Azərbaycan hava yollari” Q. S. C milli Aviasiya Akademiyası



Yüklə 116,42 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü116,42 Kb.
#46469
  1   2   3
Fərəh 2210a sişN8 NE


AZƏRBAYCAN HAVA YOLLARI”

Q.S.C

Milli Aviasiya Akademiyası



Sərbəst iş 8

Fakültə : Nəqliyyat Texnologiyaları

Kafedra : Əraf mühitin aerokosmik monitorinqi

Qrup : 2210a

İxtisas : Logistika və nəqliyyat texnologiyalar mühəndisliyi

Fənn : Nəqliyyat ekologiyas

Tələbə : Fərəh Şahverdiyeva

Müəllim : c.e.d., professor Səfərov Surxay

Bakı 2021

Azərbaycanda avtomobil nəqliyyatı ilə ətraf mühitin çirklənməsi problemləri

Məlumdur ki, nəqliyyatın inkişafı sivilizasiyanın tərəqqisinə yardımçı olaraq, eyni zamanda ətraf mühitə zərərli təsir göstərir, bəşəriyyətin bir çox problemlərini dərinləşdirərək dünya sivilizasiyasını qlobal ekoloji fəlakətə aparan amilə çevirir. Bu onunla əlaqədardır ki, nəqliyyat kompleks şəkildə regional ekoloji problemlər yaradır. Nəqliyyatın müxtəlif növləri — avtomobil, dəmir yolu, su, hava nəqliyyatı yalnız onun istismarı ilə əlaqədar problemləri deyil, həm də nəqliyyat vasitələrinin istehsalı, onlara texniki xidmət göstərilməsi, işlənmiş (metal, plastik, yağlar və s.) materialların təkrar istifadəsi ilə əlaqədar problemlər yaradır. Respublikamız inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir. Ekoloji baxımdan dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi səviyyəsi isə çox aşağıdır. Belə ki, ölkəmizdəki nəqliyyat vasitələrinin böyük əksəriyyəti MDB ölkələrində istehsal edilmişdir. Onların modelləri bütün əsas texniki göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) yüksək inkişaf etmiş ölkələrdə istehsal edilən nəqliyyat vasitələrindən nəzərə çarpacaq dərəcədə geri qalır. Həmin nəqliyyat vasitələrinin əksəriyyəti fiziki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətə düşmüşdür. Hal—hazırda ölkədəki avtomobillərdən atılan tullantıların zəhərlilik hədlərini müəyyənləşdirən ekoloji təhlükəsizlik standartları yoxdur. Bu günədək ölkədə keçmiş SSRİ—nin standartları qüvvədə qalır ki, bu standartlar da müasir beynəlxalq tələblərə cavab vermir. Avtomobillərin ekoloji göstəricilərinə nəzarət tələb olunan səviyyədə deyil. Əksər avtomobil magistrallarının standartlara cavab verməyən səviyyədə olması, bir çoxunun isə sıradan çıxması avtonəqliyyat vasitələri tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının daha da artmasına səbəb olur. Avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan dayanıqlı inkişafı təmin etmək məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir: avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ hüquqi aktların qəbul edilməsi; nəqliyyat sahəsində ekoloji yönümlü harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik sisteminin təkmilləşdirilməsi; avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq növlərinə keçilməsi (sıxılmış maye qaz, bioqaz və s.);avtomobil və dəmir yollarının müasir dünya standartlarına müvafiq rekonstruksiya olunması; şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığının azaldılması və tıxacların qarşısının alınması məqsədilə yaşayış məntəqələrinin ətrafında dairəvi avtomagistral yolların çəkilişinə üstünlük verilməsi.

Təbiətin mühafizə obyektlərindən biri də atmosferdir. Mahiyyət etibarı ilə, hava və insanı əhatə edən ətraf mühit eyni zamanda təbii mühitdir.

Atmosferin çirklənməsi, xüsusən də antronogen yolla çirkləndirilməsi şübhəsiz ki, nəqliyyat vasitələrinin sayının artması ilə funksional şəkildə əlaqədardır. Bildiyimiz kimi, nəqliyyatın müxtəlif növlərinin fəaliyyəti nəticəsində hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır.

Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.


Yüklə 116,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin