13. Əhali statistikası İlk dəfə 1855 –ci ildə Belçikalı statistik Açil Guillard tərəfindən istifadə edilimiş “demoqrafiya” termini, latın dilində xalq mənasını bildirən “demos” və saymaq anlamına gələn “qrafos” sözlərindən yaranmışdır.
Demoqrafiya statistikası qarşıya qoyulan məqsəddən asılı olaraq bir sıra məsələləri həll edir. Onlardan ən mühümü aşağıdakılardır: 1) əhalinin sayını və Respublika ərazisində yerləşməsini müəyyən etmək; 2) müəyyən əlamətlər üzrə əhalinin tərkibini öyrənmək, 3) əhlinin təbii hərəkətini öyrənmək , 4) əhalinin miqrasiyasını öyrənmək 5) əhalinin prespektiv sayını və tərkibini proqnozlaşdırmaq.
Burada əhali anlayışı müəyyən ərazidə yaşayan adamların məcmusuna deyilir. Demoqrafiya statistikası əhalinin tərkibini müxtəlif əlamətlərə görə: cinsə, yaşına, milliyyətinə, ailə vəziyyətinə və başqa əlamətlərə görə öyrənir. Əhalinin tərkibi dedikdə, müəyyən əlamətlərə görə əhali qruplarının bölüşdürülməsi başa düşülür. Əhalinin cins tərkibi dedikdə isə kişi və qadınların sayı və nisbəti başa düşülür ki, bu da əhalinin cins quruluşu adlanır. Əhalinin cins tərkibinin statistik öyrənilməsi böyük sosial –iqtisadi və demoqrafiq əhəmiyyətə malikdir.
Əhalinin sayı müəyyən ərazidə yaşayan şəxlərin məcmu ilə ölçülür. Əhalinin sayı böyük sosial –iqtisadi əhəmiyyətə malik olmaqla bərabər bir sıra göstəricilərin hesablanmasında da geniş istifadə olunur. Doğum, ölüm və habelə ərazidə öz yerini dəyişməsi nəticəsində əhalnin sayı daim dəyişilir. Əhalinin sayı müəyyən vaxt anına müəyyən edilir, buna kritik moment deyilir. Məsələn əhalinin 1999 –cu il siyahıya alınması zamanı yanvar ayının 27 –dən 28 –nə keçən gecə yerli vaxtla saat 12 :00 –kritik an heasb edilir.
Millət dedikdə dil, ərazi, iqtisadi həyat və mədəniyyət birliyi əsasında tarixən yaranan möhkəm insan birliyi başa düşülür. Əhalinin sayı və tərkibi -əvvəlki ilin üzərinə il ərzində döğulanları və ölkəyə gələnləri əlavə etmək, ölənləri və ölkədən gedənləri isə çıxmaqla hesablanmaq olar.
P= +b+c-d-l
= +(B-D) +(C-L)
Təbii artım –il ərzində döğulanların və ölələrin fərqi kimi göstərilir :
=b-d
Miqrasiya artımı –il ərzində gələnlər və gedənlərin fərqi kimi hesablanır;
=c-l
Miqrasiya göstəricisi hər şeydən əvvəl həmin yaşayış məntəqəsinə gələnlərin və oradan gedənlərin sayı və onların fərqi ilə müəyyən olunan miqyasiya saldosudur.
Əhaliyə dair informasiyanın əsas mənbələri onun təbii və mexaniki hərəkətinin uçotundan, əhalinin siyahıyalınmasından, siyahılardan, registlərdən, birdəfəlik və seçmə müşahidələrin materiallarından ibarətdir.