1.Statistika elminin predmeti,metod və vəzifələri.Statistika müşahidəsi və statistika müşahidəsi və statistika materiallarının yekunlaşdırılması.
PLAN:
Satistika elminin predmeti,metodu və vəzifələri.
Statistik müşahidə və onun təşkilinin əsas formaları.
Statistik müşahidənin növləri və üsulları. Xüsusi təşkil edilmiş statistik müşahidə.
İlk uçot və hesabat.
Yekunlaşdırma haqqında anlayış.
“Statistika” termini latın sözü olan “status”-dan əmələ gəlmişdir ki, hərfi mənası hadisələrin vəziyyəti deməkdir.Bu termindən ilk dəfə alman alimi Qotfrid Axenval (1719-1772) istifadə
etmişdir.
Hazırda statistika termini 3 mənada işlədilir.Statistika dedikdə, 1-cisi, adamların xüsusi praktiki
fəaliyyət sahəsi başa düşülür;
cisi, nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi başa düşülür;
cüsü, müxtəlif hesabatlarda əks etdirilən dövri mətbuatda və külliyatlarda dərc edilən statistik məlumatlar başa düşülür.
Elmin başlıca xüsusiyyəti və onu digər elmlərdən fərqləndirən özünəməxsusluğu onun predmetində ifadə olunur.Statistikanın predmetini kütləvi sosial-iqtisadi həyat hadisələri təşkil edir.O,müəyyən məkan və zaman şəraitində bu hadisələrin kəmiyyət tərəfini onların keyfiyyət məzmunundan ayrılmaz surətdə öyrənir.Cəmiyyət həyatında baş verən hadisə və prosseslər statistika tərəfindən statistik göstəricilər vasitəsilə öyrənilir.
Statistik göstərici-öyrənilən hadisənin xassəsinin(xüsusiyyətinin) kəmiyyətcə qiymətləndirilib ,onların inkişaf qanunauyğunluqlarını və qarşılıqlı əlaqəsini xarakterizə edir.Statistik göstəricinin 2 əsas növü vardır:
Uçot –qiymətləndirmə göstəriciləri;-öyrənilən hadisənin həcmini vəya səviyyəsini əks etdirir.Hadisələrin müəyyən məkanda və anda yayılma həcmini vəya ikişafını əks etdirir.
Analitik göstəricilər- statistik informasiyanın təhlili üçün tətbiq edilir və öyrənilən hadisənin inkişaf xüsusiyyətlərini (əlamətin tipikliyini,onun ayrı ayrı hadisələrə nisbətini,zamanca inkişaf surətini və s.) xarakterizə edir.