1.İxtiyari diqqət Qeyri-ixtiyari diqqət İxtiyaridən sonraki diqqət İxtiyari diqqət



Yüklə 310,74 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix13.11.2022
ölçüsü310,74 Kb.
#68940
  1   2   3   4   5   6   7   8   9   10   11
30-44



30.Diqqətin növləri 
Diqqətin 3 növü var: 
1.İxtiyari diqqət 2.Qeyri-ixtiyari diqqət 3.İxtiyaridən sonraki diqqət
 
1.İxtiyari diqqət- qarşıya qoyulmuş şüurlu məqsədlə əmələ gələn və 
müəyyən iradi səy tələb edən diqqətə deyilir. Bunun yaranması insanın 
xüsusi niyyəti və məqsədilə bağlıdır. İxtiyari diqqətdə cisim və hadisələr 
insan üzərində deyil əksinə insan onların hakim olur. 
2.Qeyri-ixtiyari diqqət- heç bir xüsusi məqsədlə niyyət bağlı olmayan və 
iradi cəhd tələb etməyən diqqətə deyilir. Qeyri-ixtiyari diqqət 
heyvanlardada vardır. Bu insanın emosional vəziyyətindən asılı olaraq 
əmələ gəlir (əhval,təlabat,maraq). Qeyri ixtiyari diqqətin əmələ gəlməsi 
üçün təsir edən qıcıqlandırıcılar bəzi xüsusıyyətlərə malik olmalıdır. 
Qıcıqlayıcının qüvvəsi və gözlənilmədən təsiri -(qüvvətli səs,güclü 
işıq,kəskin iy).Qıcıqlayıcının yeniliyi- yeni əyani vəsait,yeni maşın 
modeli,sinifdə yeni şagirdin olması və s. ətrafda olan yenilik,dəyişiklik 
dərhal diqqəti cəlb edir bələdləşmə refleksi əmələ gətirir. Obyektin 
hərəkətdə olması-hərəkətin bir anda başlıyıb daha sonra kəsilməsi 
diqqəti cəlb edir. Hərəkətdə olmayan şeylər insanın diqqətini cəlb 
etmir. 
3.İxtiyaridən sonrakı diqqət- diqqətin bu növünün birinci mərhələsi 
ixtiyari diqqətə, ikinci mərhələsi isə qeyri-ixtiyari diqqətə oxşayır. Yəni 
ixtiyari olaraq baş verir daha sonra qeyri-ixtiyari olaraq davam edir. 
31.Hafizənin ümumi səciyyəsi 
Hafizə
 keçmiş təcrübənin insan beynində nəqşlənməsi,hifz 
edilməsi,yadda saxlanması və yada salınmasından ibarət olan psixi 
prosesə deyilir. Hafizə insan təcrübəsinin bünövrəsini təşkil edir. 
Hafizənin əsasını həmişə müəyyən rabitələr təşkil edir. Bunlar Aristotel 
tərəfindən irəli sürülən 3 prinsipə əsaslanır: 1.Qonşuluq rabitəsi 
2.Oxşarlıq rabitəsi 3.Əkslik rabitəsi. 



Yüklə 310,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin