Humanitar fənlər


Azərbaycan Midiya və Əhəmənilər imperiyasının tərkibində



Yüklə 155,5 Kb.
səhifə5/8
tarix02.01.2022
ölçüsü155,5 Kb.
#50901
növüMühazirə
1   2   3   4   5   6   7   8
UNEC 1634659885

Azərbaycan Midiya və Əhəmənilər imperiyasının tərkibində
Midiya tarixi haqqında ilk məlumat verən Herodot olmuşdur. Antik müəlliflərdən Herodotla yanaşı Diodor, Plutarx, Strabon, Ammion Marselli və bir çox başqa tarixçilər və coğrafiyaşünaslar Midiya tarixinə dair maraqlı məlumat qoyub getmişlər. Herodot göstərir ki, midiyalılar 6 tayfadan – bus, paretagen, struxat, arizant, budi və maqlardan ibarət idi. O, hər bir tayfanın sakin olduğu yeri də göstərməyə səy göstərmişdir. Bu ölkənin öyrənilməsində Assuriya daşüstü yazıları və Assuriya- Babil mənbələri də əhəmiyyətli məlumat verirlər.

Midiyalılar e.ə. IX-VII əsr Assur mənbələrinə görə İran yaylasının Xəzər dənzindən cənubda, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmışlar. Midiyalılar haqqında ilk məlumat e.ə. IX əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amaday, maday, matay, medoy və s. adları ilə məlum olmuşlar. Midiya tayfaları İran yaylasına e.ə. II minilliyin sonu – I minilliyin əvvələrindən gec olmayaraq köcüb gəlmişlər.

E.ə. III əsrdə yaşamış Eratosfenə istinad edən Strabon göstərir ki, “Ariona, Fars və Midiyanın bir hissəsinə, həmçinin Baktriya və Soqdiananın şimal hissəsinə aid edilir. Və bu ərazilərin sakinləri demək olar ki, e.ə. I miniliyin əvvələrində hərbi demokratiyadan erkən quldarlıq cəmiyyətinə kecid dövründə yaşamışlar.

E.ə. IX-VIII əsrlərdə midiyalılar ərazisini bir hissəsini işğal etmiş Assur dövləti ilə amansız mübarizə aparırdılar. Antik ənənə Midiya dövlətinin təşəkkülünü e.ə.VIII əsrin sonlarına və ya e.ə. VII əsrin əvvəlinə aid edir və çar Deyokun adı ılə bağlayır. Assur mənbələrinə görə Midiya carlıgı e.ə. VII əsrin 70-ci illərində Assur əleyhinə yönəlmiş, Kaştaritinin başçılıq etdiyi və digər midiyalı hakimlər, həmçinin mannalılar, kimmerlər və skiflər tərəfindən də müdafiə edilən güclü xalq hərəkatı nəticəsində təşəkkül tapmışdı. Sonralar Midiya işğalçılıq müharibələri dövrünə qədəm qoydu. Tayfa yığma qoşun dəstələrindən nizami qoşun yaradan və Assur dövləti ilə mübarizəni davam etdirən Kiaksarın (E.ə.625-585) hakimyyəti dövrü Midiya tarixində dönüş nöqtəsi oldu. Midiya kiçik bir çarlıqdan Qədim Şərqin iri dövlətinə çevrildi. Midiyalılar Babilistana, ehtimal ki, həm də skiflərlə ittifaqda Assur dövlətini darmadağın edib onun şimal-şərq və şimal torpaqlarını ələ keçirdilər.

Midiya hökmdarı Astiaq (e.ə. 584-550-ci illər) zadəganların və mannalıların nüfuzunu məhdudlaşdırmağa çalışırdı. Bütün bunlar Midiyada daxili siyasi vəziyyəti mürəkkəbləşdirdi. E.ə. 550-ci ildə Midiya farslar tərəfindən işğal edildi və satraplıq kimi Əhəmənilər dövlətinin tərkibinə qatıldı. Midiyalılar hakim xalq kimi öz mövqelərini itirdilər. Lakin Midiya hərbi dəstələri bütün Əhəmənilər dövründə farsların ordusunda mühüm rol oynayırdı. Midiya dövləti cəmi 50-60-il (e.ə. VII əsrin sonu-VI əsrin I yarısı) mövcud olmuşdur. İşğalçılıq müharibələri nəticəsində yaradılmış Midiya imperiyası qədim dövrün vahid iqtisai bazası olmayan bu və ya hərbi sərkərdənin qələbə və mğlubiyyətindən asılı olaraq yaranan və dağılan qeyri-sabit hərbi inzibati birləşmələrdən biri idi. Lakin Midiya dövləti cox geniş əraziyə malik güclü bir imperiya idi.

Midiya quldarlıq dövlətinin süqutunu sürətləndirən başlıca amillərdən biri Qaumatanın hərəkatı olmuşdur. Əhəmənilərin padşahı Kirin oğlu Bardiya öz qardaşı Kambiz tərəfindən e.ə. 526-cı ildə öldürülür. Xalq içərisində böyük nüfuza malik Bardiyanın ölümü böyük narazılığa səbəb olur. Zahiri görünüşcə Bardiyə oxşayan maq Qaumata bu əlamətdən istifadə edərək e.ə. 529-cu ildə üsyan edib hakimyyəti öz əlinə aldı. Ölkədə çərəyan edən siyasi hadisələri midiyalıların xeyrinə istiqamətləndirmək və onların axınına midiyalılıq donu geydirmək, nəticə etibarı ilə Midiyanın itirilmiş əvvəlki hüquqlarını bərpa etmək üçün paytaxtı Ekbatana keçirdi. Qaumata özünü yalancı çar elan etdi. E.ə. 529-522-cı illərdə ölkənin hakimi oldu. Qaumata hakimyyətə gələn kimi Əhəmənilərin tabeliyində olan midiyalılara göndərdiyi sərəncamında bildirdi ki, midiyalılar 3 il müddətində vergidən və hərbi mükəllifiyyətdən azad olurlar. Məhz bu cəhət xalqın Qaumatanın çağırışına tərəf çıxması və əhəmənilərin hökmranlığına qarşı çevrilmiş üsyanda fəal iştirak etməsi üçün əsas olmuşdur.

Qaumatının başçılıq etdiyi üsyan Əhmənilərin Midiyadakı hökmranlığına güclü zərbə vurdu və onun dayaqlarını zəiflətdi. Qaumata hərəkatı məğlub olsa da, onun göləliklə əlaqədar baş qaldıran xalq hərəkatına təsiri böyük olmuşdur. Qaumata hərəkatı mahiyyətinə görə, midiyalıların İran hökmranlığına qarşı azadlıq hərəkatı idi. Bu hərəkatda irandilli olmayan bütün tayfalar iştirak etmişdir. Midiya dövləti icma münasibətlərinin qorunub saxlanması səbəbində quldarlığın tam sürətdə istehsal qüvvəsinə çevrilmədiyi erkən quldar dövlət idi. E.ə. VII əsrin 70-ci illərində təşəkül tapan Midiya dövləti Azərbaycanın qədim ərazisində deyil, onun cənub şərq qonşuluğunda meydana gəlmişdi. Midiya dövləti çar Kiaksarın dövründə (e.ə. 625-584-cu illər) Urartu padşahlığının süquta uğramasında, Skif padşahlığının məhv edilməsində həledici rol oynadı. E.ə. VII əsrin sonralarından etibarən Midiya dövləti başqa torpaqların zəbt edilməsi hesabına öz ərazisini genişləndirdi. E.ə. 615-cı ildə Midiya dövləti Manna torpağını işğal etdi. E.ə. 610-590-cı ıllərdə Manna ilə yanaşı Skif və Urartu çarlığı bir müddət (70 ilə yaxın) müstəqil hökmranlığını qoruyub saxlamışdır. E.ə. 593-cü ildən etibarən isə onların adı artıq çəkilmir. E.ə. 550-ci ildə Midiya dövləti süqut etdi. Onun ərazisi Əhəmənilər dövlətinin tərkibinə daxil edildi.

Əhəmənilər dövləti
E.ə. 558-ci ildə Kir İran tayfaları ittifaqına başçılıq etmiş və Midiya hökmranlığına qarşı üsyan qaldırmışdı (e.ə. 553) Midiyanı ələ keçirdikdən sonra (e. ə. 550) sonrakı üç ildə Midiya dövləti tərkibində olan ölkələr, e.ə. 546-ci ildə Midiya və Kiçik Asiyadakı yunan şəhərlərini tutulmuşdu. Kiçik Asiyanın xeyli hissəsi, Babilistan, Misir, Egey dənizi adaları, Frakiya, Makedoniya və Hindistanın şimal-qərb hissəsi ışğal edilmişdi.

Əhəmənilər dövləti I Daranın dövründə (e.ə.522-486) yaradılan cox mürəkkəb bürokratik sistemin köməyi ilə idarə olunurdu. Onun hakimiyyət illəri Əhəmənilər dövlətinin ən qüvvətli dövrü idi. Daranın inzibati islahatları işğal olunmuş ölkələrdə idarəçiliyi və nəzarəti təkmiləşdirdi. Persepolla, Babil, Suz və Ekbatana şəhərləri də Əhəmənilər dövlətinin paytaxtı olmuşdur. Əhəmənilər dövləti 20 hərbi-inzibati mahala bölünmüşdü. Hər satraplığa xüsusi məmurlar-satraplar başçılıq edirdi. Etnik cəhətdən və sosial ükladına görə Əhəmənilər dövlətinin tərkibi cox müxtəlif idi. Kiçik Asiya, Babilistan, Finikiya və Misir şəhərlərində kənd təsərüfatında və sənətkarlıqda qul əməyində geniş istifadə olunurdu. Bununla birlikdə Frakiyanın, Makedoniyanın geridə qalan vilayətlərinin əhalisi köçəri ərəb və skif tayfaları qəbilə quruluşunun dağılması mərhələsində idilər. İran inzibati orqanları işğal edilmiş ölkələrdə qədim yerli qanunları, dini, pul sitemini, əlifba və dili saxlamışdılar. İranlıların özləri vergilərdən və içbari əməkdən azad idilər. İran hökmdarlarının, onların qohumlarının, satrapların və əyanların qul əməyinə əsaslanan böyük təsərrüfatları var idi. Əhəmənilər dövlətinin sabit iqtisadi bazası olmadığı üçün zəif hərbi inzibati birlikdən ibarət idi və müxtəlif xalqları yalnız silah gücünə dövlətin tərkibində saxlaya bilirdi.

Hərbi qüdrətinin zəifləməsi nəticəsində Əhəmənilər dövləti tənəzzülə uğramağa başladı. E.ə. 500-449-cu illərdə Yunanıstan - İran müharibələri İran ordusunun döyüş qabilləyətinin zəiflədiyini göstərdi. Misir, Babilistan, Midiya, Kiçik Asiya və s. vilayətlərdə dəfələrlə baş vermiş üsyanlar e.ə. V əsrin sonundan sonra satraplar arasındakı daimi müharibələr Əhəmənilər dövlətinin tənəzülünü daha da sürətləndirdi.


Yüklə 155,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin