1439a/ Ağayeva Həmidə



Yüklə 24,77 Kb.
tarix20.02.2022
ölçüsü24,77 Kb.
#52856
referat 1528


1439a/ Ağayeva Həmidə

Nəqliyyatda ekoloji problemlər

Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi

Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir.Avtonəqliyyat - atmosfer çirklənməsini əsas mənbəyi benzinlə işləyən nəqliyyat növləridir.ABŞ-da atmosfer çirklənməsində avtomobillər – 75%, təyyarələr – 5% , dizel yanacaqları ilə içləyən avtomobillər – 4%, troktorlar və kənd təsərrüfatı maşınları – 4%, dəmir yolu və nəqliyyatı isə - 2% iştirak edir.Atmosferi çirkləndirən zərəli maddələrin sayı 40-a çatır.bunların ən əsası karbon qazı – 19% , azot isə təxminən -9% təşkil edir.Atmosferə buraxılmış qazlarla birlikdə karbon oksidi (JO) və azot oksidi (NOx) , tam yanmayan karbohidrogenlər (HhJm) daxil olur ki, onlar digər qazlarla birgə atılmış karbohidratların ümimi çəkisinin təxminən 60% -ni təşkil edir.Onlar əsasən avtomobil katerində 20%, yanacaq qabında 10%-ə, karbüratordan – 10%-ə yaxın atmosferə daxil olur.Şəhərlərdə avtomobillərin artması, ətraf mühitə buraxılan zəhərli maddələrin miqdarını artırır. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Əvvəllər bunaəhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az olduguna ğörə bu, ətraf mühit üçün o qədər də qorxulu sayılmırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir. Dünyada avtomobil mühərriklərində hər il 2 milyard tondan çox neft yanacağı işlədilir. Bu zaman faydalı iş əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% isə ətraf mühiti qızdırmağa gedir. Orta hesabla ildə 15.000 km yol gedən minik maşını 4350 kq oksigen işlədir. Eyni zamanda o, atmosferə 3250 kq CO2, 350 kq CO və 93 kq başqa zərərli qazlar buraxaraq havanı zəhərləyir. Avtomobil 100 km yol getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir.

Fransız alimi J.Detrinin məlumatına görə benzin və dizellə işləyən mühərriklərin havaya buraxdığı qazların tərkibi uygyn olaraq aşağıdakı kimi səciyyələnir:

CO2 - 9,0 və 9,0%; CO- 4,0 və 0,1%, oksigen – 4,0 və 9,0%; hidrogen- 2,0 və 0,03%; aldehidlər 0,004 və 0,002; azot oksidi- 0,06 və 0,04%; kükürd qazı-0,006 və 0, 02%. Avtomobillərin atmosferə buraxdıgı zərərli qazların konsentrasiyası yalnız mühərriyin tipindən deyil, həm də avtomobillərin texniki vəziyyətindən, onlara edilən xidmətdən, qidalanma və yanma sisteminin vaxtlı – vaxtında tə-

mirindən və yolun xarakterindən asılıdır. Benzinlə işləyən mühərriyin yalnız karbyuratorunun lazımı səviyyədə tənzimlənməməsi nəticəsində havaya buraxılan CO-nun miqdarı 4-5 dəfə artır.

Avtomobillər atmosfer havasını yalnız işlənmə qazların toksik komponentləri ilə deyil, həm də yanacağın buxarı, təkərlərin tozu ilə cirkləndirir. Hər bir avtomobil atmosferə ildə 10 kq rezin tozu buraxır.

Şəhər şəraitində mühərriklərin buraxdığı qazların tərkibinə həm də avtomobillərin iş rejimi təsir göstərir. Aşağı sürətli hərəkətdə və sürəti tez-tez dəyişdikdə, tez-tez tormoz verdikdə və ötüş zamanı zərərli qazların çoxalması baş verir. Mühərrikləri daxili yanacaqlarından (MDY) toksik tullantılar əsaən karter qazlarından, buxardan, karburatordan və yanacaq qabından istifadə olunduqdan sonra axan qazlardır.Əsas toksik məhlullar istifadə olunmuş BDY qatlar ilə ətraf mühitə daxil olur.Karter qazı və buxarın atmosferə daxil olan yanacağın 45% təşkil edir.Bu da JhHn –nin tullantısı hesabınadır.MDYədə istifadə olunmuş qazların tərkibini öyrənərək tədqiqatçılar müəyyən etmişlər ki, bu qazlar bir neçə kompanenti özündə birləşdirir.Dioksid kükürdləri , istifadə olunmuş qazlar , həll olunmuş və yığılmış ilk yanacaq məhsullarıdır.Atmosferə zəhərli maddələrin daxil olmasının səbəbi avtomobilin mühərriklərinə qaz halənda daxil olan toksik maddələrin güclü çirklənməyə səbəb olmasıdır.Etil benzinin tərkibində olan birləşmiş qurğuşunların 70%-ə qədəri atmosferə atılır, 30% yerə çökür, 40%-I isə atmosferdə qalır.Bir yük avtomobilinin 2.5-3 ton yük qaldırılması zamanı yanacağın növündən asılı olaraq müəyyən miqdarda qurğuşun mühitə buraxılır.Qurğuşunun konsentrasiyası benzinin tərkibindən asılıdır.Avtomobil nəqliyyatının şosselərdə yaşıl işıqda hərəkətinin nizanlanması yanacaqdan az istifadə olunmasına səbə olur, bu da ətraf mühiti çirkləndirən tullantıların miqdarının azalmasına gətirib çıxarır.Mühərriklərin iş rejimi, yanacağın keyfiyyəti, hava ilə əlaqəsi, yanma dövrü, kameranın yuxarı yanma hissəsinin normal işlənməsindən asılı olaraq ətraf mühitin çirklənməsinə təsir edir.Yanacaq kamerasına daxil olan hava kütləsi karbon qazının və karbohidrogenli tullantıların azalmasına, azot oksidinin artmasına səbəb olur.Baxmayaraq ki, dizel yanacaqları iqtisadi cəhətdən çox sərfəlidir, onlardan atmosferə yanmayan JO2 , HnJ m , NOv tullantıları, spesifik iyli daha çox atılır.

Dəmiryol vagzalları və onların ətraf ərazilərinin atmosferi parovozlar və teplavozlar tərəfindən çirklənir. Ha- zırda çox ölkələrdə, o cümlədən respublikamızda çəkici qüvvə elektiriklə əvəz olunduğundan bu sahədə çirklən- mə xeyli aşagı düşmüşdür.Lakin təəssüflə qeyd etmək lazımdır ki, Bakı və Gəncə şəhərlərində elektirik gücü ilə işləyən tramvay və tralleybus xətləri çox yerdə sökülmüşdür.Havanın lokal çirklənməsi həmçinin daş kömür və digər ağır yanacaqla işləyən dəniz və çay gəmiləri tərəfindən müşahidə olunur. Hava nəqliyyatı da hazırda havanı çirkləndirən mənbə hesab edilir. J.Detriyə görə reaktiv təyyarələr uçuş zamanı aşağıdakı qədər zərərli qarışıqlar ayırır: Aldehidlər – 0,7kq /m3 , CO2 – 6,5 kq /m3 , karbohidrogenlər – 1,7 kq /m3 , azot oksidləri – 4,3 kq /m3 , sülb hissələr – 6,3 kq /m3. Dizel mühərrikləri ilə işləyən traktor və kombaynlar da havaya zərərli komponentlər buraxmaqla onu çirkləndirir.

Hazırda dünyada daxili yanacaq mühərrikli avtomobillərdə il ərzində 2 milyard tondan sox neft yanacağı işlənir. Bu zaman faydalı iş əmsalı 23% təşkil edir. Qalan 77% ətraf mühitin qızmasına ğedir. Rusiyada avtonəqliyyat atmosferə hər ğün 17 milyon ton çirkləndirici maddələr atır. Daha agır ekoloji vəziyyət Moskva, Sankt-Peterburq, Tomsk və Krasnodar şəhərlərində müşahidə olunur. Şəhər əhalisinin xəstəliklərinin 30%- i avtomobilllərin havaya buraxdıgı çirkləndirici qazarla əlaqədardır. Avtomobil mühərrikləri ilə şəhər havasına 25%-dən artıq CO2,65%karbohidrogenlər və 30% azot oksidi atılır.

Son illər dünyanın iri avtomobil kompaniyaları ekoloji təhlükəsiz avtomobil mühərriklərinin istehsalı üzrə çalışırlar. İşçi mühərriklərini daim təkmilləşdirərək yeni, yanacağın tam yanmasını təmin etmək istiqamətində işlər aparılır. Avropa və ABŞ-ın qabaqcıl firmalarının avtomobilləri 80-cı illərə nisbətən 10-16 dəfə atmosferə az zərərli qaz buraxır. Bu mühəriklərin zəifləşdirilmiş qarışıqla işləməsi, çox qlapanlı sistem, elektron işə salma nəticəsində əldə edilir.

Elektron sistemlə idarəetmədən istifadə olunaraq mühərriyi, tormuzu və başqa aqreqatları optimallaşdırmaqla avtomobili ekoloji baxımdan təmiz saxlamaq olar.

Almaniyada avtomobil yanacağını 100 km məsafədə 9-ildən –4 ilə qədər azaltmaq vəzifəsi qarşıya qoyul- muşdur. «Misubisi motors» kompaniyası yeni klas mühərrikli maşınlar buraxır. Bircərgəli, 4 silindrli, işçi həcmi 1,8 l olan belə mühərriklərlə şəhər şəraitində yanacağa 25% qənaət olunur.

1997-ci ildə «Mersedes-Bens» xüsusi kiçik dərəcə «A» indeksli avtomobilin prezentasiyası keçirildi. Elə hə- min ildən onun sənaye buraxılışı da oldu. Alıcılara 2 yeni benzin mühərriki –60-75 kvt gücü ilə, həmçinin 2 tur- bodizel mühərriki olan 44 və 66 kvt gücü ilə. Yanacaq sərfi 100 km gedişdə 4 L – dən – 7 L təşkil edir. 1997-ci ildə Frankfurtda (Almaniya) «Audi»firmasının eksperimental modeli «Az-2» avtomobil salonunun ən parlaq yeniliyi sayılır. Bu avtomobil təmiz alüminiumdan olub 3 silindrli mühərrikli, 4 yerli maşındır – qabaqcadan «A-2» adlandırılmışdır. Bu super iqtisadi maşın ən az benzin işlədərək bu baxımdan rekord sayılır. «A-2» avtomobili 100km məsafədə 3 l benzin işlədir. Belə maksimal qənaəti yanacağı ötürən turbodizel mühərriyi təmin edir.

Avtomobillərin tullantı qaz yollarında qoyulan neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır. Məsələn, ABŞ-da neytrallaşdırıcılar 1980-cı ildəki 76 mln. tondan 1985-ci ildə 55 mln. tona qədər azaltmışdır. Bu ölkədə 85% avtomobillər neytrallaşdırıcılarla təchiz edilmişdir. İsveçdə 48 müxtəlif avtomobil modellərinin, çıxan qazları neytrallaşdıran katalitik süzgəclərlə təchiz olun- ması zərərli qazları xeyli azaltmışdır, o cümlədən karbon oksidi 34%, karbohidrogenlər – 36%, azot oksidləri – 58% azalmışdır.

Rusiyada hazırlanan katalitik katalizatorların sınaqdan keçirilməsi göstərdi ki, onlar işlənmiş qazlarda CO – nu 80%, CH –70%, NO –nu 50% azaldır. Bu zaman tullantıların zərərlilik dərəcəsi cəmi 10 dəfə azalır.

Ən yaxşı katalizatorun PLATİNDƏN olması müəyyən edilmişdir. Lakin baha olması ondan geniş istifadə edilməsinə imkan verə bilməz. Digər ucuz və çox tapılan katalizatorların axtarışı göstərdi ki, platini palladi, ruteni, həmçinin mis oksidi, xrom oksidi, nikel oksidi, manqan-2-oksid əvəz edə bilər.

Rusiyada neytrallaşdırıcı istehsalında alüminium-oksiddən istifadə olunur. Termoreaktorda CO və CH-ın oksidləşməsi prosesində əlavə havanın verilməsi tələb olunur, azot oksidinin (NO) bərpa olunması prosesində isə hava tələb olunmur. Müasir katalitik neytrallaşdırıcılar iki kameralı reaktor şəklində yerinə yetirilir: kamera- nın birində CO və CH-ın oksidləşməsi, digərində isə NO -nun bərpası gedir. Bu tip neytrallaşdırıcılardan benzin və dizel mühərriklərində istifadə olunur. Ural elektrokimyəvi kombinatında müxtəlif markalı avtomobillər üçün hər il 2 mln. katalitik blok istehsal olunur. 1997-ci ildən Rusiya hökuməti Moskvada istismar olunan bütün avtonəqliyyat vasitələrinin işlənmiş qazların neytrallaşdırıcıları ilə təchiz olunmasına başlanmışdır.

Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır. Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomo- bil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yük- lənir.

İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı ya- nacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət edərkən yanacaq 3-4 dəfə çox işlənir, bunun da nəticəsində atmosferə buraxılan zərərli maddələrin miqdarı ço- xalır. İri sənaye şəhərlərində hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.

Rusiyada nəqliyyatın ən çox ağır ekoloji şərait vəziyyəti Moskva şəhərində yaranmışdır. Burada orta hərəkət sürəti 12km /saata enmiş, dayanmadan orta hərəkət uzunluğu 400-500 m – dir. Hər 4 – cü avtomobilin mühərri- yi dövlət standartının tələbinə cavab vermir. Yaşayış evlərinin pəncərəsi altında havanı hər gün yüzlərlə maşın mühərriyi qızdırır. Yeraltı yollar çox avtomobil toplaşan yolayrıcılarının yükünü azaldır. Belə ki, svetoforun yanında avtomobil-

lər daha çox qaz verir və boş – boşuna dayanır. Küçələrin və meydançaların altında piyadalar üçün düzəldilən şaxələnmiş yeraltı tonnellər avtonəqliyyatın şəhər mühitinə zərərli təsirini azaldır. Hazırda belə tonnnellər Moskvada 400 – dən artıqdar.Bakı şəhərində isə 10- a qədərdir .

Şəhərin girəcəyində iri yük maşınları üçün tikilən xüsüsi terminallar da şəhər daxilində avtomobillərin sayını azaldır. Belə terminallarda gözətçi dayanacaqlar, mehmanxana, yeməkxana, kafe, duş, kömrük məntəqəsi, avto- servis və s. kompleksi fəaliyyət göstərir.

Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həcminin artırılması və möv- cud trasların rekonstruksiyası nəzərdə tutulur. Əsas məqsəd – avtomobillərin hərəkət sürətini 50 – 60 km / saata çatdırmaqdır. Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azaltmaq üçün effektiv tədbirlərdən biri də şəhərdə piyada zonaları təşkil etmək və ora nəqliyyat vasitələrinin getməsini qadağan etməkdir. Nəqliyyat tonnelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini müx- təlif səviyyələrdə bölüşdürməlidir. Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər əhalisinin şəraitini pisləşdirir.

Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar tikilir. Çoxmərtəbəli qarajlar fəaiyyət göstərən rayonlarda yer haqqı alınması da həyata keçirilir. Moskvanın bir neçə mikrorayonunda çoxmərtəbəli qarajların tikilməsi üçün yerlər ayrılmışdır.

Respublikamız inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir.Ekoloji baxımdan isə nəqliyyatın səviy- yəsi çox aşağıdır.Nəqliyyat vasitələrinin əksəriyyəti keçmiş SSRİ ölkələrində istehsal edilmişdir.Onların modelləri əsas texniki göstəricilərinə görə inkişaf etmiş ölkələrdə istehsal edilən nəqliyyat vasitələrindən çox geri qalır.Köhnə, istismar müddəti çoxdan başa çatmış, ucuz qiymətlə xarici dövlətlərdən gətirilmiş texniki cəhətdən yararsız avtomobillərin istismarı nəticəsində şəhərlərin havasına külli miqdarda zərərli

qazlar buraxılır. Qeyd edək ki, böyük sərnişin avtobuslarının çoxu az sərnişin tutumu olan mikroavtobuslarla əvəz edi- lir.Bunun nəticəsində yollarda tıxaclar yaranır, havaya buraxılan zərərli qazların miqdarı dəfələrlə artır.Ba- kı və Gəncə şəhərlərində havanı çirkləndirməyən nəqliyyat növləri (tramvay, trolleybus) də demək olar ki, sıradan çıxarılmışdır. Respublikamızda hazırda avtomobillərdən atılan tullantıların zərərlilik hədlərini müəyyənləşdirən eko- loji təhlükəsizlik standartları yoxdur.Bu günədək keçmiş SSRİ – nin standartları qüvvədə qalır, bu stan- dartlar isə müasir beynəlxalq tələblərə cavab vermir.Avtomobillərin ekoloji göstəricilərinə nəzarət tələb olunan səviyyədə deyil.

Əksər avtomobil magistral, şəhər, rayon mərkəzləri və kənddaxili yolların standartlara cavab verməyən səviyyədə olması,bir çoxunun isə yararsız hala düşməsi və ya sıradan çıxması avtonəqliyyat tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının daha da artmasına səbəb olur.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan dayanaqlı ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:

- Avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ – hüquqi akt- ların qəbul edilməsi;

- Nəqliyyat sahəsində harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik siteminin təkminləşdirilməsi.

- Avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq novlərinə keçilməsi (sıxılmış maye qaz, bioqaz və s.)

- Tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utiliza edilməsinin təşkili.

- Ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndiril- məsi.

- Avtomobil və dəmir yollarının müasir dünya standartlarına uyğun rekonstruksiya olunması.



- Ölkəyə daxil olan avtomobillərin mühərrəklərinin kataliktik qaz neytrallaşdırıcıları ilə təmin olunma- sına və Avropa ölkələri üçün müyyənləşdirilmiş toksiklik normaların uyğunluğuna nail olmaq.

- Şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq və tıxacların qarşısını almaq məqsədilə yaşayış məntəqələri ətrafında dairəvi avtomagistral yolların çəkilməsi, şəhərdə əhalinin sıxlıq təşkil etdiyi yerlərdə (məs, Əzizbəyov metrosu stansiyasının yanı, 8 – ci km bazarının yanı və s.) yeraltı yolların salınması.
Yüklə 24,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin