2 Dİskİn və həlqənİn ətalət momentlərİnİn təyİnİ



Yüklə 1,09 Mb.
səhifə1/6
tarix20.12.2022
ölçüsü1,09 Mb.
#76808
  1   2   3   4   5   6
2L DİSKİN ƏTALƏT MOMENTİNİN TƏYİNİ (1)


2 Dİskİn və həlqənİn ətalət
momentlərİnİn təyİnİ

İşin məqsədi: Fırlanma hərəkətinin dinamikasını öyrənmək, disk və həlqənin ətalət momentlərini təcrübi ölçərək, onları nəzəri hesablanmış qiymətlərlə müqayisə etməkdən ibarətdir.

Ləvazimat: 90 sm uzunluğunda poladdan hazırlanmış dayaq çubuğu, fırlanma hərəkəti sensoru, müxtəlif kütləli yüklər, qollu tərəzi, ştangenpərgar və ya mikrometr, interfeys, «Date Studio» proqram təminatı.

Fırlanma hərəkətinin kinematika və dinamikası

Mexaniki hərəkətin növlərindən biri olan fırlanma hərəkəti zamanı cismin bütün nöqtələri mərkəzləri, «fırlanma oxu» adlanan ox üzərində yerləşən və bu oxa perpendikulyar müstəvilərdə çevrələr boyunca hərəkət edirlər. Əgər baxılan hesablama sistemində fırlanma oxu hərəkətsiz olarsa, fırlanan cisim «oxu bərkidilmiş cisim» adlanır. Fırlanan cismin hərəkəti həm xətti kəmiyyətlərlə ( - qövsün uzunluğu, - xətti sürət, - xətti təcil), həm də bucaq kəmiyyətləri ilə ( - dönmə bucağı, - bucaq sürəti, - bucaq təcili) təsvir oluna bilər.


Fırlanma hərəkəti zamanı cismin müxtəlif nöqtələrinin getdiyi yollar, etdiyi yerdəyişmələr, habelə sürətlər və təcillər müxtəlif olur. Fırlanma hərəkəti zamanı bütün nöqtələri üçün eyni olan bucaq kəmiyyətləridir.
Dönmə bucağı (φ), fırlanan cismin hər hansı nöqtəsinin cızdığı qövsün uzunluğunun bu qövsə uyğun radiusa olan nisbətinə deyilir: .
Bucaq sürəti (ω), dönmə bucağının zamana görə birinci tərtib törəməsinə bərabərdir:
Bucaq sürəti vektoru fırlanma oxu boyunca yönəlir. Onun istiqaməti sağ burğu qaydası ilə təyin edilir: burğunun dəstəyinin hərəkət istiqaməti bərk cismin fırlanma istiqaməti ilə üst-üstə düşdükdə burğunun irəliləmə istiqaməti vektorunun istiqamətini göstərir.
Bucaq təcili (ε). Bucaq təcili, bucaq sürətinin zamana görə birinci tərtib, yaxud dönmə bucağının zamana görə ikinci tərtib törəməsinə bərabərdir:

Bərabəryeyinləşən fırlanma hərəkətində , və


olur. Bərabəryavaşıyan fırlanma hərəkətində ,

olur.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin