra Roma senatı onun yerinə Qney Pompeyi şərq əyalətlərinin canişini təyin etdi. E.ə 66-cı ildı Pompeyin başçılığı ilə II Tiqranı yenidən diz çökdürən romalılar elə həmin il VI Mitridatı izləyərək Cənubi Qafqaza yeridirlər. İlk Alban hökmdarı Oroys Kür sahilində 40 minlik ordu ilə romalılara hücüm etdi. Oroys hücum üçün yaxşı vaxt seçsə də qəfil hücüm alınmadı. Vaxtında hücumdan xəbər tutmuş Pompey döyüşü uddu və Oroysu müqavilə bağlamağa vadar etdi.
Pompey bundan sonra İberiyaya üz tutsa da albanlar ona rahatlıq vermir, romalılar tələfata məruz qoyur, qiyamlar qaldırırdılar. Qəzəblənmiş Pompey geriyə qayıdaraq Kürü keçdi və e.ə. 65-ci ilin əvvəllərində Alazan sahilində Oroysun qardaşı Kozisin başçılıq etdiyi 72 min nəfərlik alban qoşunu ilə üz-üzə gəldi. Roma sərkədəsi hərbi hiylə işlədərək albanları tələyə saldı. Qanlı döyüşün gedişində Kozis qılıncı ilə özünə yol açaraq Pompeyin dayandığı düşərgəyə soxulub azman Roma sərkərdəsini nizə ilə vurdu. Pompey isə nizə zərbəsi ilə Kozisi ölümcül yaraladı. Alban qadınlarının da iştirak etdikləri bu döyüş də romalıların qələbəsi ilə bitdi. Dağlara çəkilən Oroys yenidən Pompeylə sülh bağlamalı oldu. Lakin albanların sonrakı müqaviməti Pompeyə Xəzər sahillərinə çıxmağa imkan vermədi.
Roma sərkərdəsi Antoninin məşhur (e.ə. 36-cı il) ekspediyası zamanı Armeniyanı tutmuş romalılar sərkərdə Kanidi Krassın başçılığı ilə Albaniyaya da soxulmuşdular. Onlar albanlara qalib gəlmiş və Alban hökmdarı Zoberi özlərinə tabe olmağa məcbur etmişdilər.
Eramızın I-II əsrlərinə aid Albaniyanın tarixi haqqında məlumatlarımız azdır. Roma, Parfiya və b. qonşuların tez-tez Albaniyaya yürüşlərinə baxmayaraq, albanlar öz müstəqilliklərini qoruyub saxlaya bilirdilər. Eramızın 80-90-cı illərində romalılar Xəzər sahillərinədək gəlib çıxsalar da, burada möhkəmlənə bilməmişlər. Məşhur Roma imperatoru Trayanın (96-117) şərq yürüşü zamanı ərazisinin toxunulmazlığını qoruyub saxlamış albanlarla imperator Adrian (117-138) da dostluq əlaqələri saxlamışdır. Bəzi məlumatlara görə, 20-ci illərdən Albaniyada taxta Arşakilərin nümayəndələri çıxmışlar. Alban Arşakiləri də ölkənin müstəqiliyyini qoruyub saxlamağa nail omuşdular. E.ə. II minilliyin sonu-I minilliyin əvvələrində Azərbaycanın şimal hissəsində sosial, mülki və sinfli bərabərsizliyin yaranması, sinifli cəmiyyətin formalaşması prosesi başlamışdır. E.ə. I minilliyin ortaları və II yarısında Midiya və Əhəməni imperiyaları ilə yaxın qonşuluq, sıx ünsiyyət quldarlıq münasibətlərinin Albaniyanın sosial-iqtisadi və ictiani-siyasi həyatına təsir göstərilməsinə gətirib çıxarmaya bilməzdi. Belə yaxın qonşuluq əlaqələri, habelə arxeoloji materiallar sübut edir ki, Albaniyanın quldarlıqdan yan keçərək ibtidai icma qurluşunda birbaşa feodalizmə adlaması barəsində mövcud mülahizələrin əsası yoxdur. Sosial-iqtisadi inkişafına görə qonşularından heç də geridə qalmayan Albaniyada Günəş, Ay və b. anlamlara sitayiş olunurdu. Ölkənin qərbində Ay ilahəsinin şərəfinə ucaldılmış məbədin baş kahini ölkədə hökmdardan sonra ən nüfuzlu şəxs sayılırdı.
Albaniyada və Atropatenada quldarlıq klassik quldarlıq səviyyəsinə qalxmamış, qul əməyindən əsasən məbəd təsərrüfatında və ev işlərində istifadə olunmuşdur. Antik müəlliflər Albaniyada ölkənin qərbindəki “müqəddəs vilayətin” məbəd qullarının əməyindən istifadə edilməsi barədə məlumat verirlər. Quldarlıq quruluşu dövründə də Azərbaycan əhalisinin başlıça məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. Strabon yazırdı ki, Alban düzənliyi “Babilistan və Misirdəkindən daha yaxşı suvarılır”. A.Marselli isə Atropatenada əkinçiliyin geniş inkişaf etməsi barəsində ətraflı məlumat verir.
Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış xış, kirkirə, sürtgəc, vəl və s. kənd təssərüfatı alətlərinin qalıqları əkinçiliyi ən gəlirli sahələrdən birinə çevirmişdir. Sıx suvarma şəbəksinə malik olan Albaniyada bəzi torpaqlar ildə 2-3 dəfə məhsul verirdi. Əkinçilikdə başlıca sahələr taxılçılıq və bağçılıq idi. Alban əhalisinin məşğuliyyətində balıqçılıq da geniş yer tuturdu. Əlverişli və geniş yem ehtiyatlarına malik olan otlaqların mövcudluğu bir sıra maldarlıq sahəsinin inkişafı üçün gözəl şərait yaradırdı. Azərbaycanın qədim sakinləri qoyun, keçi, at, dəvə və s. saxlayırdılar. Arxeolji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik, dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahləri inkişaf edirdi. Strateji cəhətdən çox mühüm müvqedə yerləşən qədim Azərbaycan dövlətləri həm də ticarət mərkəzləri, tranzit karvan ticarət yollarının kəsişdiyi və keçdiyi məntəqələr rolunu oynamışdılar. Burada həm ölkələri əlaqələndirən yerli və beynəlxalq karvan ticarəti yolları keçirdi.Qazaka, Kabalaka, Vera, Aynian, Anariak və b. Azərbaycan şəhərləri antik dünyanın Yunan , Makedoniya, Roma, Parfiya və digər dövlətləri ilə ticarət əlaqələri saxlayırdılar. Ölkəmizin ərazisindən tapılmış xarici sikkələr, digər əşyalar deyilənləri təsdiq edir. Antik dövrdə Azərbaycan əhalisi içərisində müxtəlif dini təsəvvürlər mövcud olmuşlar. Ulu babalarımızın dini görüşləri içərisində totemizm və fetişizm, ölkənin cənubunda isə atəşpərəstlik kimi dini politeist dinləri geniş yayılmışdır. Təxminən e.ə. VI əsrin sonundan etibarən atəşpərəstlik əsasında formalaşan zərdüş dini, onun müqəddəs kitabı “Avesta” nın Yasna, Yaşt, Videvdat hissələrində öz əksini tapmış dini müddəalar Atropatena əhalisinin mənəvi-dini həyatında mühüm roil oynamışdır. Orta Asiya, İran, Əfqanıstan və Cənubi Azərbaycanda yayılmış bu dinin banisi Zərdüşt rəvayətə görə e.ə. VII əsrdə yaşamışdır. Onun vətəninin İran, Azərbaycan və ya Orta Asiya olması ətrafında mübahisələrdə hələlik heç bir mülahizə üstünlük qazanmamışdır. Zərdüştlik dini təlimi dünyanın iki qüvvəsinin---xeyir və şərin, bu qüvvələri təmsil edən Ahuraməzda və Əhrimənin mübarizəsi kimi qələmə verir. Atropatena ilə yanaşı “Avesta” təliminin Quzey Azərbaycanın bəzi cənub bölgələrində də yayıldığı güman edilir. Lakin Quzey Azərbaycan, Albaniya əhalisi içərisində səma cisimlərinə, “Helios, Zevs, xüsusən də Selenaya” sitayiş daha geniş yayılmışdı. Bir sıra müəlliflər bu halı ilk növbədə yunan panteonunun geniş yayilması ilə izah etməyə çalışsalar da, unutmaq olmaz ki, qədim türk etnosları içərisində Göy Tanrıçılığa etiqad əsas rol oynamış, səma cisimlərinə, Günəşə, Aya, bütövlükdə səmaya sitayiş geniş yayılmışdır. Azərbaycanda habelə məhsuldarlıq, Ay ilahəsi kimi sayılan Anahit ilahəsinin kultu da möhkəm mövqelərə malik idi. İstər Zərdüştlük kahinlər-maqlar, istərsə də alban məbədlərinin başçıları, xüsusən də Ay ilahəsi məbədinin baş kahini ölkənin ictimai-siyasi həyatında güclü nüfuza malik idi.
Azərbaycan qədim dövlətlərdən etibarən əkinçiliklə məşğul olan bir xalq olmuşdur. Azərbaycanda Zərdüşt dininin geniş sürətdə yayılması və onun ehkamlarında əkinçilik və maldarlığın inkişaf səviyyəsinə təsir göstərən amillərdən biri olmuşdur. Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti burada əkinçiliyin inkişafı üçün gözəl şərait yaradırdı. Qədimdə Azərbaycanın şimal hissəsi antik mənbələrdə Albaniya, Ərəblərdə Arran, xalq arasında Aran, cənubi isə Atropatena adlanırdı.
Mənbələrdə Misir və yaxud Assuriyada olmuş quldarlıq sisteminə Atrapotenada təsadüf edilmir. Bu ərazidə olmuş quldarlıq sistemi haqqında mənbələrdə qul termini əvəzinə “bəndək” və “ənməhrik” sözləri işlədilmişdir. Sasanilər dövründə dövlət özünə qüvvətli ictimai dayaq yaratmaq məqsədilə dövlət idarələrində, orduda xidmət edən şəxslərə və habelə ruhanilərə ehtiyaclarını ödəmək məqsədi ilə torpaq ayırırdı. Torpaq sahibləri əsas etibarı ilə qul əməyindən istifadə edirdilər. Lakin artıq III əsrdən etibarən quldarlıq quruluşu dağılmağa başlayır.
Dostları ilə paylaş: |