2. Uşaq poliklinikaları
Ana və uşaq mühafizəsi - ümumilikdə ölkə əhalisinin sağlamlığının qorunması və möhkəmləndirilməsinin rəhnidir. Sağlamlığın bünövrəsi uşaq yaşlarından qoyulur və uşaqların sağlamlıq vəziyyəti hansı göstəricilərlə ifadə ediləcəksə, böyüklərin və ümumilikdə əhalinin sağlamlığı da müəyyən dərəcədə bu göstəricilərdən asılıdır. Yaddan çıxarmaq lazım deyildir ki, uşaqların sağlamlığına, xüsusən də həyatlarının ilk illərində, ananın sağlamlığı xeyli təsir göstərir. Seçmə sosial-gigiyenik müayinələrin nəticələri onu təsdiq edir ki, 25-30% hallarda uşaqların sağlamlığı ananın sağlamlığı ilə müəyyən edilir, onun təkcə hamiləlik dövründə deyil, həm də heyatı boyu yaşayış torzinin xaraktori ilo toyin odilir.
Qadınlara və uşaqlara tibbi yardımın təşkili digər əhali qruplarında olduğu kimi eyni prinsiplərin əsasında aparılır, lakin daha qabarıq profilaktik istiqamət daşıyır.
Qadınlara və uşaqlara yardım göstərən müəssisələr şərti olaraq 3 qrupa bölünürlər:
-
müalicə-profilaktik
-
sağlamlaşdırıcı
-
tərbiyəvi
Ən çoxsaylı qrupu müalicə-profilaktika idarələri təşkil edir ki, onların tərkibinə ambulator-poliklinika, stasionarlar və təcili tibbi yardım stansiyaları daxil edilir. Ana və uşaqların mühafizəsi sistemində ən mühüm halqa mama-ginekoloji xidmətin təşkili sayılır. O, təkcə qadınların sağlamlığının mühafizəsini deyil, həm də ante-, inttra və postnatal dövlərdə uşaqların sağlamlığının mühafizəsini təmin edir. Məhz həmin dövrlərdə gələcək nəsilin sağlamlığının bünövrəsi qoyulur və formalaşması baş verir.
Mama-ginekoloji yardım sistemində qadın məsləhətxanaları aparıcı yer tuturlar, onlar dispanser tipli müalicə-profilaktika müəssisələrinə aid olub, qadınları onların həyatının bütün dövrlərində ambulator-poliklinika müşahidəsi aparılır. Çox zaman (80%) qadın məsləhətxanaları çoxprofilli poliklinikaların tərkibində, az hallarda (10%) tibbi-sanitar hissələrin nəzdində yerləşir.
Uşaq əhalisinə ambulator-poliklinik tibbi xidməti göstərən aparıcı müəssisə uşaq poliklinikası hesab edilir. Uşaq poliklinikaları müstəqil və birləşmiş uşaq xəstəxanasının tərkibində ola bilər. Tibbi yardımın göstərilməsi poliklinikada, evdə, məktəbəqədər uşaq müəssisələrində və məktəblərdə həyata keçirilir. Uşaqların əsas hissəsi (75-85%) müalicəni uşaq poliklinikalarında alır.
Uşaq poliklinikasında işinin təşkili müalicə-profilaktika yardımının ümumi prinsiplərinə müvafiq olaraq qurulur: əhaliyə tibbi xidmətin göstərilməsi sahə prinsipi və profilaktik iş metodu ilə təşkil edilir. Pediatrik sahənin həcmi uşaq anadan olandan, 18 yaşa qədər uşaqlar da daxil olmaqla 700-800 uşaqdan ibarət olur. Bütün xəstə uşaqlar tibbi yardımı ancaq evdə almalıdır uşaq poliklinikasına yalnız sağlam uşaqlar və ya kəskinləşmə mərhələsi olmayan xronik xəstəlikləri olan uşaqlar müraciət etməlidirlər. Uşaq əhalisinin həkimə müraciətlərinin 90%-dən çoxu sahə pediatrının payına düşür.
Sahə pediatrının vəzifələrinə aiddir: müalicə yardımını göstərməkdən əlavə, həm də sağlam uşaqlarla və xronik patologiyası olan və dispanser müşahidə tələb edən uşaqlarla profilaktika işinin aparılması daxildir. Sahə pediatrı uşağın sağlamlığının formalaşması və inkişaf xüsusiyyətlərini bilməlidir, uşağın tərbiyə edildiyi şəraiti, xəstəliklərin profılaktikasını onların yaranması və əlverişsiz gedişini, xüsusən də erkən yaşlarda, ailədə həyat şəraitinin və tərzinin rolunu da əhəmiyyətini bilməlidir. Sahə pediatrının ən mühüm vəzifələrindən biri qadın məsləhətxanaları ilə əlaqə saxlamaq, sahədə hamilə qadınlara hamiləliyin 7-ci ayından başlayaraq doğuşa qədər patronaj təşkil etməkdir (antenetal dövrdə dölün normal inkişafını və xəstəliklərin qarşısını almaq məqsədilə).
Bu məqsədlə sahə pediatrı qadın məsləhətxanaları ilə daima əlaqə saxlamalı və belə uşaqlar üzərində, xüsusilə risk amilləri olanlar üzərində müşahidənin aparılmasını tən etməlidir. Uşaq poliklinikasında sağlam uşaqlara profilaktik tədbirlər öyrədilməlidir.
Dostları ilə paylaş: |