İxtisas yönümlü təcrübə müalicə işi şöbəsində II kurs IV semestrin sonunda semestr imtahanlarından sonra keçirilir. Təcrübə müalicə - profilaktika müəssisələrinin terapiya, cərrahiyyə, pediatriya şöbələrində keçirilir.
Mövcud proqram tibb məktəbi müəllimlərinə təcrübənin təşkili, idarə olunması və nəzarəti üçün rəhbər sənəd ola bilər. Eyni zamanda bu proqram təcrübə rəhbərlərinin, müalicə-profilaktika müəssisəsinin nümayəndələrinin işinə kömək edəcək.
Bundan əlavə, tələbələr proqramdan təcrübəyə hazırlıq zamanı, təcrübə keçərkən və attestasiya üçün istifadə edə bilərlər.