Humanitar fənlər


Cənubi Azərbaycanda sinifli cəmiyyət və şəhər dövlətlərinin meydana gəlməsi



Yüklə 155,5 Kb.
səhifə3/8
tarix02.01.2022
ölçüsü155,5 Kb.
#50901
növüMühazirə
1   2   3   4   5   6   7   8
UNEC 1634659885

Cənubi Azərbaycanda sinifli cəmiyyət və şəhər dövlətlərinin meydana gəlməsi

Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə məskunlaşan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar. Assuriya mənbələrində Manna qurulunadək Cənubi Azərbaycan ərazisində assuriyalarla mübarizə aparan müxtəlif çarlıqların adına rast gəlinir. Assuriya mənbələrinin verdiyi məlumatlardan görünür ki, e. ə. I-minilliyin əvvəlinədək - e.ə. VIII əsrlərədək olan dövrdə ayrı-ayrı çarlıqların birləşməsi prosesi getmiş və bunun nəticəsində onlar assuriyalara ciddi müqavimət göstərə bilmişlər. Urmiya gölünün cənubunadək ərazi uzun müddət Zamua adı ilə tanınmışdır. İlk dəfə olaraq bu ada II Adadnerarinin (e.ə.911) salnaməsində rast gəlirik. Zamua ilk birləşmiş torpağı e.ə. 881-ci ildə qeydə alınmışdır. Bu zaman onun başında Daqara ölkəsinin rəhbəri Nur-Adad dururdu.Zamualılar II Aşşurnasirpalin (e.ə.883-ci illər) qoşunlarına qarşı mübarizə divarını tikmişlər. Ancaq onlar assuriyalıların hücumlarına davam gətirə bilmişlər. Assuriyalıların qonşu vilayətlərə hücumundan istifadə edən Nur-Adad yenidən öz mövqelərini möhkəmlədir. E.ə.880-ci ildə Zamua əhalisi yenidən II Aşşurnasirpala qarşı mübarizə aparırlar. Zamualıların başında çar Ameka dururdu. O, assuriyalılara ciddi müqavimət göstərmişdi. Assuriyalılar Amekanı məğlub edə bilməmişlər. O, Sabua dağında möhkəmlənmişdi. Yazılı mənbələrin məhdud və ziddiyyətli olmasına baxmayaraq, Manna dövləti ərazisində istehsalın səviyyəsi və təsərüfatın formaları haqqında təsəvvür əldə etmək mümkündür. Tarixi araşdırmalar sübut edir ki, Urmiya gölü ətrafında yaşayan qədim tayfaların əsas peşəsi oturaq əkinçilik və maldarlıq olmuşdur. Torpağın münbüt və məhsuldarlığı, su ehtiyatının çoxluğu geniş otlaqlar, mülayim iqlim burada əkinçilik və malqarlıq təsərüfatının geniş miqyas almasına imkan vermişdi. Azərbaycanın hakim dairələrinin yerli əhalinin üzərinə qoyulan verginin taxıl, mal-qara, metal və metal məlumatlarından toplamaları burda əkinçiliyin və maldarlığın inkişaf etdiyini, metal ehtiyatının çoxluğunu və metaldan müxtəlif əşyalar, istehsal alətləri və s. hazırlayan vahid ustaların olduğunu sübut edir. Maddi-mədəniyyət nümunələri göstərir ki, burada qədimdən kənd təsərüfatı inkişaf etmişdir. Dəmirin əldə olunması xalqın məişətində geniş yer tutmuşdur. Torpağın şumlanmasında xışdan, dəmir toxalardan, taxılın biçilməsində dəmirdən hazırlanmış oraq və başqa istehsal alətlərindən, taxılın daşınmasında isə ikitəkərli və dört təkərli arabalardan istifadə edilmişdir. Mannalılar buğda arpa, darı, vələmir və s. dənli bitkilər yetişdirmiş və onları xüsusi anbarlarda saxlamışlar. Ölkədə yüksək texnikaya malik olan süni suvarma sistemi geniş yer tutmuşdur. Suvarma sistemində saxsıdan hazırlanmış xüsusi bicimli borulardan istifadə edilirdi. Şəhər qalaların və paytaxt şəhəri Zamrinin mövcud olması sənətkarlıq istehsalının yüksək səviyyəsi Assuriya kimi güclü düşmənə müqavimət göstərməsindən bəlli olur ki, Ameka çarlığı artır dövlət idi. Uzun müdddət Zamiya torpaqlarında yerləşən II Aşşurnasirpal bu torpaqların xeyli hissəsini tabe etmiş və burada qalacıq da tikdirmişdir. Bu torpaqları assuriyalılar sonralar Zamua və ya Mezamua adlandırmışlar. Ərazinin qalan hissəsi isə Daxili Zamua adlanmışdır. Urmiya gölünün qərb sahillərindı müstəqil Gilzan vilayəti mövcud idi. E.ə. 856-cı ildə III Salmanasara qarşı mübarizə aparan gilzanlılar məğlubiyyətə uğramış və ona vergi verməyə məçbur olmuşlar. Bir sıra vilayətlərin assuriyalılara qarşı birgə çıxışları, onların uzun müddətli müqaviməti göstərir ki, e.ə. I miniliyin əvvələrində Urmiyaətrafı vilayətlərdə birliklərin yaranması prosesi getmişdir. Bu vilayətlərdə güclü qala şəhərlərin aşkara çıxarılması burada ilk dəfə dövlət birliklərinin meydana çıxdığını söyləməyə əsas verir. Urmiya gölü ətrafı rayonlarda möhkəmlənmiş qalaların mövcud olması arxeoloji qazıntılarla da sübut edilir.

Yüklə 155,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin